Vahid Əhmədov dollarla olan kreditlər məsələsinə növbəti dəfə toxundu...

Ölkənin bank sistemində vəziyyətin günbəgün ağırlaşması Mərkəzi Bankı bu istiqamət üzrə qabaqlayıcı tədbirlər görməyə məcbur etdi. Baş bank isə problemi bankları ləğv etməklə çözmək yolunu seçdi. Nəticə olaraq, ölkədə 11 bank ləğv edilmə prosesindədir. xa0

Məsələ ilə bağlı musavat.com-a danışan Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib ki, bankların birləşdirilməsi məsələsi uzun zamandır gündəmdə idi: “Biz Milli Məclisdə dəfələrlə bildirmişik ki, 9.5 milyon əhali üçün 43 bankın olması doğru deyil. Bu baxımdan bankların bağlanması deyil, birləşdirilməsi və təmərküzləşmə prosesi getməlidir. Cənab prezident də hökumətin son müşavirələrində bu məsələyə toxunaraq, bildirdi ki, bank sistemində islahatlar getməlidir. Ümumiyyətlə, bank sistemində islahatlar çoxdan aparılmalı idi. Çox təəssüf ki, biz bu məsələdə bir qədər gecikdik. Əsas məqsədimiz ondan ibarət idi ki, bank sistemində kredit faizləri aşağı salınsın. Çünki faizlər çox yüksəkdir. İnsanlar bu kreditləri alırlar, sonra isə qaytara bilmirlər. Vaxtı keçmiş kreditlərin isə miqdarı artıq 1.5 milyard manata gəlib çıxıb. Bunun da yeganə çıxış yolu kimi qərara gəldik ki, banklar birləşdirilməlidir. Mərkəzi Bankın rəhbərliyi ilə müəyyən danışıqlarımız olub. Bankların bağlanması ilə əlaqədar biz heç bir rəy irəli sürməmişik. Biz bankların bağlanılmasının tərəfdarı deyilik. Çünki banklar bağlanan zaman çox ciddi problemlər yaranır. Bu baxımdan bir daha qeyd edirəm ki, biz birləşmənin tərəfdarı olub, bildirmişik ki, gəlin, ölkədə təxminən 20-yə yaxın bank saxlayaq”x9d.

V.Əhmədov bildirib ki, hazırda bu proses gedir: “Ancaq çox təəssüf ki, bəzi bankları bağlayırlar. Bu, qəbuledilməz haldır. Doğrudur, elə banklar var ki, heç nizamnamə kapitalı 50 milyon da deyil. O cümlədən, orada müştərilərin də sayı çox azdır ki, belə bankları da birləşdirmək lazımdır. Yəni islahatın aparılmasının əsas məqsədi, iri kapitalı yığmaq, həmin bankların dövriyyə vəsaitinin, nizamnamə kapitalının, kredit portfelinin yüksək olmasına çalışmaq olmalıdır. Belə olarsa, banklar insanlara kreditləri də aşağı faizlə verə bilərlər. İkincisi də, Azərbaycan 2015-ci ildə iki dəfə devalvasiyaya gedib. Bu faktor da bank sisteminə ciddi təsir göstərib. Yəni, bank sisteminin özünün də bu gün köməyə ehtiyacı var”x9d.

V.Əhmədov dollarla olan kreditlər məsələsinə də toxunub: “Ümumi razılıq belə olmuşdu ki, 10 min dollara qədər olan kreditlər köhnə məzənnə ilə (1 dollar =1.05 AZN) qaytarılsın. Buna heç kim də etiraz etmir. Mərkəzi Bankın rəhbərliyi xa0bu məsələni həll etməlidir. Çünki burada əsas söhbət mənbədən gedir. Mərkəzi Bakın bu addımı atması üçün kifayət qədər ehtiyatı var. Burada təxminən 250-300 milyon manatdan söhbət gedir. Kreditlərin köhnə məzənnə ilə ödənilməsi barədə ümumi razılıq olsa da, sonradan bunun nə üçün gecikdirilməsi barəsində məlumatımız yoxdur. Yəqin ki, bu məsələ üzərində müəyyən işlər aparılır”x9d.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Kişilər və qadınlar məmnunluqlarını necə biruzə verirlər? - YENİ TƏDQİQAT

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb-düşür - Nə baş verir?

Tramp BMT-ni tənqid etdi

Tramp BMT-ni tənqid etdi

“Nəvəmə Antalyadan ev aldım”

“Nəvəmə Antalyadan ev aldım”

2026-cı ili necə qarşılamaq lazımdır?

2026-cı ili necə qarşılamaq lazımdır?

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

Çoxmərtəbəli yaşayış binasında yanğın: 60 sakin təxliyə edildi

“Milan” və “Napoli” vacib qələbə qazandı

“Milan” və “Napoli” vacib qələbə qazandı

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Tramp Zelenskini öz adını daşıyan torta qonaq edib

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Prezident ailəsi “Azərbaycan dili” platformasının təqdimat mərasimində - FOTO

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Suriyada etiraz aksiyasının 100-dən çox iştirakçısı TUTULDU

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Ağdaşda maşın hasara çırpıldı - Sürücü xəsarət aldı

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Dembele ilin ən yaxşı kişi futbolçusu seçildi - FOTO/VİDEO

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Tramp Zelenski ilə görüşdə: Bu ya bitəcək, ya da çox uzun müddət davam edəcək

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Çində ilk dəfə bu raketin sınaqları nümayiş olundu - VİDEO

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Tramp Zelenski ilə görüşdən sonra yenidən Putinə zəng edəcək

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Yeni il süfrəsi neçəyə başa gəlir? - VİDEO

Floridada Trampla Zelenski arasında görüş başladı

Floridada Trampla Zelenski arasında görüş başladı

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

Kamil Bəşirov vəfat etdi - FOTO

Kamil Bəşirov vəfat etdi - FOTO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Qusarda polis əməkdaşları qış rejimində fasiləsiz xidmət aparırlar - VİDEO

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Rusiyada bir ailənin 3 üzvü terrorçu elan edildi

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Biləsuvardakı dəhşətli qəzada ölən bacılardan biri vəzifəli şəxsin xanımı olub

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Trampın Putinlə söhbətinin detalları MƏLUM OLDU

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

Gürcüstanda inqilabla bağlı altıncı cəhd də uğursuz olacaq - Kobaxidze

End of content

No more pages to load

RADİO