Qərbi Azərbaycan İcması: Qayıdış Konsepsiyası BMT-nin rəsmi sənədi kimi yayılıb - FOTO

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.

Bizim.Media xəbər verir ki, bu fikirləri İcmanın mətbuat xidmətinin katibi Ülviyyə Zülfiqar söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

BMT-də Azərbaycanın təşkilatçılığı ilə plenar sessiya keçiriləcək


Sözçü qeyd edib ki, indiki Ermənistan ərazisindən qovulmuş Azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtma hüququnun təmin edilməsi, qayıdışdan sonra onların fərdi və kollektiv hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyası BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.

Ülviyyə Zülfiqar vurğulayıb ki, Qayıdış Konsepsiyasının BMT-nin əsas orqanlarının sənədləri kimi yayılması Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtması yolunda böyük uğurdur.

Sülhpərvər və tamamilə beynəlxalq hüquqa uyğun olan konsepsiyanın BMT-də rəsmi sənəd kimi yayılması Ermənistan hökumətinin Qərbi Azərbaycan mövzusunu təhrif etməsi imkanlarını daha da azaldır, bu ölkəni bir növ İcma ilə danışıqlara başlamağa çağırır və bu mövzuda beynəlxalq prosesin başlanmasını təşviq edir.

Konsepsiyanın BMT-nin ən mötəbər orqanlarının gündəliyinin məhz qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir.
“Bu uğur bizi sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərimizə geri qayıtmaq istiqamətində apardığımız fəaliyyəti davam etdirməyə daha da ruhlandırır” – deyə Qərbi Azərbaycan İcmasının sözçüsü bildirib.

Xatırladaq ki, bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl, yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı.

Qərbi Azərbaycan İcması tərəfindən 26 yanvar 2023-cü ildə qəbul edilmiş Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir.

Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO