Rövnəq Abdullayev: Qənaət rejiminə keçid prosesi sürətləndirilməlidir

Dekabrın 31-də SOCAR-ın baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.

Moderator.az SOCAR-ın saytına istinadən məlumat verir ki, yığıncaqda dekabrın 4-də təbii fəlakət zamanı “Günəşli”x9d yatağındakı 10 saylı, Neft Daşlarındakı 501 saylı dəniz özüllərində baş vermiş qəza nəticəsində həlak olmuş və itkin düşmüş neftçilər anılıb. SOCAR-ın prezidenti R.Abdullayev bu hadisələrin neftçilərin əhvali-ruhiyyəsinə təsir etdiyini söyləyib, itkin düşənlərin axtarışı və yanğının söndürülməsi istiqamətində aparılan işlər haqqında ən son məlumatları iştirakçiların diqqətinə çatdırıb.

Daha sonra 2015-ci ilə yekun vuran R.Abdullayev dünyada mövcud iqtisadi durumla əlaqədar ötən ilin bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini söyləyib. Bütün çətinliklərə baxmayaraq, SOCAR prezidenti dünyada yaranmış mövcud iqtisadi durum fonunda 2015-ci ilin istehsalat nəticələrinin qənaətbəxş olduğunu qeyd edib. Son on ildə şirkətin xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri üzərində dayanan R.Abdullayev TANAP, STAR zavodunun, Petkim limanın tikintilərinin vacibliyini qeyd edib, habelə Azərbaycanda həyata keçirilən layihələrin uğurla davam etdiyini diqqətə çatdıraraq, şirkətdə aparılan xərclərin optimallaşdırılması və qənaət rejiminə keçid proseslərinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

R.Abdullayev neft və qaz yataqlarında həyata keçirilən əməliyyatlarda insanların təhlükəsizliyinin prioritet vəzifə olduğunu diqqətə çatdırıb və qeyd edib ki, qənaət rejiminin tətbiq edilmədiyi yeganə sahə - məhz təhlükəsizlik məsələləri olmalıdır.

Daha sonra 2016-cı ildə qarşıda duran vəzifələrdən danışan şirkət prezidenti dünyada yaranmış mövcud iqtisadi durumla əlaqədar SOCAR-ın dayanıqlığının qorunması və saxlanılması üçün prioritet istiqamətləri qeyd edib.

Yığıncaqda SOCAR-ın idarə və müəssisələrinin maddi-texniki təchizat siyasətinə yenidən baxılması, anbar təsərrüfatında ciddi inventarizasiyanın keçirilməsi, xərclərin və idarəetmə sisteminin optimallaşdırılması, qənaət rejiminin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Şirkətin vitse-prezidentləri Tofiq Qəhrəmanov, Süleyman Qasımov, Rəhman Qurbanov, Mikayıl İsmayılov, David Məmmədov, Xalik Məmmədov, “Azneft”x9d İB-nin baş direktoru Daşqın İsgəndərov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, Kompleks Qazma İşləri Trestinin müdiri İskəndər Şirəli və başqaları 2016-ci ildə qarşıda duran vəzifələr haqqında müzakirələrdə iştirak ediblər.

Yığıncağa yekun vuran SOCAR prezidenti R.Abdullayev səslənən fikirlərlə əlaqədar konkret tapşırıqlar verib, şirkətin dayanıqlığının artırılması istiqamətində vəzifələr qoyub.

Sonda ölkəmizin iqtisadiyyatında xüsusi rolu olan çoxminli neftçilər ailəsini Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, yeni ildə çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlı idmançı yarışlardan iki il müddətinə kənarlaşdırıldı

Azərbaycanlı idmançı yarışlardan iki il müddətinə kənarlaşdırıldı

Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində QALMAQAL - VİDEO

Uşaqlar 5 gün bağça işçilərinin evlərində saxlanılıb - Biləcəridəki körpələr evində QALMAQAL - VİDEO

Bakıda kanalizasiya quyusuna yıxılan şəxs belə çıxarıldı - VİDEO

Bakıda kanalizasiya quyusuna yıxılan şəxs belə çıxarıldı - VİDEO

Qurban Qurbanovun oğlunun toyunda nazir də iştirak edibmiş – FOTOLAR

Qurban Qurbanovun oğlunun toyunda nazir də iştirak edibmiş – FOTOLAR

“Bahar” serialının yayımı DAYANDIRILDI – Səbəb?

“Bahar” serialının yayımı DAYANDIRILDI – Səbəb?

Elm və təhsil nazirinə yeni müşavir təyin olunub

Elm və təhsil nazirinə yeni müşavir təyin olunub

Gender bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib

Gender bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib

Azərbaycanda COVID–19-la mübarizə xərcləri 15 %-ə yaxın azaldılıb

Azərbaycanda COVID–19-la mübarizə xərcləri 15 %-ə yaxın azaldılıb

Süni intellektlər arasında RƏQABƏT

Süni intellektlər arasında RƏQABƏT

İlham Əliyev Türkiyə ilə təhsil sahəsində əməkdaşlıqla bağlı sənədi TƏSDİQLƏDİ

İlham Əliyev Türkiyə ilə təhsil sahəsində əməkdaşlıqla bağlı sənədi TƏSDİQLƏDİ

Qubada 20 yaşlı ana üçəm dünyaya gətirdi – Vaxtından əvvəl doğulan körpələrin SON DURUMU

Qubada 20 yaşlı ana üçəm dünyaya gətirdi – Vaxtından əvvəl doğulan körpələrin SON DURUMU

2026-cı ildə elektron manat dövriyyəyə BURAXILACAQ?

2026-cı ildə elektron manat dövriyyəyə BURAXILACAQ?

QHT-lər üçün informasiya sistemi yaradıldı - FƏRMAN

QHT-lər üçün informasiya sistemi yaradıldı - FƏRMAN

Dövlət Neft Fondunun 2026-cı il büdcəsi təsdiqlənib

Dövlət Neft Fondunun 2026-cı il büdcəsi təsdiqlənib

“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir

“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir

Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanılıb - FOTO

Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanılıb - FOTO

Bizim.Media MEDİA-nın elan etdiyi müsabiqədə QALİB OLDU – FOTO

Bizim.Media MEDİA-nın elan etdiyi müsabiqədə QALİB OLDU – FOTO

MEDİA qəzet və saytlara dəstək müsabiqəsinin nəticələrini açıqladı

MEDİA qəzet və saytlara dəstək müsabiqəsinin nəticələrini açıqladı

Ermənistanı deyil, Azərbaycanı seçdi - Müzakirələrə səbəb oldu

Ermənistanı deyil, Azərbaycanı seçdi - Müzakirələrə səbəb oldu

Misir Mərdanovun yeni vəzifəsi məlum oldu - RƏSMİ VİDEO

Misir Mərdanovun yeni vəzifəsi məlum oldu - RƏSMİ VİDEO

Bakıdakı kafe-restoranların dövriyyəsi açıqlanıb

Bakıdakı kafe-restoranların dövriyyəsi açıqlanıb

Mağazadan oğurluq edən əmioğlular saxlanılıb - VİDEO

Mağazadan oğurluq edən əmioğlular saxlanılıb - VİDEO

Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun MƏHKƏMƏSİ başlayır

Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafovun MƏHKƏMƏSİ başlayır

“Araz Naxçıvan”ın yeni baş məşqçisi Bakıya nə vaxt gələcək?

“Araz Naxçıvan”ın yeni baş məşqçisi Bakıya nə vaxt gələcək?

End of content

No more pages to load

RADİO