Düz doqquz il öncə Tartuda gördüyüm universitet kimi...

2007 ”“ci ilin yazında altı nəfər həmkarımla birlikdə Estoniyaya səfər etmişdim. Səfərin məqsədi bu ölkənin təhsil sistemində həyata keçirilən təhsil islahatları, xüsusən də tələbə və şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi təcrübəsi ilə tanış olmaq idi. Bir gün ərzində Tartu Universitetində yüksək səviyyədə təşkil olunmuş seminarda həm nəzəri, həm də praktiki cəhətdən bu proseslə tanış olduq. Tələbələrin dərslərə davamiyyətindən başlamış, tapşırıqların verilməsində, biliklərinin qiymətləndirilməsində, müəllim-professor heyətinin tələbələrlə əlaqələrinin qurulmasında, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində İnformasiya Kommunikasiya Texnologiyalarından yüksək səviyyədə istifadə edilməsi bizi çox heyrətləndirmişdi. “Kaş, bizdə də belə bir universitet olaydı”x9d fikri o gün bir-birimizə söylədiyimiz bir istək və arzu idi. Bizə Universitetin bu başarıya gənc, perspektivli idarəedicilərinin səyi nəticəsində nail olduğunu söylədilər. Bu çox vacib bir məsələdir. Çünki aparılan müşahidələr göstərir ki, islahat proqramlarının istər ümumtəhsil orta məktəblərində, istərsə də ali məktəblərdə müvəfəqiyyətlə aparılması həmin təhsil osaqlarını idarəedənlərdən çox asılıdır. Son zamanlarda ölkəmizin təhsil sistemində aparılan islahatlar təhsili idarəedənlərin yenilənməsi, rəhbər kadrların təyinatı ilə yeni bir mərhələyə daxil oldu. İstər orta məktəblərdə, istərsə də ali məktəblərdə bu kadr islahatları artıq öz bəhrəsini verməkdədir. Buna mən bir qrup Qeyri-Hökümət Təşkilatlarının nümayəndəsi tərkibində Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin qış semestr imtahanlarının təşkili və gedişatı ilə tanış olduqdan sonra bu qənaətə gəldim. Bu yazımda heç də Universitetdə 2-3 il öncə baş verən neqativ hallardan bəhs etməyəcəyəm, fikrimcə, ölkə mətbuatı çox da uzaq olmayan bir dövrdə nələrin baş alıb getdiyi haqqında yetərincə məlumat vermib. Hal-hazırda Universitet öz yeni rəhbəriliyi ilə yeni bir yolda öz uğurlu addımlarını atmaqdadır. Auditoriyaları gəzdikcə, tələbələrlə söhbət etdikcə qısa bir müddət ərzində Universitetdə əldə edilən başarılar diqqəti cəlb edir. Haqlı olaraq ölkə üzrə ali məktəblərin reytinq cədvəlində birinci yeri tutub. Öyrədənlərlə öyrənənlər arasında davamlı əməkdaşlığın yaradılmasında, kadr hazırlığına müsbət təsir edən inteqrativ baxışların əsaslarının və istiqamətlərinin müəyyənləşdirilməsində, müzakirə və mübadilələr zamanı yaranmış səmərəli təşəbbüs və yanaşmaların ümumiləşdirilməsində, tətbiqində, gənc məllimlər üçün pedaqoji inkişaf sessiyalarının, seminar və təlimlərin təşkilində, onlarda peşə məsuliyyəti, kompetensiyalar haqqında düşüncə tərzinin formalaşdırması istiqamətində, bütün resursları tələbələrin bilik və bacarıqlarının optimal və obyektiv qiymətləndirilməsinə yönəldilməsi yarım gün ərzində Universitetdə gördüklərimdir. İqtisad Universiteti timsalında əminliklə deyə bilərəm ki, Azərbaycanda da belə bir Universitet vardır. Düz doqquz il öncə Tartuda gördüyüm Universitet kimi... Düşünürəm ki, Təhsil Nazirliyi tərəfindən Universitetin təcrübəsinin öyrənilməsi və yayılması ümumi işə fayda verər.

Məlahət Mürşüdlü
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kartla ödəniş edənlərə PİS XƏBƏR - VİDEO

Kartla ödəniş edənlərə PİS XƏBƏR - VİDEO

Həkimlərdən maraqlı açıqlama: Keçəl kişilər daha enerjili və...

Həkimlərdən maraqlı açıqlama: Keçəl kişilər daha enerjili və...

"Necə unudum səni?"ni hələ belə oxuyan olmamışdı - AUDİO

"Necə unudum səni?"ni hələ belə oxuyan olmamışdı - AUDİO

Ayın 18-də doğulanlar: özünəinam, ambisiya və rifaha aparan yol

Ayın 18-də doğulanlar: özünəinam, ambisiya və rifaha aparan yol

Bu ölkədə ömürlük həbs cəzası 12 yaşdan edildi

Bu ölkədə ömürlük həbs cəzası 12 yaşdan edildi

Azərbaycanda yüksək sürətli provayder BUDUR - REYTİNQ CƏDVƏLİ

Azərbaycanda yüksək sürətli provayder BUDUR - REYTİNQ CƏDVƏLİ

ABŞ-İran danışıqları BU TARİXDƏ keçirilə bilər

ABŞ-İran danışıqları BU TARİXDƏ keçirilə bilər

Zelenskidən Hörmüz boğazının açılmasına REAKSİYA

Zelenskidən Hörmüz boğazının açılmasına REAKSİYA

Makronun Melonini qarşılaması DİQQƏT ÇƏKDİ - VİDEO

Makronun Melonini qarşılaması DİQQƏT ÇƏKDİ - VİDEO

Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı - VİDEO

Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı - VİDEO

Murad Dadaşovla Bəhram Bağırzadənin rəqsi GÜNDƏM OLDU - VİDEO

Murad Dadaşovla Bəhram Bağırzadənin rəqsi GÜNDƏM OLDU - VİDEO

“O dərman daim yanımızda olmalıdır, 2 aydır verilmir” - VİDEO

“O dərman daim yanımızda olmalıdır, 2 aydır verilmir” - VİDEO

Azərbaycan neftini idxal edən ikinci ÖLKƏ - RƏQƏMLƏR

Azərbaycan neftini idxal edən ikinci ÖLKƏ - RƏQƏMLƏR

Başlıbel qətliamından 33 il ötür

Başlıbel qətliamından 33 il ötür

Maraqlı ARAŞDIRMA: Sizi iş yerindəki stressdən nə xilas edir?

Maraqlı ARAŞDIRMA: Sizi iş yerindəki stressdən nə xilas edir?

Əl Şaraa Ərdoğanla görüşüb bunları müzakirə etdi - FOTO

Əl Şaraa Ərdoğanla görüşüb bunları müzakirə etdi - FOTO

700 milyon qazancla rekord qırdı

700 milyon qazancla rekord qırdı

Zelenski Lukaşenkonu oğurlamaqla HƏDƏLƏDİ - Maduronu xatırladaraq...

Zelenski Lukaşenkonu oğurlamaqla HƏDƏLƏDİ - Maduronu xatırladaraq...

“Bavariya” “Qalatasaray”ın qapıçısını transfer etmək istəyir

“Bavariya” “Qalatasaray”ın qapıçısını transfer etmək istəyir

Davamlı balıq yemək istəyi nəyin simptomudur?

Davamlı balıq yemək istəyi nəyin simptomudur?

Röya Ayxanın 2 minlik libası DİQQƏT ÇƏKDİ - VİDEO

Röya Ayxanın 2 minlik libası DİQQƏT ÇƏKDİ - VİDEO

Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa

Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa

“Zirə” – “Neftçi” matçında bərabərlik - VİDEO

“Zirə” – “Neftçi” matçında bərabərlik - VİDEO

SON DƏQİQƏ:ABŞ və İran arasında imzalanan müqavilənin BƏZİ TƏFƏRRÜATLARI

SON DƏQİQƏ:ABŞ və İran arasında imzalanan müqavilənin BƏZİ TƏFƏRRÜATLARI

End of content

No more pages to load

RADİO