Rektor Elxan Hüseynov qeyd edib ki, respublikamızın qabaqcıl ali təhsil müəssisələri sırasında özünəməxsus yeri olan Sumqayıt Dövlət Universitetində bir çox uğurlu layihələrə imza atılmış, maddi-texniki baza gücləndirilmiş, tədrisin keyfiyyəti yüksəldilmiş, yeni ixtisaslar açılmış bir sözlə nüfuzlu ali məktəblərdən birinə çevrilmişdir.
Təqdimatda yeni təyin olunmuş dekanlar qısa zaman kəsiyində fakültə daxilində gördükləri işlərdən danışdılar və qarşıda duran məsələlərin həlli üçün böyük səylə çalışacaqlarını vurğuladılar. Söz verdilər ki, rəhbərliyin onlara göstərdikləri bu etimadı layiqincə doğruldacaqlar.
Sonra Texnika elmləri namizədi Qurban Sadıx oğlu Abdullayev Mühəndislik fakültəsinin Metrologiya və standartlaşdırma kafedrasına, İqtisad elmləri üzrə fəlsəfə doktoru Mehman İmamverdi oğlu Əhmədzadə İqtisadiyyat və idarəetmə fakültəsinin Menecment kafedrasına, Dosent Loğman İmran oğlu Abdullayev İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit kafedrasına müdir vəzifəsinə təyin edildilər.