Əsirlərə qarşı işgəncələrlə bağlı 8 hesabat hazırlandı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maniq ilə görüşüb. 

Ombudsman Aparatının mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə Səbinə Əliyeva Ombudsman institutunun çoxşaxəli fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, rəhbərlik etdiyi qurumun ölkə Konstitusiyasına, milli qanunvericiliyə, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi, təbliği, bərpası istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Paşinyan ombudsmanı istefaya göndərmək istəyirOmbudsman pandemiya dövründə əhalinin həssas qrupları, xüsusilə də əlilliyi olan şəxslərin hüquqlarının təmini və sosial müdafiəsi ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət ünvanladığını qeyd edib. S.Əliyeva fəaliyyəti dövründə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə xüsusi önəm verdiyini bildirib.

Müvəkkil 2020-ci ilin sentyabrından noyabrına qədər davam edən 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki obyektlərini hədəf alan raket hücumları nəticəsində dağıdılan ərazilərdə faktaraşdırıcı missiyalar həyata keçirdiyini, əldə olunan dəlil və sübutlar əsasında xüsusi hesabatların hazırlanaraq aidiyyəti beynəlxalq qurumlara göndərildiyini bildirib.

Müharibə dövründə insan hüquqları pozuntuları ilə bağlı bu günədək 7 xüsusi hesabat hazırlandığını qeyd edən S.Əliyeva bu müddətdə Ermənistan tərəfindən əsir götürülən hərbçilərimizin, həmçinin 2014-ci ildən Ermənistanın girovluqda saxladığı soydaşlarımızın azad olunmalarından sonra işgəncə və pis rəftar hallarını araşdırmaq məqsədilə onlarla görüşdüyünü, əldə etdiyi məlumatlar əsasında 8-ci hesabatın hazırlanaraq aidiyyəti beynəlxalq qurumlara göndərildiyini bildirib.

Səfir V.Maniq öz növbəsində səmimi qəbula və təsisatın fəaliyyəti, görülən işlər ilə bağlı müfəssəl məlumata görə müvəkkilə təşəkkürünü bildirib. İnsan hüquqlarının səmərəli müdafiəsi, qanunun aliliyinin təbliği sahəsində Ombudsman təsisatı ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirən səfir bu qurumun vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa verdiyi diqqəti yüksək qiymətləndirərək bununla bağlı dəstəyini ifadə edib.

Görüşdə bir sıra digər məsələlər müzakirə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Bloomberg: Almaniya mülki infrastrukturunu müharibəyə hazırlayır

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Zelenski ilə söhbətdən sonra Fitso bəyanatı ilə DİQQƏT ÇƏKDİ

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

Hindistana qaz daşıyan TANKER Hürmüz boğazını KEÇİB

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

İsmayıl Məhəmmədov yüksək vəzifəyə təyin olundu

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Azərbaycanda toyda qan töküldü: 21 yaşlı gənc və qardaşı bıçaqlandı

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO

Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO

“İmişli” “Araz Naxçıvan”ı məğlub etdi - VİDEO

“İmişli” “Araz Naxçıvan”ı məğlub etdi - VİDEO

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Şəkidə qəza: iki nəfər xəsarət alıb

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Bu ailələrə uşaqpulu belə ödəniləcək – YENİ QAYDA

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Hava nə vaxt düzələcək? - Gülşad Məmmədova AÇIQLADI

Evdə saf yağ hazırlama qaydası...

Evdə saf yağ hazırlama qaydası...

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Lənkəranda WUF13 Festivalı başlayıb - FOTO

Zelenski Boqdana qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Boqdana qarşı sanksiyalar TƏTBİQ ETDİ

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Fitso Zelenskinin dəvətinə cavab yazdı: İrəvanda görüşəcəyik...

Rusiyadakı katoliklərin rəhbəri İSTEFA VERDİ

Rusiyadakı katoliklərin rəhbəri İSTEFA VERDİ

Dolu düşəcək, sel keçəcək...- Hava ilə bağlı XƏBƏRDARLIQ

Dolu düşəcək, sel keçəcək...- Hava ilə bağlı XƏBƏRDARLIQ

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Zaqatalada canavar hücumu: əmisini belə xilas etdi - TƏFƏRRÜAT-FOTO

Zaqatalada canavar hücumu: əmisini belə xilas etdi - TƏFƏRRÜAT-FOTO

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır - FOTO

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

“Kəpəz” “Şamaxı”ya qalib gəldi - VİDEO

Müharibə yenidən başlaya bilər - İranlı general

Müharibə yenidən başlaya bilər - İranlı general

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

Zelenski Fitsonu Kiyevə səfərə dəvət etdi

BƏƏ hava məkanını açır

BƏƏ hava məkanını açır

End of content

No more pages to load

RADİO