Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin böhranla bağlı fikirlərini oxuculara təqdim edirik:
"Artıq ikinci devalvasiyanın bir ayı tamam olur. Bu bir ay ərzində verdikləri qərarların bəzilərini ləğv etdilər. Valyuta dəyişmə məntəqələrini bağladılar. Baxmayaraq ki, banklardan 500 dollara qədər almağa icazə verilib, banklar 200, bəzi banklar isə 100 dollardan yuxarı almaq istəyənlərə satmırlar. Ərzaqların qiyməti qalxıb və qalxmağda davam edir, baxmayaraq ki, çörəyin və yumurtanın qiymətini aşağı saldılar. Hakimiyyət özü yaratdığı eybəcər (halbuki özləri analoqu olmayan deyillər) iqtisadiyatın nəticələri ilə üz-üzə qalıb və öz acizliyini göstərir... Bu da, bunların bizə və bütün dünyaya göstərdikləri “iqtisadiyyat dərsin”x9d nəticəsi... Neftən asıllığı ölkələrdə də iqtisadi böhran olmuşdu, amma onlar bu vəziyyətdən çıxa bildilər. Azərbaycan hakimiyyəti isə iqtisadiyyatı liberallaşmaq əvəzinə, ciddi gömrük islahatlar əvəzinə, inhisarçılığın ləğv olunması əvəzinə daha da sərt qanunlar qəbul etdi. İnhisarçılığla bağlı bir neçə misal çəkmək də olar. Statistikaya qörə 2003-cü ilə qədər metallurgiya senayesində bir neçə zavod və müəssisə fəaliyyət qöstərirdi. Statistikaya qörə həmin müəssələr öz mallarını ixrac edib Respublikaya valyuta qətirirdilər, vergi ödəyirdilər. 2003-cü ildə isə Baku Steel Company bu sahəni inhisara alandan sonra digər zavodlar və müəssisələr bağlandı. Belə faktları çox göstərmək olar. Bu onu göstərir ki, hakimiyyət inhisar siyasətini dəstəkləyir. Burda sual yaranır niyə görə? Çünki nazir-oliqarxlar dövlət büdcəsindən ayrılan vəsaitləri öz ciblərinə qoymaq üçün holdinqlər, iri şirkətlər yaradıblar və bunların hesabına varlanıblar və müəyyən sahələri inhisara alıblar. Normal inkişaf etdiyi ölkələrdə bu heç vaxt baş verməz. Hakimiyyət başa düşməlidir ki, kiçik və orta sahibkarlara dəstək, sağlam rəqabət olandan sonra iqtisadiyyatda müsbət irəlləyiş ola bilər. Necə ki, normal inkişaf etmiş ölkələrdə dövlət büdcəsinin formalaşmasından misal çəkmək olar. Həmin ölkələrdə büdcənin əsas hissəsi orta və kiçik biznesin fəaliyyətin nəticəsində formalaşır. Son hadisələr onu göstərdi ki, hakimiyyətdə ciddi kadr problemi var və bu “qocalmış”x9d kadrlarla islahat aparmaq mümkün deyil. Xalq Cəbhəsi hakimiyyətə qələn günlərdə 10 il Bakı Şin Zavodun direktor vəzifəsində çalışmış atama yenidən vəzifəyə qayıtmaq təklifi olmuşdu. O isə yaşına görə bundan imtina etmişdi və bunula da cavanlara, yeni kadırlara yol açmışdı. Bu gün isə ildə bir dəfə görünən baş nazir və onun komandası yeni, cavan, daha operativ komandaı ilə əvəz olunmalıdır. İslahatlara getmək lazımdır. İllər boyu bu hakimiyyət icra başçılarını yer dəyişməklə məşğuldular və bunu islahat adlandırıblar. Ona görə də həmin bu qocalmış kadrlar rayonlarda etiraz edənlərin qabağına çıxa bilmilər. Vətəndaşlarla polis güc vasitəsilə danışılar. Amma vaxtında etirazçıların qabağına çıxıb, onları dinləyib və etirazlara səbəb olan amilləri aradan qaldırılsaydı, onda nə etiraz aksiyalar olardı nə də ki orda saxlayanlılar!!! Məncə bu islahat deyil və bunu artıq çoxdan hamı başa düşüb. Hakimiyyət zor siyasətini dayandırıb, cəmiyyətlə barışığa getməli, sosial, iqtisadi və siyasi islahatlar aparmalıdır. Nazirlər kabineti buraxılmalıdır və yeni kabinetin formalaşmasında müxalifətin də iştrakı təmin olunmalıdır. Parlament buraxılıb və yeni seçkilər təyin olunmalıdır. Bu islahatları görmək üçün hələ ki vaxt var."