Qiymət artımına səbəblər nələrdir? – SORĞU  

Sosial Tədqiqatlar Mərkəzi vətəndaşların son bir ildə qarşılaşdıqları qiymət artımlarının səbəbləri ilə bağlı mövqelərini öyrənmək üçün növbəti blitz sorğu keçirib.  

Bizim.Media xəbər verir ki, sözügedən sorğu çərçivəsində respondentlərə “Sizcə, qiymət artımının səbəbləri nələrdir?” sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib. 

Əldə olunan respondent rəylərinə görə, qiymət artımlarının səbəbləri geniş palitraya malikdir.

Belə ki, rəyi öyrənilənlər arasında mövqelərin ən çox üst-üstə düşdüyü əsas səbəb kimi Rusiya-Ukrayna münaqişəsi 36.6%-lik göstərici ilə ilk sırada qərarlaşıb. Qeydə alınan bu səbəbi çox az fərqlə sahibkarlar və satıcıların qiymətləri süni olaraq artırması amili (34.3%) və dünyadakı iqtisadi-siyasi vəziyyət (32.2%) ilə bağlı rəylər məcmusu təqib edir.  

Sorğu nəticələrinin ilkin təhlili ölkəmizdə müşahidə olunan qiymət artımlarının (inflyasiyanın) ilk üç səbəbindən ikisinin əsasən xarici faktorlardan qaynaqlandığını və cari inflyasiyanın idxal inflyasiyası olduğu təsbitinin ictimai rəy ilə üst-üstə düşdüyünü deməyə əsas verir. 

Qiymət artımlarının əsas səbəblərindən bir kimi süni qiymət artımını ön plana çıxaran 34.3%-lik respondent seqmentinin 25.6%-ni dövlət sektorunda çalışanlar təşkil etdiyi halda 20.3%-ni təqaüdçülər təşkil edib. 
Maraqlı təsbitlərdən biri də ondan ibarətdir ki, sorğuda iştirak edənlərin 11.6%-i rəqabətin zəif olmasını qiymət artımlarının əsas səbəbləri sırasında gördüyü halda, respondentlərin 23.7%-i aidiyyəti qurumların tənzimləyici təsirinin yetərli olmamasını irəli sürüblər. 

Sorğu çərçivəsində respondentlərin 4.4%-i digər səbəbləri əsas gətirdiyi halda, 5.4%-i isə bu suala cavab verməkdə çətinlik çəkdiklərini bildirib. 

Sorğu 2022-ci ilin dekabr ayında 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

End of content

No more pages to load

RADİO