Xanımlar, bağışlayın və ya soyuq əllərin geyindirdiyi kişi corabları...

Hər insanın həyatında heç zaman unutmadığı, xatırlayanda beynində ildırım çaxan, bədəninə soyuq tər gələn, yaşadıqlarına və hətta şahid olduğuna görə xəcalət çəkdiyi hadisələrin olması qaçılmazdır. Hafizəmdə qalan, heç zaman unutmadığım belə hadisələrdən biri doğma kəndimizdə - xüsusilə ailəmizdə, qohumlarımın evlərində iştirakçısı və şahidi olduğum xanımların ağır həyatı və bu həyatı təbliğ edən adətlərə qarşı effektli mübarizənin olmaması ilə bağlıdır. Kəndimizdə gördüklərimi sonralar nisbətən fərqli formada Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Beyləqan, Neftçala, Salyan, Ağcabədi, İmişli, Şamaxı, Qobustan, Gədəbəy kimi rayonlarda müşahidə etmişəm.
xa0Həmin qadınlar haqqında düşünəndə ilk xatırladığım anam olur. Anam sübh vaxtından - səhər saat 5-dən axşam yatana kimi çalışırdı. Onun gördüyü işlərin az qala 50 faizi məhz kişi cinsinə aid olduğuna görə doğulandan üstün hüquq əldə etmiş atama, qardaşlarıma, mənə, habelə kişi qohumlarımıza xidmətdən ibarət idi. Sübh çağı odun sobasını yandırmaqdan başlayaraq, yemək hazırlamaq, hər gün xəmir yoğurmaq, təndirdə çörək bişirmək, heyvanları sağmaq, kənddəki bulaqlardan evə su daşımaq, palaz və ya xalça toxumaq, hər gün 10 nəfərdən çox ailə üzvünə yemək hazırlamaq, qab,paltar yumaq, hər axşam evə yığışanda isə ayaqlarımızın yuyulmasına qədər olan işlər ona aid idi. Bu adət böyüklərdən kiçiklərə,analardan qızlara və gəlinlərə keçən adət idi.xa0
Hələ qonaq gələn kişilərin də ayaqlarının yuyulması kimi müəyyən mənada humanizmdən uzaq olan adət də vardı. Qonaq olduğu evdə ayağını yaxşı yuyan qıza oğlu üçün elçi düşən tanıdığım kişilərin bəziləri hələ də yaşayırlar.xa0
Zəhərli tütün becərən, pambıq, çay, üzüm məhsullarını əllə yığan, südəmər körpələri olan xanımların, hamilə qadınların və azyaşlı qızların nələr çəkdiyi haqqında da çox yazmaq olar. İştirakçısı olduğum belə hallara aid o qədər misallar göstərə bilərəm ki!xa0
Bəlkə də olub keçənlərə bir daha qayıtmazdım. Amma bu yaxınlarda kəndlərimizin birində ərinin corabını soyuq əlləri ilə geyindirdiyinə görə əri tərəfindən döyülən xanım haqqında məlumat almasaydım. Cəlilabadda traktorun lafetinə minməklə kartof və üzüm sahələrinə aparılanların ancaq qadınlardan ibarət olmasını görməsəydim, çay yığmaq, tütün yığmaq, pambıq və tərəvəz yığmaq kimi işlərin yalnız qadınlara aid olmasına şahid olmasaydım. Hüquq mühafizə orqanları əri, atası, qardaşı, keçmiş əri tərəfindən döyülənlərə “kişi arvadını...”x9d və ya “qardaş bacısını döyər”x9d...... deyib şikayətçi xanımları yola salma halları davam etməsəydi. Generalların və ya yüksək çinli məmurların qəsdən öldürülərək gizlədilən və itkin düşmüş şəxs kimi axtarılan, ruhi əsəb xəstəlikləri dispanserlərinə məcburi yerləşdirilən, ölkədən didərgin salınan, “təsadüfən”x9d avtomobil vurması nəticəsində öldürülən arvadları haqqında məlumatlı olmasaydım. Vəzifəsini və ya biznesini qorumaq üçün qohumluq adı ilə “qız alveri”x9d etmə hallarına cəmiyyətin belə dözümlü yanaşması olmasaydı.xa0
Hələ azyaşlı qızların valideyinlər tərəfindən təhsildən yayındırılmaqla ərə verilməsi, məhz qadın olduğuna görə mütəmadi olaraq zorakılıq qurbanına çevrilməsi hallarını demirəm. “Döyürsə, deməli çox sevir”x9d kimi mazoxist yanaşma və yanlış təfəkkür hələ də beyinlərdə qalmaqdadı. Bütün ailələrdəki mübahisələrə görə qadınların birmənalı olaraq günahkar olması, ər evinin həqiqətən gör evinə çevrilməsi haqqında aldığım çoxsaylı məlumatlar, valideyinlərinə və ya qardaşlarına xoş olsun deyə illərlə əri ilə bir yastığa baş qoymayan, lakin “valideynlərim nə deyər“ düşünüb həmin evdən çıxmayan çoxsaylı tanıdıqlarım, “namus cinayətləri“ donu geyindirilən cinayətlərın hamısının qurbanının qadınlar olması, atası, qardaşı, əri, qaynatası tərəfindən evdən çıxmasına, eyni şəxslər tərərfindən və Azərbaycan höküməti tərəfindən ölkədən çıxmasına qadağa qoyulan çoxsaylı xanımlar haqqına mətbuatdan oxuduğum və mənə edilən müraciətlər əsasında çoxsaylı məlumatlar olmasaydı. Dövlət qulluğunda və seçkili orqanlarda xanımların təmsil olunmasında ciddi dəyişikliyin olmadığını, siyasi partiyaların daha çox kişilərin hesabına formalaşdırılmasını və sair çoxsaylı halları da buraya əlavə edə bilərik...xa0
Amma övladını əlindən almasınlar deyə özü də, qızı da iyirmi il qeydiyyatsız və sənədsiz yaşayan, qızına hələ də şəxsiyyət vəsiqəsi ala bilməyən ananın faciəsi hələ də acı bir xatirə kimi yaddaşımdadı.
xa0Ən pisi də odur ki, qadınların hüquqları milli mentalitet, adət-ənənə, mənsub olduğumuz islam dininə istinad edərək məhdudlaşdırılır. Əslində dövlətlərin də, dinlərin də müəyyən etdiyi qaydalar ümumbəşəri dəyərlərin, insan hüquq və azadlıqlarının təmini üçündür. Heç bir dini ehkam insan haqlarından yüksəkdə dayana bilməz. Qadınların hüquqlarını məhdudlaşdıran, onların cəmiyyətdə rolunu azaldan və fəal ictimai həyatdan təcrid edən, təbliğ edən adətlər, qanunlar və dini ehkamlar yalnız geridə qalan, ictimai inkişafın yedəyində gedən toplumlarda qalmaqdadı.xa0
XX əsrdə qadın hüqüqları uğrunda ən fəal mübarizlərdən olan Fridanın deyirdi ki, "Yalnız xəstə cəmiyyət öz problemlərini görmək istəmir, öz üzvlərinə bərabər imkanlar yaratmır və öz qadınlarının bacarıqlarına biganə qalır" İnsan hüquq və azadlıqlarının kütləvi sürətdə pozulduğu Azərbaycanda qadın hüquqlarının müdafiəsinin nə qədər çətin olduğu aydındı. Bu mübarizə xanımların özləri tərəfindən başlayanda daha effektli olur. Məhz buna ğörə xa0Qadın hüqüqları uğrunda mübariz, filosof S.Bovuar yazırdı ki, xa0 xa0xilasını başqa birində xa0 görmək, məğlub olmanın ən kəsə yoludur. xa0 Həm də nəzərə almalıyıq ki, xa0həyat ədalətli cəmiyyət uğrunda mübarizəyə həsr olunanda mənalı və dəyərlidir.xa0
Qadın hüquqlarının təmin olunmadığı, qadınların potensialından istifadə olunmayan cəmiyyət şübhəsiz ki, yarımçıqdır. Qadın hüquqlarının təmin olunduğu cəmiyyətlər Azərbaycan kimi ölkələrdən iqtisadi cəhətdən dəfələrlə irəlidədirlər. Çünki həmin ölkələrdə cəmiyyət tamdır və qadınlı-kişili hər kəsin rəyi, iradəsi ideyası nəzərə alınır.xa0
Müxtəlif ölkələrdə aparılan araşdırmalar belə bir qanunuyğunluğu aşkar edib ki, gender bərabərliyinin təmin edildiyi ölkələrdə sosial problemlər ağır deyil və ən mühümü korrupsiya az rast gəlinən haldı. Belə cəmiyyətlərdə tərəqqi daha sürətlidir. Azərbaycanda qadın hüquqlarının kütləvi pozulması daha çox onlara qoyulan məhdudiyyətlər, onların cəmiyyətə açıq olmamağı ilə bağlıdır.xa0
Unutmayın ki, istifadə edilməyən güc heç zaman itmir, sadəcə formasını dəyişir, ailəyə, cəmiyyətə və insanlığa təhlükə yaradacaq bir formada yenidən təzahür edir. Cinsindən asılı olmayaraq hər kəsin bilik, bacarıq və təcrübəsindən yaxşı mənada faydalanan, azadlıq və bərabərliyin təmin olunduğu cəmiyyətlər mütərəqqi, sivil və qüdrətlidir. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
xa0P.S. Azərbaycan kimi ölkələrdə 8 martın qadınlar bayramı kimi qeyd edilməsini yüksək qiymətləndirirəm. Ən azından bu günü onlara sərf edir, onları düşünməli olursan. Bu günlə bağlı xanımlara təbrik yazmaq istədim, amma belə alındı. Bağışlayın xa0əziz xanımlar!

Əlövsət Əliyev (Almaniya)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Milan” və “Napoli” vacib qələbə qazandı

“Milan” və “Napoli” vacib qələbə qazandı

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Floridada Trampla Zelenski arasında görüş başladı

Floridada Trampla Zelenski arasında görüş başladı

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Kamil Bəşirov vəfat etdi - FOTO

Kamil Bəşirov vəfat etdi - FOTO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Rutte: “Elə vəziyyət yaratmalıyıq ki, Ukrayna atəşkəsdən sonra bir daha hücuma məruz qalmasın”

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

Bloger qadın il ərzində 2-ci qızını itirdi: Melissa Mey Karltonun faciəli hekayəsi

Qulyaypolda döyüşlər: Vəziyyət mürəkkəbdir, şəhərin bir hissəsi Rusiyanın nəzarətindədir

Qulyaypolda döyüşlər: Vəziyyət mürəkkəbdir, şəhərin bir hissəsi Rusiyanın nəzarətindədir

Şahdağ yolunda avtomobil dərəyə aşdı - Hərəkət müvəqqəti dayandırıldı – VİDEO

Şahdağ yolunda avtomobil dərəyə aşdı - Hərəkət müvəqqəti dayandırıldı – VİDEO

Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu bölgənin inkişafına necə təsir edəcək? - VİDEO

Qarabağ və Şərqi Zəngəzurun infrastrukturu bölgənin inkişafına necə təsir edəcək? - VİDEO

İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verdi

İsrail Müdafiə Nazirliyi ilk lazer sistemini ordunun istifadəsinə verdi

End of content

No more pages to load

RADİO