Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının İdarə heyyətinin növbəti yığıncağı keçirilib.
Toplantıda qərarların icra vəziyyəti, respublikada ictimai siyasi vəziyyət və cari məsələlər geniş müzakirə edilib. Azadlıq Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin ölkədə yaranmış iqtisadi böhranla bağlı keçirdiyi dərirmi masa müsbət qiymətləndirilmiş, bu cür tədbirlərin daha geniş miqyasda keçirilməsi məqsədəuyğun hesab edilib. Ayrı ”“ ayrı rayonlarda əhalinin manatın devalyasiyası ilə bağlı keçirdiyi tədbirlərdə hakimiyyət orqanlarının zorakılığı pislənmiş, həbs olunan vətəndaşların tezliklə azadlığa buraxılması və represiyalara son qoyulması tələb edilmişdir. 20 yanvarla bağlı Şəhidlər Xiyabanı ziyarət olunması ilə bağlı rayon (şəhər) şöbələrinə əlavə tapşırıqlar verilmişdir. Müzakirələrdən sonra müvafiq qərarlar qəbul edilmişdir.