Prezident Gəncədə məktəb açılışında iştirak etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Gəncədə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.

Azərbaycanda həyata keçirilən dövlət siyasətində təhsil sahəsinə xüsusi diqqət göstərilir. Mövcud məktəb binalarının yüksək səviyyədə yenidən qurulması, müasir təhsil ocaqlarının inşası bu sahəyə göstərilən dövlət qayğısının daha bir təzahürüdür. Gəncə şəhərində 39 nömrəli tam orta məktəbin əsaslı təmiri və yeni tədris korpusunun tikintisi bu qəbildən olan layihələrdəndir.

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məktəbin əsaslı təmiri və yeni tədris korpusunun tikintisi barədə məlumat verildi. Bildirildi ki, bu məktəb 1962-ci ildə istifadəyə verilib və ilk dövrlərdə 39 nömrəli beynəlmiləl orta məktəb adlanıb. 1978-ci ildə görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin vəfatından sonra onun adını əbədiləşdirmək üçün pedaqoji kollektivin xahişinə əsasən məktəbə Mir Cəlal Paşayevin adı verilib. Bu təhsil ocağı nəinki Gəncənin, ümumilikdə Azərbaycanın ən nüfuzlu məktəblərindən biridir. Məktəbin müəllim kollektivi arasında “Tərəqqi”x9d medalına, “Əməkdar müəllim”x9d, “Qabaqcıl təhsil işçisi”x9d, “İlin ən yaxşı müəllimi”x9d fəxri adlarına layiq görülmüş pedaqoqlar var. Hər il məzunların əksəriyyəti yüksək balla ölkəmizin və dünyanın nüfuzlu ali təhsil ocaqlarına qəbul olur, Prezident təqaüdünə layiq görülür.

Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama əsasən bu məktəb 2009-2010-cu dərs ilində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi”x9d müsabiqəsinin qalibi olub. Hazırda məktəbdə 2138 şagird təhsil alır.

Qeyd olundu ki, məktəbin 930 şagird yerlik mövcud binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. Təhsil müəssisəsinin ümumi ərazisi 12 min kvadratmetrdir. Ətrafda yaşıllıq zolağı yaradılıb, 3,2 min kvadratmetr sahə asfaltlanıb.

Dördmərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Burada, eyni zamanda, smart sinif, informatika, psixoloq otaqları, inzibati bölmə, fizika, kimya, biologiya kabinetləri də zəruri ləvazimatla təchiz edilib.

Bildirildi ki, məktəbin 1200 şagird yerlik yeni korpusu şəhər icra hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına tikilib. Binanın tikintialtı sahəsi 3654 kvadratmetrdir. Yeni korpus üçün transformator yarımstansiyası quraşdırılıb, su və kanalizasiya şəbəkəsi yaradılıb, su və yanğın hovuzları inşa edilib, müasir qazanxana quraşdırılıb. Həyətyanı sahədə açıq idman meydançası yaradılıb, qurğular quraşdırılıb.

Binada sinif otaqları, üç emalatxana, qapalı idman zalları, zəngin kitabxana, kimya, fizika kabinetləri və laboratoriyaları, tibb otağı, yeməkxana, müəllimlər otağı, hərbi kabinet, arxiv, 150 yerlik akt zalı, dərnək kabinetləri var.

Bu tədris ocağında yaradılan şərait bir daha sübut edir ki, ölkəmizdə təhsilə yüksək diqqət və qayğı göstərilir, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Təqdirəlayiq haldır ki, bu layihələr Azərbaycanın hər bir şəhərini, rayonunu, qəsəbəsini əhatə edib. Belə müasir məktəblərin yaradılması həm də ölkəmizin gələcəyinə qoyulan sərmayə kimi böyük əhəmiyyət daşıyır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

Əfsanəni mağazada tanınmaz halda gördülər - FOTO

Əfsanəni mağazada tanınmaz halda gördülər - FOTO

Putin gömrükçülərə PUA-ları MƏHV ETMƏK səlahiyyəti verdi

Putin gömrükçülərə PUA-ları MƏHV ETMƏK səlahiyyəti verdi

İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 3-də...

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 3-də...

Süni intellekt “Oskar”sız qalacaq...

Süni intellekt “Oskar”sız qalacaq...

Culfada kanaldan qadın meyiti tapıldı

Culfada kanaldan qadın meyiti tapıldı

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Slovakiyanın səfiri: Qarabağın bərpa miqyası heyranlıq doğurur - FOTO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

Bakıda oğurluq anları küçə kameralarına düşdü – VİDEO

ATU-ya yeni prorektor təyin edildi

ATU-ya yeni prorektor təyin edildi

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Tehran ABŞ ilə danışıqlara can atır: ŞƏRTLƏR dəyişdirilir

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair SƏRGİ - FOTO

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Xəstələnən zaman nəyə görə arxası üstə uzanmaq istəyirik?

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Beş yeniyetmə 45 yaşlı kişini öldürmək istədi

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Sosial media trendləri dərini yaşlandırır – XƏBƏRDARLIQ

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Lənkəranda çay fabrikinin müdiri VƏFAT EDİB

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Formula 1-in keçmiş pilotu VƏFAT EDİB - FOTO

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Zaqatalada canavar 47 yaşlı kişini YARALADI

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Oxuyuruq, amma anlamırıq - Etiketlər BU SƏBƏBDƏN sadə dildə yazılmır

Səyahət edərkən beynimizdə nələr baş verir?

Səyahət edərkən beynimizdə nələr baş verir?

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

Bu bacarıq uşaqları sosial medianın zərərindən QORUYACAQ

End of content

No more pages to load

RADİO