İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncə şəhərinə səfər edib.
Bizim.Media xəbər verir ki, səfir bu barədə "Twitter" hesabında paylaşım edib.
Erməni təxribatı nəticəsində dağılan əraziyə baş çəkib, həlak olan dinc sakinlərin xatirəsini anmaq üçün ayrılmış əraziyə güllər qoyub.
Səfir, həmçinin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Zərərçəkmiş ailələrə tibbi və humanitar yardımla dəstəyini göstərib.
Bizim.Media