Nadir hallarda sağ qalan xəstə uşaq xilas edildi- Bakıda

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkimləri daha bir uğura imza atıblar. Belə ki, bu yaxınlarda ağciyər xəstəliyi ilə ağır vəziyyətdə klinikaya gətirilmiş 7 yaşlı Aylin Bağırzadənin həyatını bu tibb ocağının Reanimasiya və İntensiv Terapiya Şöbəsinin həkimləri xilas ediblər.

Hadisə barədə ətraflı məlumat verən Uşaq Reanimasiya Şöbəsinin həkimi L.Hüseynova bildirib ki, 7 yaşlı Aylin klinikaya gətirildiyi zaman çox ağır vəziyyətdə olub:

“Gəldiyi zaman vəziyyətinin ağırlığı tənəffüs çatışmazlığı ilə əlaqədar idi. Yorğun, yuxuya meylliyi və təngnəfəsliyi var idi. Ağciyərlərin rentgen şəkli çəkildi və ona ikitərəfli total atelektaz (ağciyərlərin büzüşməsi), ikitərəfli plevrit diaqnozu qoyuldu. Plevrada (ağciyər kisəsi) - sol ağciyərdə 1200 ml, sağda isə 400 ml maye var idi. Arterial qanda oksigenin səviyəsi 65% idi.

Tənəffüs çatışmazlığı əlamətləri ön planda olduğuna görə xəstə dərhal intubasiya olunaraq, süni tənəffüs aparatına qoşuldu. İntubasiyada xəstənin müşahidəsi uzun müddət davam etdiyindən traxeostomiya açıldı. Müayinə zamanı çox ciddi korreksiya olunmayan dərin respirator asidozunun olduğu da ortaya çıxdı”x9d.

L.Hüseynova qeyd edib ki, aparılan müayinələr zamanı xəstədə hepatosplenomeqaliya (qaraciyər və dalağın böyüməsi), assit (qarın boşluğunda 600 ml maye), ciddi qaraciyər çatışmazlığı, mədə-bağırsaq qanamaları, aritmiyalar müşahidə olunub.

“Sol ağciyərdə 1200 ml maye olduğundan,toraks drenajı taxıldı və bu, 3 həftə saxlanıldı. Qanama riski olduğundan biz periodik olaraq uşağa plazma və qan köçürürdük”x9d.

Xəstənin bəlğəmində ikincili bakterial pnevmoniya törədicisi kimi Stenotrophomonas maltiohila aşkar edildiyini vurğulayan həkim, bu bakteriyanın əksər antibiotiklərə qarşı davamlı olduğunu da bildirib.

“Lakin müasir standartlara cavab verən mikrobioloji laboratoriyamızın sayəsində biz adekvat antibiotiki seçə bildik və bu çətinliyin də öhdəsindən gəldik”x9d.

Əsasən antibotik terapiya, ventilyator təqibi və simptomatik müalicələr aparıldığını söyləyən L.Hüseynova onu da bildirib ki, müalicələr zamanı müşahidə olunan hər bir xəstəliklə bağlı müxtəlif sahələrdən məsləhətçilər çağırılıb, vaxtında və yerində müdaxilələr aparılıb.

“Xəstə klinikaya daxil olarkən biz onun ağciyərlərinin çəkilmiş rentgen şəklini tanınmış mütəxəssislərə də göstərdik. Onlar belə vəziyyətdə xəstələrin nadir hallarda sağ qaldığını bizə dedilər. Və sonda belə bir nəticəni əldə etməyimizin əsas səbəbini burdakı həkimlərin peşəkarlığı ilə əlaqələndirdilər”x9d.

L.Hüseynova onu da qeyd edib ki, hazırda xəstənin ümumi vəziyyəti yaxşıdır:

“Reanimasiya və İntensiv Terapiya şöbəsində 37 günlük müşahidədən sonra hazırda xəstənin ümumi vəziyyəti stabildir, süni tənəffüsdən ayrılıb, aktiv qidalanır. Buna görə də onun evə aparılmasına icazə verdik”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

End of content

No more pages to load

RADİO