Ksenofobiyadan çox uzaq olan bir insanı yəhudilərə münasibətdə sayğısızlıqda günahlandırmağa heç kəs tələsməsin.Əksinə,İranla keçmişdə yaşanan siyasi qarşıdurmalar zamanı göstərdiyimiz sərt münasibətə görə bizi bir parlament üzvü kimi müxtəlif sionist təşkilatlarına qulluq etməkdə qınayır,hətta Mossadla əməkdaşlıqda suçalandırırdılar.
Gerçəkdə isə İsraillə ən yüksək münasibətlərin tərəfdarı kimi çıxış etməklə biz digər dövlətərin arasında gedən savaşa qatılmadığımızı,eyni zamanda yəhudliərin tarixi məhrumiyyətlərə məruz qalan bir xalq kimi bir çox dərdlərimizin eyni olduğunu ortaya qoymağa çalışırdıq.Burada başqa ölkəyə casus xidmətindən söhbət gedə bilməzdi.
Yəhudi xalqı Azərbaycanın dövlət bütünlüyünə və siyasi varlığına hər zaman yüksək töhfələr veriblər. Ona görə də parlamentdə söylənən fikrin kontekstini şəxsi müstəvidən çıxarıb onu milli ayrıseçkilik ruhunda təqdim etmək,yaxud faşist ideologiyasının təəssübünü çəkənlərin sırasında kimlərinsə adını vermək siyasi riyakarlıqdır. Dünyada yəhudilərin müxtəlif maliyyə-siyasi gücünə sığınmaq üçün bizi ksenofob kimi tənqid etmək yaxşı layihə olmayacaq.Çünki biz bütün millətlərə sevgi və dərin hörmətimizi hər zaman sübuta yetirmişik.
Yevda Abramovun davranış və replikasına qarşılıq verərkən,”x9donun yaxşı ki,spiker olmadığına”x9d diqqət çəkildiyi halda milli mənsubiyyəti hədəf seçdiyimizi qabartmaq hazırda maliyyə devalvasiya altında bütün dəyərləri və mənəvi prinsipləri devalvasiya etməkdən başqa bir şey deyil.
Məclisin azad polemika mühitində keçməsi xalqın xeyrinədir.Orada kürəyimizə çıxan və yer-yerdən hücumlar təşkil edənlər Məclisin siyasi və ictimai obrazınının zərrə qədər də qayğısına qalmırlar.
Zahid Oruc, Milli Məclisin deputatı