Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasının üzvü seçilib.
ADNSU-dan Moderator.az -a bildiriblər ki, üzvlük sertifikatı həmin qurum tərəfindən professor M.Babanlıya göndərilib.
Qeyd edək ki, Beynəlxalq Universitet Prezidentləri Assosiasiyasında dünyanın cəmi 450 universitet rəhbəri təmsil olunur.
