Vendi Morton Bakıya niyə gəlib? – Politoloq açıqladı 

Böyük Britaniyanın Avropa Avropa Qonşuluğu üzrə Dövlət Naziri hər il iki ölkə xarici işlər nazirlikləri arasında keçirilən Birləşmiş Krallıq-Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin bu ilki iclasında iştirak etmək üçün Bakıda səfərdədir.

Bizim.Media olaraq səfərin əhəmiyyəti və gələcək perspektivləri barədə politoloq Yeganə Hacıyevanın fikirlərini öyrəndik. Politoloq səfərlə bağlı məsələləri şərh etməzdən öncə Böyük Britaniya və Azərbaycan münasibətləri haqqında danışdı: 
 

MÖVZU İLƏ BAĞLI:

Britaniyalı nazir ilk görüşünü Bakıdan kənarda - Müşfiqdə keçirdi - FOTO


“Böyük Britaniya Azərbaycanın Avropada azsaylı dostlarının önündə gedən bir dövlətdir. Son 800 ilə dayanan dövlət tarixi ilə Böyük Britaniya dini, milli və irqi fərqliliyə hörmət edən güvənli tərəfdaşlardandır. Böyük Britaniya və Azərbaycan arasında tarixən güclü əlaqələr, çağdaş dövürdə isə güvənli strateji tərəfdaşlığa söykənən münasibətlər mövcuddur.

Fransa, Rusiya, ABŞ  və bir çox Avropa ölkələrindən fərqli olaraq Böyük Britaniyanın Qarabağ münaqişəsinə baxışı həmişə Azərbaycanın mövqeyini əhatə edib. 

Böyük Britaniya ilə Azərbaycan Arasında təhlükəsizlik, enerji və s. kimi münasibətlərdən əlavə həm də xalqların tarixi, mədəniyyət, təhsil sahəsində güclü əlaqələri mövcuddur.”

Yeganə Hacıyevanın fikrincə, səfərin proqramı Böyük Britaniya və Azərbaycan arasında bir sıra məsələləri əhatə edəcək.

 

“Bu məsələlər yaşıl enerjinin inkişafı, iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlığı əhatə edir". 


"Səfərin əsas yükü isə əlbəttə ki, Dağlıq Qarabağda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün quruculuq və bərpa işlərində əməkdaşlıqdır. Bununla yanaşı müharibə sonrası Cənubi Qafqazda yeni reallıqların fonunda ümumi maraqlara xidmət edən vektorların dəqiqləşdirilməsi, müəyyənləşdirilməsi və yenilərinin cızılması üçün məsləhətləşmələr nəzərdə tutulur.”

 

MÖVZU İLƏ BAĞLI:

Britaniyalı nazir Milli Məclisin sədri ilə görüşdü


Cənubi Qafqaz regionunda insan haqları, sülh, sabitlik prosesləri və bu proseslər çərçivəsində  qadınların iştirakı və s. kimi mövzuların müzakirəsi gözlənilir deyən Yeganə Hacıyeva əlavə etdi ki, Vendi Mortonla Prezident İlham Əliyev və Xarici İşlər naziri Ceyhun Bayramov arasında baş tutan görüşlərdə mövzu ilə əlaqədar məsləhətləşmələr olacaq.  

“Vendi Morton 9 fevralda baş tutacaq Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında iştirak edəcək. Həmin iclada ətraf mühit, iqlim məsələlərində strateji tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumu imzalanacaq.

Memorandum Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı və yaşıl əsaslarda quruculuq işləri ilə bağlı gələcək əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsini nəzərdə tutur. 

 

"Daha öncə də qeyd etdiyim kimi, səfər həm də qadın hüquqlarının təşviqi sahəsində səylərin və məişət zorakılığına qarşı real mübarizədə aparıcı təsisatlara dəstək verilməsi üçün müzakirələr və görüşlər planlaşdırılır.”


Politoloqun fikrincə, Vendi Morton Azərbaycanın Ekologiya və Təbii Sərvətlər, habelə Energetika nazirləri ilə də görüşlər keçirəcək. Məqsəd bu ilin noyabrında Qlazqoda təşkil olunacaq “COP26” zirvə görüşündən əvvəl bərpa olunan enerjiyə keçid və istixana qazı emissiyalarının azaldılmasına nail olmaq üçün Azərbaycanla əməkdaşlığın inkişaf yollarını müzakirə etməkdir.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Səməni” “Maska”sının içindəki məşhur bəlli oldu - VİDEO

“Səməni” “Maska”sının içindəki məşhur bəlli oldu - VİDEO

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Toyundan paylaşım etdi - FOTO

Toyundan paylaşım etdi - FOTO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Könül Kərimova nəvəsi ilə - FOTO

Könül Kərimova nəvəsi ilə - FOTO

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Lənkəranda çay evində dava qanla bitdi

Lənkəranda çay evində dava qanla bitdi

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

Tramp İranın yeni təklifini rədd etdi

Tramp İranın yeni təklifini rədd etdi

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Mingəçevirdə qəza: Xəsarət alan var

Mingəçevirdə qəza: Xəsarət alan var

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Makron Ermənistana gəldi - FOTO

Makron Ermənistana gəldi - FOTO

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

End of content

No more pages to load

RADİO