Azərbaycanda hər bir işçinin özünün şəxsi elektron kabineti olacaq.
Bizim.Media-nın məlumatına görə, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında açıqlayıb.
M. Abbasbəyli bildirib ki, “işçinin şəxsi işi” anlayışını “işçinin şəxsi kabineti” anlayışına keçirmək istəyirlər:
“İnanırıq ki, bu sistemin tətbiqi ilə ölkədə kadr inzibatçılığı önəmli ölçüdə minimllaşacaq və bunun nəticəsində kiçik və orta biznesin dövlətə sərf etdiyi vaxt kifayət qədər azalacaq”.
Bizim.Media