Milli Məclisin keçmiş deputatı Elton Məmmədov AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.
Qeyd edək ki, bu təyinata qədər E. Məmmədov AMEA-nın İşlər idarəsinin müdiri olub. O, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.
Xəbəri dəqiqləşdirmək üçün Milli Elmlər Akademiyasının Radiasiya Problemləri Institutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Baba Əliyevlə əlaqə saxladıq.
B.Əliyev bu barədə xəbəri olmadığını, dəqiqləşdirib bizə məlumat verəcəyini desə də, sonradan zənglərimizə cavab vermədi.
Bizim.Media