Notarisusun 150 faizlik "Asan xidmət" haqqı

“Dövlət rüsumu haqqında”x9d Azərbaycan Respublikası Qanununun 10.18-ci maddəsinə görə, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün 2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə 0,5 manat rüsum tutulmalıdır. Amma notariat kontorları əlavə səhifəsi olmayan sənədlərdən surət və çıxarışların təsdiqi üçün yuvarlaq 5 manat alırlar. Bağlantılı dövlət qurumlarına, Ədliyyə Nazirliyinə edilən müraciətlərə isə ya cavab verilmir, ya da qanundakı uyğunsuzluğu “xidmət haqqı”x9d ilə bağlayırlar. Heç demə, "Notariat haqqında”x9d Azərbaycan Respublikası qanunun 29-cu maddəsində sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların təsdiqi üçün də eyni miqdarda, yəni 2 manat və sənədlərdən çıxarış və surətlərin təsdiqi üçün hər səhifəyə görə əlavə 0,5 manat göstərilən notariat xidmətinə görə haqq tutulması təsbit olunub. Başqa sözlə, sözügedən notariat hərəkətinə görə ödənilən dövlət rüsumu həcmində-100 faizlik xidmət haqqı da tutulur!Görəsən, bu xidmət haqqı nə ilə əsaslandırılb? Digər notariat hərəkətlərinin aparılması zamanı tutulan xidmət haqqı ödənilən rüsumun 15 faizini keçmədiyi halda adi sənəddən çıxarışın təsdiqinə görə rüsum məbləğinin 100-150 faizi miqdarında haqq tutulması nədən qaynaqlanır? Bir dildən başqa dilə sənədin tərcüməsinə haqq ödənilməsini birtəhər anlamaq olar,amma axı tərcümənin özünü də notariusda yox, əlavə xərc hesabına vətəndaş özü edir. Elə sənədlərdən surət çıxarılmasına görə də! Əlavə səhifə olmadığı halda (tələbə bileti, şəxsiyyət, veteran, qaçqın vəsiqələri, diplom), əhalinin daha çox aztəminatlı təbəqəsinin yararlandığı sənədlərdən surət çıxarmaya görə xidmət haqqı adı ilə əlavə 3 manatın (rüsum məbləğinin 150 faizi) alınmasına hüquq mühafizə orqanları niyə hüquq qiyməti verməkdən imtina edir?Fikir verin, əmlakın özgəninkiləşdirilməsinə görə tutulan rüsum 200 manat, xidmət haqqı isə bunun 15 faizi miqdarında, yəni 30 manat olduğu halda, məsələn 30 səhifəlik hərbi biletdən, yaxud əmək kitabçasından çıxarışın təsdiqi üçün, ödənilməli olan 20 manatlıq rüsumun 100 faizi həcmində, yəni 20 manat xidmət haqqı (toplam 40 manat) tutulur! Niyə? Necə olur, şəxsiyyət vəsiqəsi itəndə, dəyişdiriləndə cəmi 1 manat rüsum ödənilməsi qanunla təsbit olunub, amma onun surətinin təsdiqinə 5 dəfə çox,yəni 5 manat haqq tələb olunur!(??)

Əhaliyə göstərilən “asan”x9d 150 faizlik “xidmət”x9d haqqının nədən qaynaqlandığına Ədliyyə Nazirliyinin Notariat və Vətəndaşlıq Vəziyyəti Aktları İdarəsindən aldığımız cavab isə “vətəndaş istənilən sənədin surətini heç bir rüsum və haqq ödəmədən onu verən orqanda təsdiq etdirə bilər”x9d oldu. Bu isə o deməkdir ki,”x9dASAN XİDMƏT”x9d mərkəzlərində vətəndaş sənədin surətini təsdiq etdirmək üçün notariat kontorunun yox, müvafiq dövlət qurumunun (DİN, ƏƏSMN, Təhsil Nazirliyi,Dövlət Miqrasiya Xidməti və b.) nümayəndəsinə üz tutmalıdır.(Eynilə dövlət qurumları vətəndaşdan hansısa sənədin təsdiq olunmuş surətini tələb etməli deyil, özü dövlət qurumu kimi sənədi onun əsli ilə tutuşdurub düzgünlüyünü təsdiq etməlidir. Yoxsa, dövlət qurumuna işə düzəlmək istəyən,yaxud orada çalışan işçilərdən diplomun, nikah haqında sənədin, uşaq doğulanda doğum haqqında şəhadətnamənin (bu şəhadətnamə verilərkən rüsum və haqq tutulmur), şəxsiyyət vəsiqəsinin və s. təsdiq olunmuş surətlərinin tələb olunması hansı məntiqə uyğundur?

Görəsən,vətəndaşı “ASAN XİDMƏT”x9ddə niyə düzgün yönəltmirlər? Bir də ƏN-in sözügedən cavabı niyə qanuna salınmayıb? Yəqin, bağlantılı dövlət qurumları sorğularımıza aydınlıq gətirəcəklər.

M.Ağsu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Alyona Əliyevadan paylaşım – VİDEO

Alyona Əliyevadan paylaşım – VİDEO

TƏBİB-dən bayram günləri ilə bağlı AÇIQLAMA

TƏBİB-dən bayram günləri ilə bağlı AÇIQLAMA

Bakıda 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni səhifə - FOTO/VİDEO

Bakıda 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni səhifə - FOTO/VİDEO

Qaxda avtomobil ağaca çırpıldı - Sürücü VƏFAT ETDİ

Qaxda avtomobil ağaca çırpıldı - Sürücü VƏFAT ETDİ

Bayram günlərində ölkəmizdə hava necə olacaq?

Bayram günlərində ölkəmizdə hava necə olacaq?

Bakıda arvad bellə ərinin başına ZƏRBƏ ENDİRDİ

Bakıda arvad bellə ərinin başına ZƏRBƏ ENDİRDİ

Səhiyyə Nazirliyindən bayram günləri ilə bağlı əhaliyə MÜRACİƏT

Səhiyyə Nazirliyindən bayram günləri ilə bağlı əhaliyə MÜRACİƏT

Bəxtiyar Əliyevə AĞIR İTKİ

Bəxtiyar Əliyevə AĞIR İTKİ

Tramp Netanyahudan bunu xahiş etdi

Tramp Netanyahudan bunu xahiş etdi

DYP bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət etdi

DYP bayram günlərində səfərə çıxan vətəndaşlara müraciət etdi

Venesuelada narkotik daşıyan təyyarə vuruldu

Venesuelada narkotik daşıyan təyyarə vuruldu

2025-ci il hansı qiymət artımları ilə YADDA QALDI? – ARAŞDIRMA

2025-ci il hansı qiymət artımları ilə YADDA QALDI? – ARAŞDIRMA

Bakı-Sumqayıt şosesində TIXAC VAR

Bakı-Sumqayıt şosesində TIXAC VAR

Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatar reysi ləğv olunub – VİDEO

Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət edən qatar reysi ləğv olunub – VİDEO

Trampla Netanyahunun görüşü başa çatdı

Trampla Netanyahunun görüşü başa çatdı

Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir

Monteneqro Azərbaycanla vizasız rejimi ləğv edir

Tramp:"ABŞ Türkiyəyə F-35 təyyarələrinin tədarükünü ciddi şəkildə nəzərdən keçirir"

Tramp:"ABŞ Türkiyəyə F-35 təyyarələrinin tədarükünü ciddi şəkildə nəzərdən keçirir"

İnfantino: "FİFA olmasaydı, dünyanın 150 ölkəsində futbol olmazdı"

İnfantino: "FİFA olmasaydı, dünyanın 150 ölkəsində futbol olmazdı"

Bakıda evlərdən 2 meyit TAPILDI

Bakıda evlərdən 2 meyit TAPILDI

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası BAŞA ÇATDI - FOTO

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası BAŞA ÇATDI - FOTO

Məşhur məşqçi əməliyyat olundu

Məşhur məşqçi əməliyyat olundu

B12 vitamini çatışmazlığı: Risk qrupları KİMLƏRDİR?

B12 vitamini çatışmazlığı: Risk qrupları KİMLƏRDİR?

Netanyahu Trampı İrana yenidən zərbə endirməyə razı salmağa çalışır — KİV

Netanyahu Trampı İrana yenidən zərbə endirməyə razı salmağa çalışır — KİV

End of content

No more pages to load

RADİO