“Mentalitetimizdə qonşudan şikayət etmək qəbahət sayılır, amma...”x9d

Xəbər verildiyi kimi, Azərbaycanda məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə cərimələr artırılır. Milli Məclis qəbul edərsə yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək. Yeni hazırlanan layihədə qeyd olunur ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən səhər 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, hazırda belə qayda pozuntularına yol verən şəxslərə xəbərdarlıq edilir və ya 30- 50 manat arası məbləğdə cərimə tətbiq olunurlar.

Bəs görəsən bu cərimələrin miqdarının artırılmasında məqsəd nədir? Ümumiyyətlə bu qanun pozuntuları necə müəyyən edilir, kiminsə qərəzli şəkildə şikayət etməsi hansı üsulla müəyyən olunur?


Moderator.az vəkil Vamiq Şükürovla bu suallara aydınlıq gətirməyə çalışıb.

Vamiq Şükürov deyib ki, cərimələrin artırılması alqışlanası haldır: “Bu hallar son dövrdə daha da artıb, xüsusilə də Bakı şəhərində çox böyük problemə çevrilib. Təzə tikilən binalarda səs-küy salmaq halları daha çoxalıb. Sakinlər gecələr rahat yata bilmirlər, səs-küy uşaqlara ciddi təsir edir. Lakin bir məsələ də var ki, bu formada inzibati xətalara görə insanlar demək olar ki, məsuliyyətə cəlb olunmur. Halbuki bu hallar kifayət qədərdir. Buna ən birinci səbəb qonşu qonşudan şikayət etməməsidir. Çünki bizim mentalitetimizdə, əxlaqi xüsusiyyətlərimizdə qonşudan şikayət etmək qəbahət sayılır. Digər tərəfdən də, əhali kimə, hansı orqana şikayət edəcəyini dəqiq bilmir. Vətəndaş məlumatlandırılımır ki, belə hal baş verdikdə Mənzil İstismar Sahəsinəmi, yoxsa polisəmi müraciət etsinlər. Yaxşı olardı ki, bu barədə polis orqanları marifləndirici tədbirlər görsünlər. Məsələn, hər binanın girişində bununla bağlı məlumat lövhələri, elanlar yerləşdirmək olar”x9d.

Vəkil onu da bildirib ki, kiminsə qərəzli şikayət əsasında cərimələnməsi mümkün ola bilməz: “İnzibati Xətalar Məcəlləsində inzibati xətanın müəyyən olunması, protokollaşdırılması, işə baxılması və cərimənin tətbiq olunması ciddi şəkildə müəyyənləşdirilib. Bu özbaşına fəaliyyət deyil ki, kim gəldi məsuliyyətə cəlb olunsun. İnzibati Xətalar Məcəlləsində qaydalar elə müəyyən olunub ki, təqsirsiz şəxsin cəzalandırılmasına imkan verilmir. Təqsirli şəxsi polis asanlıqla müəyyən edir və məsuliyyətə cəlb edir".xa0

Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

TƏCİLİ! Rusiya NATO ölkəsini VURDU

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Beş gün ardıcıl İŞ OLMAYACAQ

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Aytən Səfərovadan ÇAĞIRIŞ: “Bu linklərə daxil olmayın!” - VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Tramp: “Biz İrana qalib gəldik” – VİDEO

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

Millimiz bu gün Litva ilə QARŞILAŞACAQ

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

“Mercedes” və BMW 2030-cu ildən satışları DAYANDIRACAQ? – Məhkəmə QƏRARI

Əslində İranı onlar idarə edir - ADLAR

Əslində İranı onlar idarə edir - ADLAR

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında – FOTO

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Pirotexniki vasitə 13 yaşlı yeniyetmənin əlində PARTLADI

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Mayonezin əvəzinə bu souslardan istifadə EDƏ BİLƏRSİNİZ

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

Qəzaya düşən Əflatun Amaşovun SON DURUMU

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

İran Silahlı Qüvvələrindən Fars körfəzi ilə bağlı BƏYANAT

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Bakıya intensiv yağış yağacaq – BU TARİXLƏRDƏ

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Safura Bakıdakı villasını nümayiş etdirdi – FOTO/VİDEO

Bu qoxu yaddaşı 15% artırır

Bu qoxu yaddaşı 15% artırır

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

Külə dönən milyonlar: Azərbaycanda sahibkarlar niyə sığortadan qaçırlar?

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

SON DƏQİQƏ! Avropaya ballistik raket hücumu xəbərdarlığı – FOTO

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

ABŞ-İran danışıqlarına hansı ölkə vasitəçilik edəcək? – Rəsmi Tehrandan AÇIQLAMA

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırdı

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Əflatun Amaşov qəza keçirdi – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Avtomobil nömrələrini oğurlayıb, sahiblərindən pul tələb etdilər – VİDEO

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

"ChatGPT"yə dini sual vermək haramdır?

"ChatGPT"yə dini sual vermək haramdır?

End of content

No more pages to load

RADİO