Sabiq vergilər nazirindən biabırçı açıqlama...

Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə

     
Sabirabad rayonu, pambıqçılıq üzrə fermer təsərrüfatının başçısı Əfras Əsgərov tərəfindən


                                         Açıq məktub


Hörmətli cənab Prezident!

“Kənd təsərrüfatı ili”x9d elan etdiyiniz 2015-ci il başa çatdı. 

Bir sira rəsmilər ilin çox uğurlu olmasını müxtəlif versiyalarla müdafiə etməyə çalışsalar da, həqiqət ondan ibarətdir ki, biz pambıqçılar bu ili çox acınacaqlı şəkildə başa vurduq. 

Həm gəlirlərimiz xeyli dərəcədə azaldı,  həm də böyük bir ümidsizliyə qapıldıq. 

Belə ki, artıq pambıqçılıq perspektivsiz bir sahəyə çevrildi. Kənd təsərrüfatının əsas sahələrindən biri olan pambıqçılıqla məşğul olan bir şəxs kimi, məlumat üçün bildirirəm ki, çalışdığım sahənin bu qədər axsamasının əsas iki səbəbindən biri dünyda baş vermiş iqtqisadi böhrandırsa,  ikinci əsas və daha ciddi səbəbi bu sahəyə rəhbərlik edənlərin, bu sahəni yönəldənlərin səhlənkarlığı və yanlış iqtisadi- siyasi mövqe tutmalarıdır. Buna görə də,  ölkəmizə neftdən sonra valyuta gətirə biləcək əsas sahələrdən biri olan pambıqçılıq artıq bitmək üzrədir. 

Ölkə üzrə pambıq əkininin yarısına nəzarət edən “ÇTS - Aqro”x9d MMC ötən il 15 min hektar pambıq əkdirmişdisə, bu il həmin göstərici çox böyük ehtimalla 4 min hektardan aşağı olacaqdır. Bu isə o deməkdir ki, minlərə insan öz daimi və mövsümi iş yerlərini itirməklə gündəlik qazanclarından məhrum olacaq. Nəzərə alsaq ki, ümumilikdə 15 min hektar pambıq əkilsəydi, bu gün, onsuz da gərgin olan dövlət büdcəmizə xeyli valyuta daxil ola bilərdi. Çox təəssüf ki, artıq gecdir və “ÇTC-Aqro”x9d MMC şirkəti, hətta əkdirə bilsə belə,  həmin 3 - 4 min hektarlıq pambıq sahələrində lazımi səviyyədə məhsuldarlığa nail ola bilməyəcək. Çünki hələ bir hektar da şum aparılmayıb. Fevral ayında şumlanan sahələrdə pambıq əkilməsi isə bəri başdan 5-10 sentnerin itirilməsi deməkdir. 

Cənab Prezident!

Bu vacib sahənin belə ağlar günə qoyulmasının səbəbləri barədə mən Sizə, pambıqçılıq təsərrüfatından baş çıxaran bir mütəxəssis kimi, obyektiv məlumat vermək istəyirəm. Tam əminəm ki, bu barədə Sizə məlumat verənlər ya bu sahədən çox uzaq adamlardır, ya da sadəcə olaraq, Sizə səhv məlumat verirlər. Çünki öz qanunsuz əməllərini və qabiliyyətsizliklərini ört-basdır etməyə çalışırlar.

Bütövlükdə kənd təsərrüfatımızın indiki ağır vəziyyətinin  səbəblərini harada axtarmaq lazımdır? Necə oldu ki, şəxsən Sizin tərəfinizdən  diqqətdə saxlanılan bu sahədə belə bir problem yarandı? 

Cənab Prezident!

Ötən ilin iyun ayında siz bir sıra şirkətlərin, o cümlədən “ÇTC - Aqro”x9d MMC şirkətinin idarəçiliyini “Aqrokredit”x9d təşkilatına həvalə etməklə bağlı sərəncam verdiniz. O zaman hamımızda artıq hər şeyin yoluna qoyulacağı barədə bir ümid yarandı. Çox təəssüf ki, Kənd Təsərrüfatı Nazirimiz Heydər Əsədovun və “Aqrokredit”x9d təşkilatının sədri Mamed Musayevin və onların ətrafındakı şəxslərin pambıqçılıqla bağlı şəxsi bilgilərinin az olması səbəbindən, hətta bəzi şəxslərin son dərəcə laqeydlik və səhlənkarlığı  nəticəsində “ÇTC- Aqro”x9d MMC şirkətinin fəaliyyyəti iflic oldu. 

Belə ki, sentyabr ayının ortalarında kifayət qədər məhsul olmasına baxmayaraq, maliyyə çatışmazlığı üzündən şirkət mahlıc emalına başlaya bilmədi. Adicə “işıq pulu”x9d ödəyə bilmədiyinə görə şirkətin emal zavodları həftələrlə işi dayandırmağa məcbur olurdular. Şirkətin traktor və kombaynları dizel yanacağı çatışmazlığı səbəbindən fasilələrlə işləyirdilər. Hesab edirəm ki, əgər “Aqrokredit”x9d bizim şirkəti sentyabrın əvvəlində maliyyə vəsaiti ilə təmin edə bilsəydi, pambıq dərimi bütün ölkə boyu sentyabrın əvvəlindən başlayardı və təbii ki, toplanan pambığı emal edib satışa çıxara bilərdik. Bu isə şirkətin kifayət qədər xarici valyuta qazanması demək idi. 
Əlbəttə ki. biz fermerlər də, həmin puldan istifadə etməklə, insanları pambıq dəriminə çox asanlıqla cəlb edə bilərdik və məhsulumuzu itkisiz toplayardıq. Bu problemlərə görə pambığımızın 20-25 %-i sahələrdə kolda qaldı. 

Təqribi hesablamalarıma görə, əgər cənab Mamed Musayev sentyabr ayının əvvəlində bizim şirkətə bir milyon manat pul ayırsaydı, təkcə məhsulun keyfiyyətli və itkisiz yığımına görə bizim şirkət bir milyon manat əlavə qazanc əldə edəcəkdi. Təəssüf ki, bu baş vermədi. Problem bu günə qədər davam edir. Pambıq tədarükünün sonunda qardaşımla mənim birlikdə 36 min manat alacağımız var idi. 

Baxmayaraq ki, müqaviləmizə görə,  biz pambığı təhvil verdikdən sonra üç gün müddətində pulumuzu almalıyıq, lakin “Aqrokredit”x9d  təşkilatı pulumuzun bir hissəsini xeyli gecikdirdikdən sonra ( dekabrın son günlərində) verdi. Qalan 20 min manatımızı isə nə vaxt alacağımızı hələ də bilmirik. Təkcə manatın devalvasiyasına görə qaradşımla mən 15 min dollar məbləğində ziyana düşdük.


Dekabr ayının 28- də “Aqrokredit”x9din  rəhbərliyi fermerlərlə Beyləqan rayonunda zona müşavirəsi keçirdi.  Yığıncağa sədrlik edən Mamed Musayevin müşaviri Şöhrət Vəkilov ( sabiq Vergilər Naziri) çox soyuqqanlı və laqeydcəsinə hesabat verdi, guya öz vəzifələrini  yüksək səviyyədə yerinə yetirdiklərinə görə,  Heydər Əsədova və Mamed Musayevə təşəkkür etdi. 

Müşavirə çox gərgin keçdi, fermerlər tərəfindən rəhbərliyə qarşı, müşavirə təşkilatçılarına qarşı çox ciddi ittihamlar səsləndirildi. Fermerlər hamılıqla pullarını tələb etdilər və növbəti il üçün pambıq əkini planlaşdırılmasının gecikdirilməsinə görə, Mamed Musayevin məsuliyyət daşıdığını bildirdilər. Ən ciddi iradlar, kəskin fikir ayrılıqları isə növbəti il üçün təklif olunan müqavilədə pambığın qiymətinin 42 qəpik göstərilməsi ilə bağlı oldu. Təbii ki, bu da bazar qiymətləri ilə heç cür uzlaşmır. Təkcə bu fakt pambıqçılığın inkişafına öldürücü zərbədir. Sədrlik edən Şöhrət Vəkilov əsəbiləşərək: “əkirsiniz əkin, əkmirsiniz özünüz bilərsiniz”x9d-- deyərək, müşavirəni tələsik yekunlaşdırdı. 

Müşavirədə bəlli oldu ki, bizim şirkət ölkədə fəaliyyət göstərən “MKT”x9d adlı pambıq şirkətindən, təqribən, 4-5 dəfə az pambıq əkəcək.

Bu da Heydər Əsədov və Mamed Musayevin, bir Prezident kimi Sizin kənd təsərrüfatının, xüsusilə də, pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyiniz müvafiq sərəncamlara yarıtmaz münasibəti.
 
Cənab Prezident!

Sizdən xahiş edirəm,  “Aqrokredit”x9d təşkilatının pambıqçılıqla bağlı bilərəkdən və ya səhlənkarlıqdan buraxdığı səhvlərin ciddi araşdırılması üçün göstəriş verəsiniz. Biz əməkçilərə sahib çıxın, lütfən. Bu günkü ağır iqtisadi-maliyyə böhranı şəraitində Azərbaycan kəndlisinin torpaqdan başqa dolanışıq yolu yoxdur. Dünya bazarlarında neftin qiymətinin düşdüyü bir vaxtda kənd təsərrüfatımızın inkişafına hava-su kimi ehtiyac var. Təəssüf ki, özləri firavan həyat keçirən bəzi məmurları bu qətiyyən maraqlandırmır.

Hörmətli Prezident!

İndiki məqamda, həqiqətən də, qızıldan qiymətli vaxtınızı almadan, faydalı ola biləcəyini güman edərək, ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı öz mülahizələrimi  bir neçə cümlə ilə diqqətinizə çatdırmağı özümə borc bilirəm:

1.Ölkədə pambıq istehsalını hazırda fəaliyyətdə olan pambıqçılıq şirkətlərinin nəzarətindən tədricən çıxartmaq lazımdır. Yəni pambıq üzərində həmin şirkətlərin monopoliyasını aradan qaldırmaq zəruridir.
2.Pambıq əkini ilə məşğul olan bütün  fermerlərə aşağı  faizlərlə kreditlər bir başa, vasitəçi olmadan, özlərinə verilməlidir. Belə olarsa, iri fermer təsərrüfatları hər bir kənddə həm pambıq əkinini maliyyələşdirəcək, həm də bütün prosesə nəzarət  edəcəklər.
3.Nisbətən çox pambıq əkən kəndlərdə kiçik pambıq emalı sexlərinin yaradılmasına nail olmaq. Bunu çox kiçik maliyyə hesabına da  etmək mümkündür. Biz həmin avadanlıqları hal-hazırda ölkəmizdə fəaliyyəti dayandırılmış emal zavodlarından ucuz qiymətə ala da bilərik.
4.Mahlıc bazarına fermerlərin özlərinin birbaşa çıxışı təmin edilməlidir. Bu, kənd əməkçilərinin istismarının qarşısını alar, onların gəlirini artırar, nəticədə, kənd təsərrüfatımız inkişaf edər. İndiki sistemdə isə kəndlinin haqqını mənimsəyənlər o qədərdir ki, özünə yavan çörək pulundan başqa heç nə qalmır.
Hesab edirəm ki, bu tədbirlər həyata keçirilərsə, 3-4 ilə ölkəmizdə pambıq əkini 50-60 min hektara yüksələ bilər.

 Hörmət, ehtiram və Sizə ümidlə,
Sabirabad rayonu, Zəngənə kənd sakini
 Əfras Əsgərov 

tel. (+994) 503112869



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan millisindən TARİXİ UĞUR

Azərbaycan millisindən TARİXİ UĞUR

“Real” bu futbolçu yollarını ayıracaq

“Real” bu futbolçu yollarını ayıracaq

Bakının iki rayonunda evlərini su basan sakinlər təxliyə edildilər - VİDEO

Bakının iki rayonunda evlərini su basan sakinlər təxliyə edildilər - VİDEO

Masallıda QƏZA: 34 yaşlı sürücü həyatını itirdi, 2 yaralı var - FOTO/VİDEO

Masallıda QƏZA: 34 yaşlı sürücü həyatını itirdi, 2 yaralı var - FOTO/VİDEO

Güləşçimiz cəzalandırıldı - SƏBƏB

Güləşçimiz cəzalandırıldı - SƏBƏB

Dünya səyyahları Füzulidə - FOTO/VİDEO

Dünya səyyahları Füzulidə - FOTO/VİDEO

Britaniya Ukraynaya 115 milyon avro AYIRDI

Britaniya Ukraynaya 115 milyon avro AYIRDI

Qubada 10-dan həyəti çirkab suları basıb - FOTO/VİDEO

Qubada 10-dan həyəti çirkab suları basıb - FOTO/VİDEO

Gəncədə yanğında həyatını itirən kişinin ölüm səbəbi bilindi - TƏFƏRRÜATLAR - FOTO

Gəncədə yanğında həyatını itirən kişinin ölüm səbəbi bilindi - TƏFƏRRÜATLAR - FOTO

Ağsuda qadını qətlə yetirən şəxslər SAXLANILDI

Ağsuda qadını qətlə yetirən şəxslər SAXLANILDI

Antikvar samovarı Azərbaycana gətirmək istəyirdi, əlindən aldılar

Antikvar samovarı Azərbaycana gətirmək istəyirdi, əlindən aldılar

İkardi “Qalatasaray”dan ayrıla bilər

İkardi “Qalatasaray”dan ayrıla bilər

Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak edib - FOTO

Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak edib - FOTO

Biləsuvarda yol qəzası olub, 4 nəfər xəsarət alıb

Biləsuvarda yol qəzası olub, 4 nəfər xəsarət alıb

"Mahnı sözləri həyatıma təsir edir"

"Mahnı sözləri həyatıma təsir edir"

Çin ABŞ-a görə ticarət maneələrinin araşdırılmasına BAŞLADI

Çin ABŞ-a görə ticarət maneələrinin araşdırılmasına BAŞLADI

Qobustanda AĞIR QƏZA: 67 yaşlı qadın həyatını itirdi

Qobustanda AĞIR QƏZA: 67 yaşlı qadın həyatını itirdi

Millimiz Portuqaliyaya böyük hesabla uduzdu - VİDEO

Millimiz Portuqaliyaya böyük hesabla uduzdu - VİDEO

İntensiv yağıntılarla əlaqədar əlavə polis naryadları xidmətə cəlb olundu – VİDEO

İntensiv yağıntılarla əlaqədar əlavə polis naryadları xidmətə cəlb olundu – VİDEO

Ana olmaq istəyənlərin diqqətinə – Gündə 5 fincan qəhvə...

Ana olmaq istəyənlərin diqqətinə – Gündə 5 fincan qəhvə...

Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR

Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR

İlham Əliyev Dərbənddəki Azərbaycan Teatrının kollektivini TƏBRİK ETDİ

İlham Əliyev Dərbənddəki Azərbaycan Teatrının kollektivini TƏBRİK ETDİ

Aprel bu BÜRCLƏR üçün uğurlu olacaq

Aprel bu BÜRCLƏR üçün uğurlu olacaq

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

Yağıntılı hava nə vaxta kimi davam edəcək?

End of content

No more pages to load

RADİO