AzTV-nin qarşısında intihara cəhd edən jurnalistlə bağlı qurumdan AÇIQLAMA

''Bu gün AzTV-nin qarşısında qurumun keçmiş əməkdaşı Səidə Vəliyevanın nümayiş etdirdiyi süni ajiotaj ucuz şoudan başqa bir şey deyil."

Bizim.Media xəbər verir ki, bu barədə  AzTV Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd edilib. 

Məlumata görə, bu şəxs aylardır, sədr Rövşən Məmmədov və kanalda çalışan digər əməkdaşların ünvanına təhqir və şantaj dolu bəyanatlar yağdırır: 

''Onun düşüncəsinə görə, işdən azad olunmasında hər kəs günahkardır, yalnız özündən başqa''.

Təəssüf ki, prosesi yaxından izləyən jurnalistlərdən bir nəfər onun işdən azad olunmasının səbəbini soruşmur. Təbii ki, hətta bu sual verilsə belə, S.Vəliyevanın cavabı məlumdur – haqsızlıq, ədalətsizlik...''

Amma:

- Əgər bir işçi 2007-ci ildən 2020-ci ilədək 1 ay belə olsa, işə müntəzəm şəkildə gəlməyibsə (bu barədə rəsmi qeydiyyat kitabçası var);

- Əgər bir işçi 13 il ərzində cəmi 6 dəfə qonorar alıbsa (TV-dən anlayışı olan hər kəs bilir ki, qonorar gördüyün işə görə verilir);

- Əgər sədr bir işçini 2 dəfə qəbul edərək işə vaxtında gəlməsi, layihə üzərində işləməsi ilə bağlı xəbərdarlıq edibsə, lakin bütün bunların xeyri olmayıbsa, başqa çıxış yolu varmı?

Sonuncu dəfə isə edilən bütün xəbərdarlıqlardan və layihə hazırlamaq üçün verilən iki həftəlik səmərəsiz zamandan sonra S.Vəliyeva Kadrlar və Xüsusi İşlər Departmentinə çağırılıb və onunla müqavilə müddətinin uzadılmayacağı bildirilib.

Lakin S.Vəliyeva “Məni heç olmazsa, xadimə vəzifəsinə keçirin, sadəcə adım AzTV-nin işçisi olaraq qalsın, stajım artsın. Maaş da istəmirəm” cavabını verib. Bu təfəkkürlü fərdlə hər hansı qaydada işləmək mümkündürmü? 

Yuxarıda qeyd etdiyimiz kimi, bu fərd 13 il ərzində cəmi 6 dəfə qonorar alıb. Bununla belə 1 dəfə də olsa, rəhbərliyə müraciət etməyib.

Deməli onun TV-də çalışmasının məqsədi də maaş və qonorar deyil, sadəcə adının bu qurumla yanaşı çəkilməsini istəməsidir.

Bildirək ki, S.Vəliyeva ev alqı-satqısı (“makler”) ilə məşğuldur və bu "vəzifə"də ona TV-nin adından yararlanmaq, görünür, daha səmərəli idi. 

Əlavə edək ki, S. Vəliyevanın ali təhsili belə yoxdur. Cəmi 2 illik kurs bitirib və illərdir, vəzifəsi “redaktor” kimi gedib. Yalnız gedib... Gördüyü iş isə yox dərəcəsindədir. 

Çox təəssüf ki, teleməkanın ocağı sayılan AzTV-də bu və ya digər səbəblərdən belə fərdlər var və onlar illərdir, “ölü canlar” kimi işə gəlməyə-gəlməyə maaş və qonorar almağa çalışır.

Lakin televiziya yaradıcılıq məbədidir, sosial müdafiə fondu deyil və qurum daxilində şəffaflığın təmin olunması, yaradıcı mühitin formalaşması və TV-də məhz yaradıcı, intellektual insanların çalışması üçün bundan sonra da əlimizdən gələni edəcəyik."

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Kimi Antonelli "Formula-1"də ardıcıl üçüncü qələbəsini qazandı

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Əraqçi: ABŞ 14 maddəlik plana cavab verib

Toyundan paylaşım etdi - FOTO

Toyundan paylaşım etdi - FOTO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Makron İrəvanın mərkəzini gəzdi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Şakiranın konsertinə rekord sayda tamaşaçı gəldi - VİDEO

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Bir çox məşhurun sevimli yaşıl kokteyli

Könül Kərimova nəvəsi ilə - FOTO

Könül Kərimova nəvəsi ilə - FOTO

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Türkiyədə güclü fırtına: Ölən və yaralananlar var - FOTO

Lənkəranda çay evində dava qanla bitdi

Lənkəranda çay evində dava qanla bitdi

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

İraq Prezidenti Ümumdünya Şəhərsalma Forumuna dəvət olundu

Tramp İranın yeni təklifini rədd etdi

Tramp İranın yeni təklifini rədd etdi

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

Fərid Qayıbov Serbiyanın idman naziri ilə görüşdü - FOTO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

Kreditlərin faizləri artıb? - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

"15 ildir bina tikilib, amma bizə sənəd verilmir" - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Mingəçevirdə qəza: Xəsarət alan var

Mingəçevirdə qəza: Xəsarət alan var

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Amerikalı nazirdən açıqlama: "İran tezliklə neft quyularını bağlaya bilər"

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Makron Bricitin niyə Ermənistana gəlmədiyini açıqladı - VİDEO

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Bir e-mail dünyanı necə dəyişdi? - "Bitcoin"in arxasındakı ideya

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Azərbaycanlı boksçu Kalininqradda qələbə qazandı

Makron Ermənistana gəldi - FOTO

Makron Ermənistana gəldi - FOTO

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

Sumqayıtda fəhlə iş zamanı ÖLDÜ

End of content

No more pages to load

RADİO