Nardaranda keçirilən əməliyyat zamanı dünyasını dəyişən polis əməkdaşı Vüqar Nəsibov barəsində sensasion məlumatlar dolaşmaqdadır
Belə ki, bu polisin qatı şiə tərəfdarı olduğunu sübut edən foto yayılıb.
Foto Vüqar Nəsibov el ağsaqqalı sayılan Hacı Həbib Tağıyevin qəbrini ziyarət edərkən çəkilib. Əlində “Zülfiqar”x9d qılıncı tutan şəhid polisimiz özünün şiə tərəfdarı olduğunu əyani şəkildə sübut edir. Xalçanın üzərində isə imam Əlinin şəkli əks olunub.
Qeyd edək ki, Vüqar Nəsibov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub. O, evli olub və iki övlad atası idi. Mərhum polis əməkdaşı II Fəxri xiyabanda dəfn edilib. (femida.az)