Vətən müharibəsinin 29-cu günündə BAŞ VERƏNLƏR – XRONİKA/VİDEO

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. 

Bizim.Media Vətən müharibəsinin 29-cu günün xronikasını təqim edir:

- Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.

- Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində bildirib.

- Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.

- Müdafiə Nazirliyinin məlumatına əsasən, cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib. Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vuraraq onun müqavimətini zəiflədib və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib. Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələri canlı qüvvə baxımından çoxsaylı itkilərə məruz qalıb. Azərbaycan Ordusu düşmənin 3 tankını, 2 piyada döyüş maşınını, 6 artilleriya qurğusunu, 1 “Qiasint-B” topunu, 2 “Qrad” qurğusunu, 1 komanda idarəetmə məntəqəsini, 9 avtomobil texnikasını və bir neçə atəş nöqtəsini məhv edib.

- Müdafiə Nazirliyi Azərbaycan Ordusunun düşmənə qarşı yüksək dəqiqlikli silah növü tətbiq etməsi barədə video paylaşıb.

- Müdafiə Nazirliyi Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.

- Düşmənin atəş nöqtələri məhv edilib.

- Ermənistan ordusu Goranboyun Meşəli kəndinə qadağan olunmuş raket atıb.

- Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

- Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib. 

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

End of content

No more pages to load

RADİO