"Gənc müəllimlərə 24 saatdan az olmayaraq iş saatı veriləcək" - Nazir

Mədəniyyət naziri Anar Kərimovun uşaq musiqi və incəsənət məktəblərinə işə qəbul müsabiqəsində uğur qazanmış müəllimlərlə görüşü keçirilib. 

Bizim.Media bu barədə nazirliyə istinadən məlumat verilib. 

Bildirilib ki, son iki ildə nazirlik tərəfindən mədəniyyət sahəsində həyata keçirilən islahatlar haqqında söz açan Anar Kərimov diqqətə çatdırıb ki, müasir standartlara cavab verən bir sistemə keçid mərhələsindəyik:

“Biz islahatlara musiqi və incəsənət məktəblərindən başladıq. Çünki bu sahə baza rolunu oynayır və burada proseslərin təməli daha möhkəm və etibarlı qoyulmalıdır. Bu gün görüşdə iştirak edən sizlər islahatlarımızın ilklərindənsiniz. Çox şadıq ki, müəllimlərin işə qəbulu belə bir qaydada, şəffaf şəkildə reallaşdı. Müəllimlərin bu qayda ilə seçimi məktəblərdə kadr potensialının güclənməsinin başlanğıcıdır. Bu işi gələcəkdə başqa sahələrdə də davam etdirəcəyik”. 

Nazir bildirib ki, ölkəmizdə son illərdə mədəniyyət sahəsində uğurla həyata keçirilən layihələr, dövlət proqramları və islahatlar nəticəsində milli mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyasına zəmin yaradıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahəsi ilə bağlı imzaladığı fərman və sərəncamlar icrası ilə əlaqədar Azərbaycanda mədəniyyətin müxtəlif istiqamətlərinin inkişafı, peşəkar mütəxəssislərin hazırlanması, regionlarda mədəniyyətin tərəqqisi ilə bağlı mühüm işlər görülüb. 
Müəllimlərin işə qəbulu prosesi ilə bağlı məlumat verən nazir qeyd edib ki, bu ilin 7 avqust tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə müsabiqənin test mərhələsi, 5-9 sentyabr tarixində isə müsahibə mərhələsi keçirilib.

Test mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçən 1992 namizəddən 1709 nəfər imtahanda iştirak edib, onlardan 482 nəfər tələb olunan keçid balını toplayaraq müsabiqənin müsahibə mərhələsində iştirak hüququ qazanıb. 383 nəfər elan olunmuş vakant vəzifələrə qeydiyyatdan keçərək müsahibələrdə iştirakını təsdiq edib.

Müsahibələrdə iştirak edən 352 nəfərdən 215 nəfəri tələb olunan keçid balını toplayaraq müsabiqədə uğur qazanıb. Onlardan 126 nəfər (59%) ali ixtisas təhsilli, 89 nəfər (41 %) orta ixtisas təhsillidir. Habelə, 8 nəfər görmə qabiliyyəti tam məhdud olan I qrup gözdən əlil uğurlu nəticə göstərərək işlə təmin olunub. 

Qeyd olunub ki, uğur qazanmış 215 namizəddən ən yüksək nəticəni Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano ixtisası üzrə məzunu Lalə Əhmədova (test imtahanından 58, müsahibədən 15 bal) göstərib. Yüksək nəticələr üzrə ilk üçlüyə isə Azərbaycan Milli Konservatoriyasının məzunları Solmaz Rəhimova və Gültəkin Cavadova daxildir. 
Anar Kərimov, eyni zamanda, müsabiqənin yüksək səviyyədə, obyektiv, qərəzsiz keçirilməsində müsahibə komissiyalarının sədrlərinin və üzvlərinin əməyini xüsusi qeyd edərək onlara təşəkkürünü bildirib. Nazir çıxışının sonunda oktyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində “İncəsənət məktəblərində islahat prosesləri: məqsədlər və nailiyyətlər” mövzusunda keçirilən müşavirədə Bakıda və regionlarda fəaliyyət göstərən uşaq incəsənət və musiqi məktəblərinin direktorlarına gənc müəllimlərə 24 saatdan az olmayaraq iş saatının verilməsi barədə göstəriş verdiyini diqqətə çatdırıb.

Regional idarələrin rəhbərlərinin bu prosesə nəzarəti həyata keçirmələri barədə göstəriş verildiyi qeyd edilib. 

Sonda müsabiqədə yüksək bal toplayan müəllimlərə və müsahibə komissiyalarının üzvlərinə nazirliyin fəxri fərmanlarını təqdim edən Anar Kərimov Azərbaycan mədəniyyətinin, təhsilinin inkişafındakı fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

End of content

No more pages to load

RADİO