Azərbaycanda səfərdə olan ərəb şeyxləri ilə bağlı yeni şəkillər yayılıb.
Baku.ws-in məlumatına görə, Mil-Muğan düzündə səfərdə olan ərəb şeyxləri xeyli ov ediblər. Ərəblərin ovladığı heyvanlar arasında nadir canlıların olub-olmadığı məlum deyil.
Saatlıda lüks villalarda qalan və Mil-Muğan düzündə ov edən şeyxlər arasında adlı-sanlı ərəb şeyxləri də var.









