Məmurların böyük bir qismi hakimiyyət və sərvətdən başqa heç nə düşünmürlər...

Son günlər ən çox müzakirə olunan məsələlərdən biri xa0rus siyasətçi və deputatların Moskva müqaviləsini ləğv etməklə bağlı səsləndirdiyi fikirlərdi. Azacıq diqqətli olan görür ki, bu məsələnin müzakirəsi cəmiyyətdə çox ciddi yanaşmaları ortaya çıxardı.xa0

Sanki, bu müqavilənin ləğvi Azərbaycanın bağımsızlığına son qoymaq deməkdir ki, bundan da bəzilərinin sevindiyini, bəzilərinin isə ciddi təşviş yaşadığını gördük. Məncə bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, bu məsələnin müzakirəsinə qatılanların çoxu çağdaş dünyamızda müqavilələrin deyil, ağılın, çevik siyasətin və gücün həlledici olduğunu ya unudur, ya da bilmir. Bunlara demək istəyirəm ki, bağlanan müqavilələr gücün göstəricisidir. Yəni gücün yoxsa bağladığın müqavilə kağız parçasından başqa bir şey deyil və heç bir halda sənin hüquqlarını qorumur, gücün varsa bağladığın müqavilə sənə istədiklərini həyata keçirmək üçün bir silaha çevrilir. Bəyəm, Moskva müqaviləsi dünyanın böyük dövlətlərinin (güclərinin) və bütövlükdə BMT-nin Azərbaycan Respublikasını Azərbaycan SSR sərhədləri çərçivəsində tanımasından daha üstündü? Məgər BMT-nin və hətta özünün də tanıdığı mövcud sərhədləri heçə sayaraq Rusiya 10-12 il bundan əvvəl erməni qüvvələri adı altında Qarabağ və ətraf rayonları xa0işğal etmədi? Bəlkə BMT ya Rusiyanın özü bizi tanımadan imtina etmişdi, ya sərhədlərimizin dəyşdirilməsi haqda hər hansı razılaşma olmuşdu? Yaxud son onillikdə Rusiyanın Gürcüstan və Ukrayna ərazilərini işğalı hansısa qanuna, ya da beynəlxalq razılaşmalara uyğundur?

İkinci səbəb hakimiyyətin apardığı yanlış iç və dış siyasətdir. Hakimiyyətin başından bəri apardığı yanlış iç siyasət sonucunda ölkədə korrupsiya, özbaşınalıq, qanunsuzluq və ədalətsizlik son həddə çatmış, hakim komandada təmsil olunanların mütləq əksəriyyətinin antimilli və antidövlət hərəkətləri son dövrlər daha çox artmaqla və davamlı olmaqla onların gündəlik fəaliyyəti halına gəlmiş, Prezidentin sərəncam və tapşırıqlarının icrasının qarşısı demək olar ki alınmışdır. Eyni zamanda yanlış iç siyasət sonucu əhalinin mənəviyyatında çox ciddi aşınma baş vermiş, rüşvətxorluğun və qanunsuzluğun artması əhalidə nəinki, hakimiyyətə, bütövlükdə dövlətə və dövlətçiliyə qarşı mənfi fikirlər yaratmışdır. Xüsusi ilə manatın son ucuzlaşmasından və bu vəziyyətdə də məmurların öz şəxsi maraqlarından bir zərrə geri çəkilməməsi, əhalini aldatma və aşağılama yolunu tutması əhalidə kin və nifrəti daha da artırıb. Çoxları gedən bu proseslərin səbəbini Prezidentin bunlardan xəbərinin olmamasında və ona yalan məlumatların verilməsində görür. Məncə Prezidentin xəbəri yoxdu və ya onu aldadırlar demək çox yanlışdı və “üzrü qəbahətindən böyük”x9d sözü burda tam yerinə düşür. Məncə yüksək rütbəli məmurlar dövləti də, prezidenti də sabotaj edirlər. Düşünürəm ki, bu məmurların böyük bir qismində heç bir dövlətçilik anlayışı vəvətəndaşlıq hissi olmadığından, hakimiyyət və sərvətdən başqa heç nə düşünmürlər. Mən bu fikirə gəlmişəm ki, hərəkət etmək və danışmaq keyfiyyətləri olan ət və sümük yığınından ibarət olan bu varlıqlar yığdıqları sərvətin çoxluğundan özlərini bu dövlətin və hakimiyyətin üstündə görərək bu dövlətin (mən əminəm ki, bunlardövlətlə hakimiyyəti də ayıracaq səviyyədə deyillər) davamlı olmasında maraqlı deyil.xa0
Üçüncü səbəb hakimiyyətin əhaliyə psixoloji və siyasi təlqinləridir. Hakimiyyət bu psixoloji və siyasi təlqinlərlə dövlətin gələcəyini, dış güclərin basqısını, bölgədə və dünyada gedən siyasi prosesləri nəzərə almadan, idarəetməni özü üçün daha da rahat hala gətirmək məqsədi ilə müxalifəti məhv etmək yolunu tutdu.xa0

Çox acıdır ki, hakimiyyət ona dəfələrlə bu yoldan dönməsi, güclü olduğu vaxtda islahatlar aparması, milli təfəkkürlü qüvvələrdən ibarət ciddi siyasi müxalifətin formalaşması üçün şərait yaratması ilə bağlı müraciətlərə əhəmiyyət verməməklə ictimai nəzarət və Prezident demiş, məmurların qudurğanlığının qarşısının alınması yollarını bağladı. Bununla da əhalinin dövlətin idarə olunmasında iştirakına imkan verməməklə əhalini dövlətdən küsdürdü, əhalidə kin və nifrətin yaranmasına səbəb oldu, məmurların isə hərəkət sərbəstliyinə vəözbaşınalığına şərait yaratdı.
Mən belə düşünürəm ki, bu gün Moskva müqaviləsinin olub - olmaması yox, Azərbaycan dövlətinin necə (yəni ağılla və xalqın idarəetmədə iştirakı ilə, yaxud indiki kimi cəzasızlıq şəraitində və qapalı dövrə sistemi ilə) idarə olunması, necə (yəni bölgədə və dünyada gedən proseslərə anında təpgi verən çevik ya da indiki kimi dünyadan təcrid olunmuş şəkildə vurdumduymaz) siyasət yürütməsi və gücü (yəni yaciddi və qəti siyasi, iqtisadi və idarəetmə islahatları keçirilmiş, korrupsiyadan təmizlənmiş, qanunlarla idarə olunan, əhalinin son damla qanınadək qoruyacağı güclü dövlət, ya indiki kimi korrupsiyanın əldən saldığı, ədalətsizliyin və qanunsuzluğun dizə gətirdiyi, əhalisi kin və qəzəb hissi ilə alışıb yanan, hər anı içdən və dışdan ciddi basqılarla yaşanan dövlət olması) əsasdır. Dövlətimiz bizim varlığımızdır. Mən iqtidarda və müxalifətdə olmasından asılı olmayaraq milli, vətənsevər və dövlətçilik təfəkkürü olan bütün qüvvələri varlığımızı qorumaq və inkişaf etdirmək üçün bizi təhdid edən bütün iç və dış təhlükələrə qarşı birliyə və ciddi mübarizəyə səsləyirəm.xa0

Bünyamin Qəmbərli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

Tramp BMT-ni tənqid etdi

Tramp BMT-ni tənqid etdi

“Nəvəmə Antalyadan ev aldım”

“Nəvəmə Antalyadan ev aldım”

2026-cı ili necə qarşılamaq lazımdır?

2026-cı ili necə qarşılamaq lazımdır?

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

“Milan” və “Napoli” vacib qələbə qazandı

“Milan” və “Napoli” vacib qələbə qazandı

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Floridada Trampla Zelenski arasında görüş başladı

Floridada Trampla Zelenski arasında görüş başladı

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Kamil Bəşirov vəfat etdi - FOTO

Kamil Bəşirov vəfat etdi - FOTO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

End of content

No more pages to load

RADİO