Təhsildə inqilabi dəyişikliyə necə nail olaq?

Təhsilin keyfiyyəti mövzusu bütün zamanlarda aktual olub. Tarix boyu bütün ağıllı insanlar öz övladlarına daha bilikli, daha bacarıqlı müəllimlərin təhsil verməsinə can atıblar və bu, bu gün də belədir. Yəni təhsilə yatırılan kapitalın dünyada ən səmərəli kapital olduğu indi müəyyən edilməyib.

Dövlətimiz bu gün cəmiyyətin hər bir üzvünə yüksək təhsil verilməsi yolunda qətiyyətli addımlar atır. Bu gün təhsildə aparılan çox ciddi islahatlar bunun belə olduğunu deməyə əsas verir. Prezidentin 2013-cü il 24 oktyabr  tarixdə imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”x9d ölkəmizdə təhsilin  beynəlxalq standartlara uyğun yenidən qurulmasının strateji istiqamətlərini müəyyən etdi. Bu strategiyada təhsilin qarşısında milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq başlıca vəzifə kimi müəyyən edilib. Dövlətin təhsil infrastrukturunun genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində atdığı addımlar da hər kəsə məlumdur. Azərbaycan dünyanın az ölkələrindəndir ki, burada son 11 il ərzində 3 mindən artıq məktəb tikilib və təmir olunaraq şagirdlərin ixtiyarına verilib. Onlardan 34 məktəb və 26 uşaq baxçası təkcə bu ilin son doqquz ayı ərzində ərsəyə gətirilib. Görülən işlər heç şübhəsiz ki, dövlətin və bilavasitə Prezident İlham Əliyevin təhsilə ayırdığı diqqətin nəticəsidir. Ortada danılmaz bir həqiqət var və bunu cənab Prezident də öz çıxışlarında vurğulayıb: “Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri hərbi xərclərdən sonra ikinci yerdədir. Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, çox güman ki, təhsil xərcləri birinci yerdə olacaqdı”x9d.

Təhsil sahəsi “Ekonomiks”x9d Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin də əsas araşıdırma obyektidir. Çalışırıq ki, bu sahədəki yenilikləri və çatışmazlıqları nəzərdən qaçırmayaq. Hər halda təhsil məhz o sahədir ki, ölkənin istisnasız olaraq bütün sahələrinin gələcəyini müəyyən edir. Təhsilinin səviyyəsi yüksək olmayan ölkələrdə hansısa sahənin inkişaf etdirilməsi mümkün deyil. İnkişafı təmin edən əsas amillərdən biri məhz savadlı kadr potensialıdır ki, bunun da formalaşması bilavasitə təhsilin səviyyəsindən asılıdır.

Araşdırmalarımız göstərir ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq artıq iki ilə yaxındır ki, Təhsil Nazirliyi tərəfindən ciddi islahatlara start verilib. Nazirlik tərəfindən aparılan bu islahatların əsas  hədəfi kimi isə təhsil ocaqlarında beynəlxalq standartların tətbiq olunması görünür.  Hərəkətlilik göz önündədir, Təhsl Nazirliyinin rəhbərliyinin iradəsi və yenilik axtarışları aydın müşahidə olunan həqiqətlərdəndir. Lakin bir məsələ nəzərə alınmalıdır ki,  təhsildə inqilabi dəyişikliklərə gətirib çıxaracaq islahatların qısa zaman kəsiyində nəticə verməsi real deyil. Ciddi keyfiyyət dəyişikliklərinə köklənmiş belə islahatlar intensiv şəkildə aparılarsa belə, yüksək nəticələrə gəlib çatmaq üçün mütləq zamana ehtiyac var. Bu səbəbdən bir vətəndaş, bir valideyin kimi heç kəs düşünməsin ki, bu gün təhsildə islahatlar ləng gedir. Müşahidələrimizə əsaslanıb deyə bilərik ki,  Təhsil Nazirliyi bu islahatları sistemli, lakin mərhələli şəkildə aparır. Əsas olan odur ki, bu islahatlara start verilib və müəyyən bir zamandan sonra Azərbaycan cəmiyyəti ölkənin təhsil sistemində çox ciddi keyfiyyət dəyişikliklərinin baş verdiyini görəcək.  

Tərəddüdsüz deyə bilərik ki, təhsilin keyfiyyəti müəllimin bilik və peşə hazırlığının səviyyəsindən asılıdır. Bu bir aksiomdur. İllər bundan öncə tibbi təhsil alan tələbələrin bilik səviyyələrini səciyyələndirən bir müəllif, öz  yazısında belə bir fikirə yer vermişdi: “Bu gün üç qiymətə oxuyan tələbə gələcəkdə xəstəni də üç qiymətə müalicə edəcək”x9d. Çox doğru bir deyimdir deyilmi? Bu deyimi çətinlik çəkmədən bilik səviyyəsi üç qiymətə layiq olan müəllimlər haqqında da deyə bilərik: “Biliyi üç qiymətə layiq olan müəllimin dərs dediyi şagird də o qiymətdən yuxarı təhsil sahibi ola bilməz”x9d. Kimlərsə bizim bu fikirlərimizi müəllimlərin ünvanına ağır ittiham kimi qiymətləndirməsin. Həqiqətən də bu islahatlar göstərdi ki, təhsil sistemimizdə bilik səviyyəsi və peşə hazırlığı aşağı olan müəllimlər də yox deyil.  Araşdırmalarımız zamanı rast gəldiyimiz bir fakta diqqətinizi yönəltmək istərdik. Bakı şəhərində bilik və bacarığın diaqnostik yolla müəyyən edilməsinə start veriləndə şəhər üzrə  minə yaxın müəllim belə sınaqdan keçməkdən müxtəlif bəhanələrlə imtina edərək müəllimliklə vidalaşmaq qərarı verdi. Bilirsiniz bu nə deməkdir?   Bu o deməkdir ki,  imtina edənlər dioqnostik qiymətləndirmənin ələyindən keçmək şanslarının az olduğunu yaxşı biliblər. Deməli, illərdir bilik səviyyəsi aşağı olan, öz üzərində işləyib bilik və peşə hazırlığını yüksəltməyə cəhd etməyən müəllimlər artıq bizim övladlarımıza üç qiymətə layiq təhsil verə bilməyəcəklər. Bu baxımdan, övladına layiqli təhsil vermək istəyən hər bir valideyn islahat tərəfdarıdır. Ona görə də hesab edirik ki, təhsildə əsl inqilabi dönüşü müəllimin bilik və peşə hazırlığının səviyyəsini müəyyən edən dioqnostik qiymətləndirmənin keçirilməsi yolu ilə əldə etmək mümkündür və nə yaxşı ki, bu sistem tətbiq olunmağa başlayıb. Artıq  Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan 30000 nəfər müəllimin bilik və bacarığının diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması Prezidentin 16 yanvar 2015-ci il tarixli “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında”x9d sərəncamına əsasən 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Nəticədə müəllimlərin orta hesabla əməkhaqqı 35 faiz artıaraq,  8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat,  476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb.  2015-ci ilin sonunadək ölkəmizin daha 12 şəhər və rayonunda - Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumi təhsil müəssisələrində çalışan  30 000 müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Bu sınaqlardan keçə biləcək müəllimlərin də 2016-cı ilin yanvar ayından etibarən əməkhaqlarının artırlması planlaşdırılır. Bununla da ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaqdır.

Odur ki, gəlin tələsməyək. Təhsil sahəsində köklü islahatlar artıq başlayıb və ən əsası bu sahənin inkişaf etdirilməsinə yönəlmiş xüsusi dövlət proqramı  sistemli bir şəkildə həyata keçirilir. Heç kəs şübhə etməsin ki, yaxın gələcəkdə Azərbaycanın təhsil sahəsindəki nailiyyətləri də bütün digər sahələr kimi başqa ölkələrə nümunə göstəriləcəkdir. Bunun üçün dövlətin ciddi dəstəyi, Təhsil Nazirliyinin rəhbərliyinin isə möhkəm iradəsi var.

Fikrət Yusifov
“Ekonomiks”x9d Beynəlxalq İqitsadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

Yük maşınlarının iştirakı ilə baş verən qəzaların əsas səbəbləri nədir? - VİDEO

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq...

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Ora Aygün Kazımova ilə getmək istəyir - VİDEO

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Azərbaycanda evdar qadınlar gördükləri işə görə müavinət ala bilər

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

Kimlərin sürətli qocalmağa meylli olduğu araşdırıldı

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Almaniyada yeni temperatur REKORDU: Hava 41,5 dərəcəyə çatdı

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Valid Haniyə İsrail ordusu tərəfindən MƏHV EDİLDİ

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Azərbaycanın tanınmış alpinisti infarkt keçirdi - FOTO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Şamaxıda Ağsu çayı daşdı: Bəzi yollar bağlandı - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Azərbaycanlı nazir Aİ iclasına körpə oğlu ilə gəldi - VİDEO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

Tramp özünü qədim YUNAN TANRISI kimi təsvir etdi - FOTO

“Qızım buna çox diqqət edir” - VİDEO

“Qızım buna çox diqqət edir” - VİDEO

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Məktəblərdə İncilin tədrisi MƏCBURİ OLACAQ

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Pensiya və müavinətlərlə bağlı YENİ TƏKLİF: Ödənişlərin vaxtı dəyişə bilər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Pakistanda terror HÜCUMU: 3 nəfər zərərsizləşdirilib

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Vuçiç yaxın həftələrdə istefa verəcəyini AÇIQLADI

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

46 yaşlı Gökhan nişanlandı - FOTO

46 yaşlı Gökhan nişanlandı - FOTO

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1430-a çatdı

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Vens: “ABŞ İranla danışıqlarda hər bir halda qalib gəlir”

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Kadir İnanır niyə 3 gün sonra dəfn olunur?

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

Rusiya döyüşə bu erməniləri göndərir - VİDEO

End of content

No more pages to load

RADİO