"İşğaldan azad edilmiş ərazilərimizdəki bir sıra qoruqlar və yasaqlıqların statusunun dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır".
Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, bir necə qoruq və yasaqlığın bazasında yeni milli parkların yaradılması düşünülür.
V. Kərimov deyib ki, bu layihələrin reallaşdırlması ilə bağlı məsələrin müzakirəsinə beynəlxaql ekspertlər də qoşulacaq.
Bizim.Media