Xilas olan neftçi: “Su soyuq olsa da üzüb çıxdım, qalanları isə...”x9d

“Platformadakı yanğın güclü küləkdən baş verdi. Qəfildən güclü partlayış oldu. Bizə əvvəlcədən xətlərlə bağlı xəbərdarlıq edilməmişdi”x9d.

Bunu virtualaz.org saytının müxbiri ilə söhbətində “Günəşli”x9d neft yatağındakı 4 dekabr dəhşətini yaşayan, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan energetik Ənvər Əliyev deyib.

Ə.Əliyevin sözlərinə görə, neft-qaz platformalarında belə hadisələrin baş verməsi əslində o qədər də təəccüblü deyil: “Çünki neftçi işinin xüsusiyyəti budur. Bu sahədə iş prosesi çətindir. Amma xoşbəxtlikdən o vəziyyətdə ölənlərin deyil, xilas olanların sayı çox oldu”x9d.

Güclü külək və yanğının xilasetmə işlərini çətinləşdirdiyini deyən şahid həmin anları belə xatırlayır: “Biz rezin qayığa mindik, amma az sonra külək qayığı aşırdı. Bu zaman iki nəfər boruların üstünə yıxıldı. Qayıq cırıldı. Həmin vaxt qayıqda çox adam vardı. Qayıq parcalananda iki nəfər xilas oldu. Biz iki nəfər isə suya düşdük. Su soyuq olsa da üzüb çıxa bildik. Qalanları isə yəqin ki, batdı. Mənim daha sonra onlardan xəbərim olmadı”x9d.


Ə.Əliyev necə xilas edilməsindən də söz açdı: “Bizi “Topaz”x9d firmasının gəmisi xilas etdi. O gəmidəki uşaqlar suya tökülüb bizi xilas etdilər. Onlar gəlməsəydilər, biz ölərdik. Həmin məqamda xilasetmə işləri çox riskli idi. Güclü külək əsirdi, su soyuq idi, hündür dalğalar vardı. O uşaqlar özlərini niyə təhlükəyə atmalarının səbəbini sonradan açıqladılar. Dedilər ki, biz neftçilərin başına gələn hadisəni izlədik və dözə bilmədik”x9d.

Ə.Əliyev öldü-qaldısı hələ də bilinməyən neftçi həmkarlarının taleyinə görə çox narahat olduğunu dilə gətirir: “Suya düşənlərin sağ qalma ehtimalı azdır. Çünki hava şəraiti pisdir. Su dondurucu dərəcədə soyuqdur, dalğalar xilasetməyə mane olur”x9d.


Digər neftçi, dəhşətli hadisənin baş verdiyi 10-cu özüldə operator işləyən Mais Abbasov da hadisənin qəfil baş verdiyini dedi: “Yanğın əslində texniki səbəblərdən yox, güclü küləkdən baş verdi. Partlayış baş verən kimi bütün heyət üzvləri qaçıb qayıqlara doluşduq”x9d.

Qəza baş verən zaman platformada 60-dan çox adamın olduğunu güman etdiyini deyən M.Abbasovun sözlərinə görə, qayıq cırılmasaydı, tələfat az olardı: “Həmin dəhşətli vəziyyətdə xilas olmağın özü bir möcüzədir. Baş verənlərə hələ də inana bilmirəm”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lavrov: “Rusiyanın danışıqlar mövqeyi yenidən nəzərdən keçiriləcək”

Lavrov: “Rusiyanın danışıqlar mövqeyi yenidən nəzərdən keçiriləcək”

Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO

Bakıda məşhur iaşə obyektində YOXLAMA: Qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib - FOTO

Lənkəranda ŞOK: 13 il əvvəl itən qadın ÖLDÜRÜLÜBMÜŞ

Lənkəranda ŞOK: 13 il əvvəl itən qadın ÖLDÜRÜLÜBMÜŞ

"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar BİLİNDİ

"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar BİLİNDİ

Zaqataladakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Zaqataladakı qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi ilə bağlı qaydalar TƏSDİQLƏNDİ

“Qarabağ”ın futbolçusu ailəsi ilə Dubaya GETDİ- VİDEO

“Qarabağ”ın futbolçusu ailəsi ilə Dubaya GETDİ- VİDEO

Putin yenə Trampla telefon danışığı apardı - TƏFƏRRÜATLAR

Putin yenə Trampla telefon danışığı apardı - TƏFƏRRÜATLAR

Zaqatalada AĞIR QƏZA: Biri azyaşlı olmaqla, 7 nəfər xəsarət alıb

Zaqatalada AĞIR QƏZA: Biri azyaşlı olmaqla, 7 nəfər xəsarət alıb

Superliqa klubu yeni baş məşqçisini AÇIQLADI

Superliqa klubu yeni baş məşqçisini AÇIQLADI

Masazırdakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Masazırdakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Beş bürc yeni ilə partlayışla BAŞLAYACAQ

Beş bürc yeni ilə partlayışla BAŞLAYACAQ

“Putin sülhə köklənməyib, Ukrayna reparasiya tələb edir” — Zelenski

“Putin sülhə köklənməyib, Ukrayna reparasiya tələb edir” — Zelenski

"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər

"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər

Bu üsulla soyuqdəymədən iki günə SAĞALA BİLƏRSİNİZ

Bu üsulla soyuqdəymədən iki günə SAĞALA BİLƏRSİNİZ

Goranboyda bir ailənin üç üzvü balıqdan ZƏHƏRLƏNDİ

Goranboyda bir ailənin üç üzvü balıqdan ZƏHƏRLƏNDİ

DÇ-2026 üçün bilet sifarişləri REKORD HƏDDƏ çatdı

DÇ-2026 üçün bilet sifarişləri REKORD HƏDDƏ çatdı

Türkiyə və Ermənistan arasında viza rejimi SADƏLƏŞDİ

Türkiyə və Ermənistan arasında viza rejimi SADƏLƏŞDİ

1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni SƏHİFƏ – VİDEO

1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı oldu – Hüquqi xidmətlərdə yeni SƏHİFƏ – VİDEO

Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO

Binəqədidə kafenin fəaliyyəti DAYANDIRILDI - FOTO

Bakıda zəncirvari qəzada üç avtobus TOQQUŞDU - VİDEO

Bakıda zəncirvari qəzada üç avtobus TOQQUŞDU - VİDEO

Bağça müəllimlərinin Yeni il tədbirindəki görüntüləri ilə bağlı araşdırma BAŞLADI

Bağça müəllimlərinin Yeni il tədbirindəki görüntüləri ilə bağlı araşdırma BAŞLADI

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

İkinci dəfə kluba baş məşqçi TƏYİN OLUNDU

İkinci dəfə kluba baş məşqçi TƏYİN OLUNDU

End of content

No more pages to load

RADİO