Sabah Milli Məclisin IV çağırış payız sessiyasının son iclasında 2016-cı ilin büdcəsi qəbul ediləcək.
Moderator.az xəbər verir ki, parlamentdə, eyni zamanda, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”x9d Qanunun müzakirəsi gözlənilir. Mərkəzi Bank nizamnamə kapitalını 10 milyon manatdan 500 milyon manata artırır. Bununla bağlı “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”x9d Qanunun 10.2-ci maddəsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, “Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır”x9d cümləsində “10 milyon”x9d sözü “500 milyon”x9d sözü ilə əvəz ediləcək.
İclasda, eyni zamanda, Vergi, Mülki Prosessual, Miqrasiya, Cinayət, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi də nəzərdə tutulub.