"Tarqovı"dakı mağazalardan oğurluq edənlərin anbaan görüntüləri - VİDEO

Səbail rayonu ərazisindəki “Fəvvarələr” meydanında yerləşən geyim mağazalarından birinə alıcı kimi gələn şəxsin çantasından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu barədə Sabail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən zərərçəkən həyat yoldaşının çantasından 800 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Zərərçəkən həmçinin özünün də eyni mağazanın paltardəyişmə otağında olan zaman gödəkcəsini saxlamaq üçün azyaşlı övladına verdiyini və həmin gödəkcənin də cibindən içərisində bank kartları və sənədlər olan pul qabının oğurlandığını qeyd edib. Daha sonra oğurluq edən şəxslər kartlardan birindən 200 manat pul çıxara biliblər.

Zərərçəkən ailənin şikayəti əsasında Polis Bölməsində dərhal araşdırmalara başlanılıb. Ərazidə və mağazada olan təhlükəsizlik kameralarındakı görüntülərə baxış keçirilən zaman hadisənin hansı şəraitdə törədildiyi müəyyən edilib.

Bölmə əməkdaşları tərəfindən “isti” izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər - əvvəllər dəfələrlə məhkum olunmuşlar Qüdrət Sultanov, Rəşad Məmmədov və Anar Abbasov saxlanılıblar.

Bu şəxslərin ətrafında araşdırma aparılan zaman onların Səbail rayonunda Rəsulzadə küçəsində yerləşən kofe evində olan bir müştərinin də pul kisəsini oğurladıqları məlum olub.

Dəstə üzvlərinin bu cinayəti də müşahidə kameraları vasitəsi ilə qeydə alınıb. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Faktlarla bağlı 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Qüdrət Sultanov, Rəşad Məmmədov və Anar Abbasovun paytaxt  ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur.

Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat vermə bilərlər.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Space" TV-nin yeni baş direktoru o təyin edildi

"Space" TV-nin yeni baş direktoru o təyin edildi

BP və TLM Azərbaycanda xalça sənətinə dair 3 kitabın təqdimatını etdi - FOTOLAR

BP və TLM Azərbaycanda xalça sənətinə dair 3 kitabın təqdimatını etdi - FOTOLAR

Bu şəxslərə Rusiya vətəndaşlığı rüsumsuz verilə bilər

Bu şəxslərə Rusiya vətəndaşlığı rüsumsuz verilə bilər

"Armudu stəkanın dizaynını mən vermişəm"

"Armudu stəkanın dizaynını mən vermişəm"

Polkovnikin oğlu qətlə yetirildi - Öldürən danışdı

Polkovnikin oğlu qətlə yetirildi - Öldürən danışdı

SON DƏQİQƏ! Bu ixtisas üzrə kolleclərə qəbul DAYANDIRILDI – RƏSMİ

SON DƏQİQƏ! Bu ixtisas üzrə kolleclərə qəbul DAYANDIRILDI – RƏSMİ

Elmar Baxşıyev “Şamaxı” ilə danışıq aparır? – Özündən AÇIQLAMA

Elmar Baxşıyev “Şamaxı” ilə danışıq aparır? – Özündən AÇIQLAMA

Berlində 8-9 mayda sovet simvolikasına qadağa qoyulacaq

Berlində 8-9 mayda sovet simvolikasına qadağa qoyulacaq

Özəl məhkəmə ekspertizası nədir? – MÜSAHİBƏ

Özəl məhkəmə ekspertizası nədir? – MÜSAHİBƏ

TƏBİB-in İcraçı direktoruna üç müşavir təyin edildi – ADLAR

TƏBİB-in İcraçı direktoruna üç müşavir təyin edildi – ADLAR

Zelenski Kobaxidze ilə görüşdü: Son beş ildə ilk dəfə - VİDEO

Zelenski Kobaxidze ilə görüşdü: Son beş ildə ilk dəfə - VİDEO

“Yeniyetmələr arasında qatlanan bıçaqlardan istifadə halları çoxalıb” – Deputatdan XƏBƏRDARLIQ

“Yeniyetmələr arasında qatlanan bıçaqlardan istifadə halları çoxalıb” – Deputatdan XƏBƏRDARLIQ

SEPAH Hörmüz boğazına nəzarətlə bağlı yeni xəritə təqdim etdi - FOTO

SEPAH Hörmüz boğazına nəzarətlə bağlı yeni xəritə təqdim etdi - FOTO

SON DƏQİQƏ: İran Hörmüz boğazında ABŞ hərbi gəmisini vurdu

SON DƏQİQƏ: İran Hörmüz boğazında ABŞ hərbi gəmisini vurdu

Zelenski: “Azərbaycan və Ermənistana dayanıqlı sülh arzulayırıq”

Zelenski: “Azərbaycan və Ermənistana dayanıqlı sülh arzulayırıq”

Makron: “Avropalılar təhlükəsizlik sahəsində ABŞ-dan asılılığın əvəzini ödəyirlər” - VİDEO

Makron: “Avropalılar təhlükəsizlik sahəsində ABŞ-dan asılılığın əvəzini ödəyirlər” - VİDEO

Moruğun 5 faydalı xüsusiyyəti

Moruğun 5 faydalı xüsusiyyəti

Paşinyan: “Cevdet Yılmaz Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidentidir”

Paşinyan: “Cevdet Yılmaz Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidentidir”

Sergey Melikov Dağıstan rəhbəri vəzifəsindən istefa verdi

Sergey Melikov Dağıstan rəhbəri vəzifəsindən istefa verdi

Avstriya hökuməti 3 rusiyalı diplomatı “persona non qrata” elan edib.

Avstriya hökuməti 3 rusiyalı diplomatı “persona non qrata” elan edib.

Paytaxtın gözlənilməz “qonaq”ları – Qarşınıza çıxsalar, bu nömrəyə zəng edin – RƏSMİ/VİDEO

Paytaxtın gözlənilməz “qonaq”ları – Qarşınıza çıxsalar, bu nömrəyə zəng edin – RƏSMİ/VİDEO

Apreldə havanın temperaturu iqlim normasından yuxarı olub

Apreldə havanın temperaturu iqlim normasından yuxarı olub

Neftçala və Hacıqabulda qaz KƏSİLƏCƏK

Neftçala və Hacıqabulda qaz KƏSİLƏCƏK

Bu məktəblərdə I sinfə qəbul müsabiqə yolu ilə aparılır – SİYAHI

Bu məktəblərdə I sinfə qəbul müsabiqə yolu ilə aparılır – SİYAHI

End of content

No more pages to load

RADİO