Nazir: "Azərbaycanda ölüm səviyyəsi azalıb"

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda səfərdə olan BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşüb.

Səlim Müslümov ölkədə sabit demoqrafik vəziyyətin hökm sürdüyünü, demoqrafik göstəricilərin ilbəil yaxşılaşdığını vurğulayıb: “Bu gün Azərbaycan əhalinin 1,3 faizlik illik artımına görə Avropa məkanında ilk yeri tutur. xa0Əhali sayının 9 milyon xa0666 min nəfərə çatdığı ölkədə sosial rifah səviyyəsinin getdikcə yaxşılaşması, səhiyyə sisteminin təkmilləşməsi, doğulanda gözlənilən ömür uzunluğunun da artaraq ötən il üçün 74,2 yaş, o cümlədən kişilərdə 71,6 yaş, qadınlarda 76,8 yaş təşkil etməsinə səbəb olub. Həmçinin körpə ölümü halları 1990-cı illə müqayisədə təqribən 2 dəfədən çox aşağı düşüb. Eləcə də 2000-ci illə müqayisədə körpə ölümü hər 1000 nəfər diri doğulana orta hesabla 16,4-dən 2014-cü ildə 10,2-ə qədər azalıb”x9d.

Səlim Müslümov Azərbaycanda ölümün səviyyəsinin nisbətən aşağı və sabit səviyyə ilə səciyyələndiyini bildirib: “Lakin çoxsaylı insan ölümünə səbəb olmuş Ermənistanın hərbi təcavüzü nəticəsində 1992-1994-cü illərdə ölüm səviyyəsinin göstəricisi xeyli artmışdı. Sonrakı illərdə Azərbaycan ilə Ermənistan arasında atəşkəs əldə olunduqdan sonra ölümün səviyyəsi azalıb və 2014-cü ildə əhalinin hər 1000 nəfərinə 5,9 nəfərə enib”x9d.

Nazir qeyd edib ki, 1999-cu ildə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda “Demoqrafik İnkişaf Konsepsiyası”x9d və 2004-cü ildə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”x9d qəbul edilib. Bu Proqram uğurla icra olunub və növbəti mərhələ, yəni yaxın 10 il üçün “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik xa0inkişaf xa0sahəsində Dövlət Proqramı”x9dnın layihəsi hazırlanıb. Layihə ictimaiyyətin geniş iştirakı, habelə xa0BMT-nin Əhali Fondunun ekspert dəstəyi şəraitində daha da təkmilləşdirlib”x9d.xa0

Səlim Müslümov bildirib ki, əvvəlki sənədlərdə olduğu kimi, bu layihənin hazırlanmasında, ümumiyyətlə, ölkəmizdə demoqrafiya və əhali sakinliyinin inkişafı ilə bağlı siyasətin aparılmasında BMT-nin 1994-cü ildə Qahirə konfransında qəbul etdiyi “Əhali və İnkişaf”x9d üzrə Fəaliyyət Proqramının müddəalarına daim xüsusi önəm verilib: “Eyni zamanda BMT-nin 2015-ci ildən sonrakı dövr üçün irəli sürdüyü vacib prinsiplər və eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış”x9d İnkişaf Konsepsiyasının prioritetləri diqqətdə saxlanılıb”x9d. Nazir gələcəkdə də BMT-nin Əhali Fondu ilə səmərəli əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Babatunde Osotimehin Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində müsbət proseslərin BMT-nin Əhali Fondu tərəfindən maraq və rəğbətlə izlənildiyini vurğulayıb. O, təmsil etdiyi təşkilatın ölkəmizlə əməkdaşlığı gələcəkdə də məqsədyönlü şəkildə davam etdirmək əzmində olduğunu bildirib.xa0
Görüşdə Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik xa0inkişaf xa0sahəsində yeni Dövlət Proqramının layihəsi və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2026-cı ildə manatın məzənnəsi üçün kritik PROQNOZ

2026-cı ildə manatın məzənnəsi üçün kritik PROQNOZ

Prezidentdən kubalı həmkarına MƏKTUB

Prezidentdən kubalı həmkarına MƏKTUB

Yeni ilin ilk günü BÜRCLƏRƏ nə vəd edir?

Yeni ilin ilk günü BÜRCLƏRƏ nə vəd edir?

İsveçrədə DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

İsveçrədə DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

Öskürəkdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ – Bu içkilərdən UZAQ DURUN!

Öskürəkdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ – Bu içkilərdən UZAQ DURUN!

Hər gün kitab oxumağın 6 FAYDASI

Hər gün kitab oxumağın 6 FAYDASI

61 il eyni məktəbdə çalışan müəllim Rekordlar Kitabına DÜŞDÜ

61 il eyni məktəbdə çalışan müəllim Rekordlar Kitabına DÜŞDÜ

Millimizin futbolçusu və həndbol yığmamızın üzvü nişanlandı – FOTO

Millimizin futbolçusu və həndbol yığmamızın üzvü nişanlandı – FOTO

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO/VİDEO

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO/VİDEO

İtkin düşən beş nəfər bayram günü TAPILDI

İtkin düşən beş nəfər bayram günü TAPILDI

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Orban: “ABŞ 2026-cı ildə Rusiya ilə sülh müqaviləsi bağlaya bilər”

Orban: “ABŞ 2026-cı ildə Rusiya ilə sülh müqaviləsi bağlaya bilər”

Evini kirayə verənlərə ŞAD XƏBƏR

Evini kirayə verənlərə ŞAD XƏBƏR

Tramp Yeni ildə özünə nə söz verib? – VİDEO

Tramp Yeni ildə özünə nə söz verib? – VİDEO

Afrika Millətlər Kuboku: 1/8 finalın cütlükləri və oyunların TƏQVİMİ

Afrika Millətlər Kuboku: 1/8 finalın cütlükləri və oyunların TƏQVİMİ

Elnarə ailəsi ilə - FOTO

Elnarə ailəsi ilə - FOTO

Amsterdamda 150 illik kilsə Yeni il gecəsi YANDI – ANBAAN VİDEO

Amsterdamda 150 illik kilsə Yeni il gecəsi YANDI – ANBAAN VİDEO

Şabranda qadın meyiti tapıldı – ÖZƏL

Şabranda qadın meyiti tapıldı – ÖZƏL

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ

Xaricdən telefon gətirmək istəyənlərin NƏZƏRİNƏ

İranda GƏRGİNLİK ARTIR - Etirazçılar SEPAH-a məxsus texnikaları yandırdılar – VİDEO

İranda GƏRGİNLİK ARTIR - Etirazçılar SEPAH-a məxsus texnikaları yandırdılar – VİDEO

Daha bir ölkə avroya KEÇDİ

Daha bir ölkə avroya KEÇDİ

Trampdan Putinə AĞIR ZƏRBƏ – Rusiyanın yalanını belə İFŞA ETDİ – FOTO

Trampdan Putinə AĞIR ZƏRBƏ – Rusiyanın yalanını belə İFŞA ETDİ – FOTO

Qadınların pensiya yaşı artırılacaq – BU TARİXDƏN

Qadınların pensiya yaşı artırılacaq – BU TARİXDƏN

Azərbaycanda ən çox turist bu əraziləri seçir - AÇIQLAMA

Azərbaycanda ən çox turist bu əraziləri seçir - AÇIQLAMA

End of content

No more pages to load

RADİO