MTRŞ ATV-dəki seriala qadağa qoymalıdır - MÖVQE

Moderator.az gənc yazar Orxan Bahadırsoyun "Qayınanamız"ın bayağılığı yazısını təqdim edir.
xa0xa0xa0xa0xa0xa0
Azərbaycan tamaşaçısı üçün qayınana obrazı o qədər zərifdir ki, bu obraza toxunmaq cəsarət tələb edir. Biz qaynananı Azərbaycanın gəlmiş-keçmiş ən böyük komediya aktrisası, “Mən xoşbəxtəm ki, mənim Azərbaycan dolusu nəvələrim var”x9d deyən Nəsibə Zeynalova ilə sevmişik. O, özünü Azərbaycan xalqına təkcə ana və nənə kimi deyil, eyni zamanda ən yolagedilməz qaynana kimi də sevdirmişdi. Bizim üçün Nəsibə Zeynalovanın timsalında şirinləşdi, gözəlləşdi bütün qaynanalar. Bu əsl istedadın, əsl sənətkarlığın məhsulu idi.

“Azərbaycanfilm”x9d kinostudiyasının 1978-ci ildə istehsal etdiyi, Məcid Şamxalovun eyniadlı komediyası əsasındaxa0 Əjdər İbrahimovun və Marqarita Malayevanın ssenariləşdirdiyi, Həsən Seyidzadənin rejissorlu olduğu “Qaynana”x9d filmi hər kəsə tanışdır, tanış olması ilə yanaşı doğmadır. Bu filmin çəkilməsindən 37 il ötür və Azərbaycanın qaynana obrazı -xa0 eyni ilə 1937-ci illərin repressiya qurbanları kimi - öz “repressiyasını”x9d yaşayır. Bu “repressiya”x9d isə ATV telekanalında yayımlanan “Qayınanamız”x9d serialı ilə başlayır.

Bu faciədə öz bütün mahiyyətini, anlamını, marağını, əsl insan xarakterini itirən təkcə Nəsibə Zeynalovanın qaynana obrazı deyil. Elə İnarə Quliyevanın (Afət) və Tanilə Əhmərovanın (Sevda) gəlin obrazı da bu “repressiya”x9dnın qurbanı olur, müsbət və mənfi keyfiyyətləri ilə birlikdə bu maraqlı obrazlar “Qayınanamız”x9d serialında o qədər çirkinləşir, eybəcərləşir ki, əgər bu serialı ölkəmizə qonaq gələn hər hansı bir əcnəbi izləsə, o, heç vaxt Azərbaycan xanımını öz ailəsinə gəlin etməyəcək.

Maraqlıdır ki, bu serialın ssenarisini yazanlar süjeti qurarkən hansı marağa xidmət ediblər? Əgər onların marağı qaynana-gəlin konfiliktini, bu münaqişənin səbəblərini və aradan qaldırma üsullarını tamaşaçıya çatdırmaqdırsa, izlədiyim iki bölümdə mən ibrətamiz, insana dərs verən, nəsə öyrədən heç nə görmədim.

Əgər bu serialın məqsədi sırf insanları güldürməyə yönəlibsə, bu da uğurlu alınmayıb. Mən ədəbiyyatın, filmin ideya çatdırma məqsədini qoyuram bir kənara. Deyək ki, bu heyət “bazara işləyib”x9d və sırf güldürmək məqsədi güdən serial çıxarıb ortaya.

Bir gəlinin öz toy günündə dəqiqəbaşı qarnını tutub tualetə getməsi komediyadırmı? Rəqs edəndə ayaqqabılarını göyə tullaması və bu ayaqqabının qaynananın başına dəyməsi komediyadırmı? Gözündə eynəklə, əlində təsbehlə, dilimizə soxuşdurulan rus dili sözləri ilə, yaşlı-başlı qadını belə əzişdirməyə hazır olan qayın (bəyin qaynı) obrazı komediyadırmı?xa0

Gəlinin baldızını bəyin qayınına calayıb, bu baldız obrazını da kişi danışığı, kişi jestləri ilə verib insanları güldürmək məqsədimi güddünüz? Hərəkətləri bu qədər kişisayağı olan qadın homoseksualdır ”“ lezbiyandır. Bir lezbiyan obrazını ərə getmək həsrəti ilə, kişi yanğısı ilə vermək məntiqsizliyin dibidir!
xa0xa0xa0xa0
Bütün obrazları sizin üçün bir-bir təhlil etmək niyyətim yoxdur. Onsuz da sizin ədəbiyyat ”“ ssenari, film ”“ obraz, süjet ”“ ideya anlayışınızın bu qədər bəsit, bu qədər bayağı, bu qədər maraqsız, hətta ürəkbulandıran olması bir şeyi sübut edir ki, siz nəinki ciddi sənət məhsulu yaratmağı, heç “bazara işləməyi”x9d də bacarmırsız!
xa0xa0xa0
xa0Komediya aktrisası, xalq artisti Afaq Bəşirqızı həmişə Nəsibə Zeynalovanı təkrarlamaq arzusunda olub. Bu “Qayınanamız”x9d serialında oynadığı qaynana rolu da sübut etdi ki, Afaq Bəşirqızı Nəsibə Zeynalovanın bir əsrə yaxındır oturduğu sənət kürsüsünə həsəd aparır. Amma o kürsüyə çatmağı bacarmır...
xa0xa0xa0
Nəsibə Zeynalova dediyi bircə “beyquş”x9d sözü ilə bütün tamaşaçı salonunu gülüşə qərq edən aktrisa idi. O, başına ayaqqabı çırpılması ilə, krana çıxıb qışqırması ilə, altında seksual mənalar yatan atmacalarla güldürməyib insanları.

Bu serialın yayımı dayandırılmalıdır. Əgər MTRŞ gözaltı etdiyi ANS telekanalının şüaurı kimi dəqiq, qərəzsiz və vicdanlı işləyirsə, o zaman ATV-da yayımlanan bu serialın da yayımına qadağa qoymalıdır. Çünki serial Azərbaycanın bütün qaynana, gəlin, kürəkən, qayın, baldız, quda obrazlarının təhqir olunması, alçaldılması, bayağılaşdırılmasından qeyri heç bir işə yaramır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

"Maradona" stadionunda "Qarabağ"a nə qədər yer ayrılıb?

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

Aşıq Mübariz biznesinə görə borca düşdü - VİDEO

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

“Lukoyl” beynəlxalq aktivlərinin satışına BAŞLADI

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

Bu qəhvələri İÇMƏYİN: Görməniz itə bilər

MLS-in təqvimi dəyişdi

MLS-in təqvimi dəyişdi

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Türkiyədə faciəvi şəkildə həlak olan Emin vətəndə DƏFN OLUNDU

Rumıniya Rusiyaya NOTA VERDİ

Rumıniya Rusiyaya NOTA VERDİ

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Ülviyyə Namazova estetik əməliyyatlarının sayını AÇIQLADI - VİDEO

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Quterreş Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini PİSLƏDİ

Cüdoçumuz bürünc medal QAZANDI

Cüdoçumuz bürünc medal QAZANDI

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

Bakıda doqquzmərtəbəli binada YANĞIN OLDU - VİDEO

"İndi müğənni sayan var?"

"İndi müğənni sayan var?"

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? - Rəsmi açıqlama

Türkiyə millisində İTKİ

Türkiyə millisində İTKİ

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

Azərbaycanlı model rus aktrisa ilə EVLƏNDİ - FOTO

Məktəblilər Ukraynaya yardımı tənqid etdiyinə görə Fitsonun keçirdiyi iclası tərk etdilər - VİDEO

Məktəblilər Ukraynaya yardımı tənqid etdiyinə görə Fitsonun keçirdiyi iclası tərk etdilər - VİDEO

“Lody Azərbaycan” müharibədə ailəsini itirmiş xanıma dəstək göstərdi

“Lody Azərbaycan” müharibədə ailəsini itirmiş xanıma dəstək göstərdi

Messi Hindistanda sərvət qazanacaq

Messi Hindistanda sərvət qazanacaq

"Dünyanın ən gözəl qadını" seçildi - SİYAHI

"Dünyanın ən gözəl qadını" seçildi - SİYAHI

Süni intellektin daha bir ZƏRƏRİ - Mütəxəssislər XƏBƏRDARLIQ EDİR

Süni intellektin daha bir ZƏRƏRİ - Mütəxəssislər XƏBƏRDARLIQ EDİR

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

İradə İbrahimova ayrılıq iddialarına CAVAB VERDİ - VİDEO

İradə İbrahimova ayrılıq iddialarına CAVAB VERDİ - VİDEO

Klopp "Liverpul"a qayıda bilər

Klopp "Liverpul"a qayıda bilər

WhatsApp sabahdan bu telefonlarda İŞLƏMƏYƏCƏK

WhatsApp sabahdan bu telefonlarda İŞLƏMƏYƏCƏK

End of content

No more pages to load

RADİO