İstanbulu Fateh Məhmədlə birgə fəth edən azərbaycanlı kimdir -TARİX

Bu gün (bəzi mənbələrdə dünən, yəni mayın 29-u) türk tarixinin ən önəmli hadisələrindən birinin ildönümüdür. Mayın 29-dan 30-na keçən gecə Osmanlı imperiyasının ən güclü padşahlarından biri Sultan Məhməd İstanbulu fəth edərək tarixin axarını türklərin xeyrinə dəyişmiş oldu. 1453-cü ildə baş verən bu hadisədən danışmağa qəti gərək yox. Çünki bu barədə həm Türkiyə, həm də Azərbaycanda kifayət qədər danışılıb da, yazılıb da.

Moderator.az təqdim edəcəyi yazıda həmin tarixi gündə sultanın yanında olan, onu mənəvi-psixoloji cəhətdən hazırlamaqla yanaşı, həm də strateji baxımdan önəmli xidməti olan azərbaycanlı üləmadan- Ağ Şəmsəddin həzrətlərindən danışacaq:

Ağ Şəmsəddin XIV əsrin sonunda 1389-cu ildə dövrünün tanınan elm xadimlərindən olan Məhəmməd Şəmsəddin Həmzənin ailəsində dünyaya gəlib. Onun nəsil kökü azərbaycanlı alim, işraqilik nəzəriyyəsinin banisi Şihabəddin Yəhya Sührəverdiyə gedib çıxır. Bu gün də istər türk, istər ərəb-fars, istərsə də Avropa tədqiqatçıları Şəmsəddinin Azərbaycandan olmasını inkar etmir. Şamda müdərrislik edən atası sonradan bu missiyasını davam etdirməkdən yana Anadoluya gəlir. O zaman yeddi yaşı olmasına baxmayaraq Ağ Şəmsəddin Quranı əzbər öyrənir. Gələcəkdə o həm Sultan Fateh Məhmədin birinci və əsas müəllimi, baş məsləhətçisi, həm də böyük övliya və həkim kimi tanınır. Onun böyük tibb alimi kimi yetişməsindən az sonra ətraflı danışacağıq. Hələlik onu deyək ki, bütün dünyada tibb elmində iki böyük nəzəriyyənin banisi kimi xatırlanmaqdadır.

Dünya onu mikrob nəzəriyyəsinin banisi kimi çox təəssüf ki tanımır. Amma Avropa alimi Lui Pasterdən düz 4 əsr əvvəl icad edən həmyerlimiz mikrobiologiyanın da atası hesab olunur.

İstanbulun alınması:

Ağ Şəmsəddinin böyük alim olduğunu bildik. İndi isə görək, o, İstanbulun alınmasında Fateh Sultan Məhmədə necə yardımçı olub:

Bir gün Hacı Bayram Vəliyə sultandan namə gəlir. Naməni oxuyan şeyx müridlərinə bildirir ki, Sultan II Murad onu paytaxt Ədirnəyə dəvət edir. Bu onun özünə də çox təəccüblü gəlir. Elə saray elçisinə qoşularaq paytaxta gələn Hacı Bayram sultan tərəfindən böyük hörmətlə qarşılanır. Sultan Murad onu bir həftə buraxmır, dayanmadan məsləhətlərini dinləyir. Axırda iş o yerə çatır ki, sultan ona vəzirliyi təklif edir.xa0

Ömrünün ahıl yaşına çatan övliya təbii ki, bu təklifi xəfif bir gülümsəmə ilə qarşılayır. Cavab verir ki, könül sultanlığını bu yaşda dünya taxtına dəyişəcək halı yoxdur. Amma sənə elə bir gövhər verəcəyəm ki, gələcəkdə par-par parlayacaq, indi bizdən uzaqda qalan Konistantinopolu (İstanbulu E.N) da ələ keçirəcək deyir. Sözlərdən sultan təəccüblənir və cavab verir ki, onun bu yaxınlarda bir övladı olacaq. Bütün ruhumla oğlan olacağını və nəhəng İstanbulu fəth edəcəyinə inanıram. Bayram Vəli təmkinini pozmadan : - İstanbulun fəthini nə sən görəcəksən, nə də mən.

xa0Onu sənin gövhərin olan sultan oğlunla mənim gövhərim Ağ Şəmsəddin fəth edəcək. Belə də olur. Gənc Şəmsəddin Osmanlının ən güclü sultanlarından olan Fateh Məhmədin müəllimi olur. Vaqif olduğu elmləri ona da öyrədir, gənc Məhməti əsil idarəçi və fateh kimi yetişdirir. Fateh Sultan Mehmet İstanbulun fəthinə məhz Ağ Şəmsəddinin məsləhətləri sayəsində nail ola bilir.xa0

Gəmilərin altlarının piylənməsi sayəsində onların böyük məsafədən dənizə sarı asanlıqla dartılması ideyasını ona Ağ Şəmsəddin verir. O, “bu ilin Cəmaziyələvvəl ayının 20-də səhər filan tərəfdən qalaya hücum edin. O gün şəhər fəth ediləcək və İstanbuldan əzan səsləri ucalacaq”x9d-konkret tarixini göstərərək sultan qoşununu və donanmasını təhlükədən xilas edir və qalib gəlməsinə müəssər olur. Onun məsləhətinə qulaq asan Fateh dərhal qoşuna hazırlıq əmri verir və Ağ Şəmsəddinin dediyi gün İstanbula hücuma başlayır. İstanbul səhər saat 8-də fəth edilir. Fateh Sultan Mehmet şəhərə həmin gün günorta saatlarında ağ atın belində Topqapı istiqamətindən daxil olub Ayasofyaya doğru irəliləyir. İstanbulun fəthinin mənəvi atası hesab edilən Ağ Şəmsəddin də Fatehin yanında olur. Bizanslılar Ağ Şəmsəddini Sultan Mehmet hesab edərək ona gül dəstələri verirlər. O isə gənc Fatehi göstərərək: “Sultan budur, gülləri ona verin”x9d,- deyirdi.xa0

Fatehsə: “Sultan mənəm, ancaq İstanbulun fəthinin mənəvi atası odur”x9d-deyə Ağ Şəmsəddini göstərirdi”¦ Rəvayətə görə, İstanbulun fəthindən sonra, Fateh Sultan Mehmet ağ Şəmsəddini ziyarətə getmiş, müəllimindən onu yenidən tələbəliyə, dərvişliyə qəbul etməyini xahiş edib. Ağ Şəmsəddinsə təklifi rədd edərək belə cavab verib: "Sultanım, sən bizim daddığımız ləzzəti dadacaq olsan, səltənəti buraxarsan. Dövlət işlərini tam edə bilməzsən...”x9d. deyir.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

İran XİN: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb

Azərbaycanın U-19 millisi məğlub oldu

Azərbaycanın U-19 millisi məğlub oldu

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

İran ABŞ-nin F-18 qırıcı təyyarəsini vurub - VİDEO

Tehran region ölkələrindən birini hədələyib

Tehran region ölkələrindən birini hədələyib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Hakan Fidan iranlı həmkarı ilə müharibəni müzakirə edib

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Martın son günlərində 3 bürcü böyük dəyişikliklər gözləyir

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Ağ Ev: İran reallığı qəbul etməsə, daha ağır zərbə alacaq

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Qalmaqallı prokuror işdən çıxarıldı - Atası da prokuror idi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

Ermənistanda Apostol kilsəsinin bu imtiyazı ləğv edildi

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran ABŞ-nin sülh danışıqları təklifinə rəsmi cavab verməyib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib

Peskov: ABŞ heç bir zəmanət vermir

Peskov: ABŞ heç bir zəmanət vermir

Dibala Türkiyədə oynaya bilər

Dibala Türkiyədə oynaya bilər

Tramp mayda Çinə gedəcək

Tramp mayda Çinə gedəcək

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

Saxta kosmetoloqlarla mübarizə: Bir ildə 367 protokol yazılıb - RƏSMİ

İran daha bir boğazı bağlaya bilər

İran daha bir boğazı bağlaya bilər

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”

Salah Messinin komandasına keçir?

Salah Messinin komandasına keçir?

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Biləsuvardakı ağır qəzada xəsarət alanların SON DURUMU

Şakiranın Qətər konserti təxirə düşdü

Şakiranın Qətər konserti təxirə düşdü

Şəhid qardaşların atası vəfat etdi - Foto

Şəhid qardaşların atası vəfat etdi - Foto

Apreldə 8 gün iş OLMAYACAQ

Apreldə 8 gün iş OLMAYACAQ

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Səidə bu dəfə onunla qalmaqal YAŞADI: “Qocalmısan, yaddaşın gedib!” - VİDEO

Ən etibarlı alman avtomobilləri - SİYAHI

Ən etibarlı alman avtomobilləri - SİYAHI

End of content

No more pages to load

RADİO