Bu imtahanların nəticələri AÇIQLANDI

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 14-də xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları, fevralın 15-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

DİM-dən Bizim.Media-ya bildirilib ki, imtahan iştirakçıları Mərkəzin internet saytında nəticələri, cavab kartının və yazı işlərinin qrafik təsviri ilə tanış ola bilərlər.
 

MÖVZU İLƏ BAĞLI:

Mühasib sertifikatı almaq istəyənlərin nəzərinə!


Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanlarda 1 444 namizəd (1 244 nəfər doktoranturaya qəbul, 195 nəfər fəlsəfə doktoru, 5 nəfər Azərbaycan dili imtahanı) iştirak edib. Ümumilikdə 96 nəfər imtahana gəlməyib. 2 nəfər imtahandan xaric olunub.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən 637 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

47 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balını toplayıb.

3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balını toplayıb.

Xatırladaq ki, bundan əlavə DİM-ə müvafiq sertifikatını təqdim etmiş 23 namizəd xarici dil imtahanından azad olunub.

İmtahan blokları üzrə müəyyən edilmiş minimum bal məhdudiyyətləri ləğv edilib.

Müvafiq qurumlarla razılaşdırılmaqla doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.

Qeyd edək ki, namizədlərin imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı (və ya vizual məlumatın təsviri) isə maksimum 10 balla qiymətləndirilir.

Həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 1 mart 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 22-24 fevral tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BƏƏ səmasında gərgin anlar: İranın atdığı raketlər zərərsizləşdirilir

BƏƏ səmasında gərgin anlar: İranın atdığı raketlər zərərsizləşdirilir

Türkiyə qitələrarası hipersəs ballistik raketini təqdim etdi – FOTO/VİDEO

Türkiyə qitələrarası hipersəs ballistik raketini təqdim etdi – FOTO/VİDEO

"Bəlkə hamilədir, çünki ana olmaq yaşı keçir"

"Bəlkə hamilədir, çünki ana olmaq yaşı keçir"

İranda “İsa Məsih” olduğunu iddia edən şəxs saxlanılıb

İranda “İsa Məsih” olduğunu iddia edən şəxs saxlanılıb

Sabah yola çıxanların NƏZƏRİNƏ: Duman olacaq

Sabah yola çıxanların NƏZƏRİNƏ: Duman olacaq

Xaçmazda çökmüş yolda HADİSƏ: Yanından keçən maşın çuxura düşdü - VİDEO

Xaçmazda çökmüş yolda HADİSƏ: Yanından keçən maşın çuxura düşdü - VİDEO

Bakının iki peşə məktəbində VƏRƏMƏ YOLUXMA – Tədris DAYANDIRILDI – Rəsmi AÇIQLAMA

Bakının iki peşə məktəbində VƏRƏMƏ YOLUXMA – Tədris DAYANDIRILDI – Rəsmi AÇIQLAMA

Bakıda kütləvi qırğın silahlarından mühafizə ilə bağlı müzakirələr aparıldı - FOTO

Bakıda kütləvi qırğın silahlarından mühafizə ilə bağlı müzakirələr aparıldı - FOTO

Türkiyədə itkin düşən azərbaycanlı qadının meyiti tapıldı - TƏFƏRRÜAT

Türkiyədə itkin düşən azərbaycanlı qadının meyiti tapıldı - TƏFƏRRÜAT

Avropa İttifaqı Ermənistana 30 milyon avro yardım ayırdı

Avropa İttifaqı Ermənistana 30 milyon avro yardım ayırdı

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: İraqı dərhal tərk edin!

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: İraqı dərhal tərk edin!

Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ

Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ

Bakıda silahsız özünümüdafiə üzrə çempionat keçirildi – FOTO/VİDEO

Bakıda silahsız özünümüdafiə üzrə çempionat keçirildi – FOTO/VİDEO

Sumqayıtda avtomobil yolunun niyə çökdüyü açıqlandı - RƏSMİ

Sumqayıtda avtomobil yolunun niyə çökdüyü açıqlandı - RƏSMİ

Süni, köhnə və zərərli kürü məhsulları aşkarlandı - SİYAHI/FOTO

Süni, köhnə və zərərli kürü məhsulları aşkarlandı - SİYAHI/FOTO

Hərbi vəzifəlilərə təlim necə keçilir? - VİDEO

Hərbi vəzifəlilərə təlim necə keçilir? - VİDEO

Meloninin Bakı səfərinə İtaliyadan REAKSİYA – Ölkələrimiz arasında əməkdaşlıqda hansı yeniliklər gözlənilir? – ÖZƏL

Meloninin Bakı səfərinə İtaliyadan REAKSİYA – Ölkələrimiz arasında əməkdaşlıqda hansı yeniliklər gözlənilir? – ÖZƏL

“Baykar”dan dronların tətbiqi üzrə YENİ TAKTİKA - VİDEO

“Baykar”dan dronların tətbiqi üzrə YENİ TAKTİKA - VİDEO

"Sədərək"də İLGİNC dələduzluq

"Sədərək"də İLGİNC dələduzluq

Son üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı

Son üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı

Keffel üçün mövsüm BAŞA ÇATDI

Keffel üçün mövsüm BAŞA ÇATDI

Nazim Fətullayev vəfat etdi

Nazim Fətullayev vəfat etdi

Aeroport yolunda ağır QƏZA: Ölən var

Aeroport yolunda ağır QƏZA: Ölən var

Heqset: “Trampın İranla müharibə üçün Konqresin razılığını almasına ehtiyac yoxdur”

Heqset: “Trampın İranla müharibə üçün Konqresin razılığını almasına ehtiyac yoxdur”

End of content

No more pages to load

RADİO