Şuşalı Əsəd kişi oğlu Sadığı məşhur xanəndə Xarrat Qulunun yanına gətirəndə düşünürdü ki, onun da oğlu bu cür məlahətli ifaçı kimi yetişəcək. Xarrat Qulu da buna çox inanırdı. Amma kasıb şuşalı balası Sadığın bəxti səsdə gətirmir. 18 yaşı olan zaman səsi batır. Amma ruhdan düşmür, bir müddət ney və tütək dərsləri alır, daha sonra isə bütün meylini tara salır.
O zaman nə Xarrat Qulu, nə
başqaları, nə də özü belə bilmirdi ki, vaxt gələcək, həmin bu gənc oğlan “Azərbaycan
tarının atası”x9d ləqəbini daşıyacaq, Azərbaycan tarını İran tarından ayıracaq və ilk dəfə olaraq tarı ayaqların
üstündə yox, sinədə çalacaq.
Beləliklə, Moderator.az
saytı “Bir əfsanəydi”x9d layihəsində məşhur tarzən, muğam ustası Sadıqcandan
haqqında yazını təqdim edir.
İran şahının heyrəti
Gənc ifaçı o zaman hələ
Sadıqcan deyil, Sadıq idi. Amma yenə də tar müəllimi Məşədi Ələsgərin özü ona qibtə edirdi. Bütün Qarabağda məşhur
olan tarzən Ələsgər heç utanmadan deyirdi ki, kaş mənim bütün var dövlətim
Sadığda olaydı, Sadığın barmaqları da məndə...
Daha sonra gənc Sadıq
bütün Qarabağın tanıdığı Sadıqcan oldu. XVIII əsrdən üzü bəri Şərqdə musiqiçilər
arasında qəribə bir adət yaranmışdı. İfasına və səsinə görə tam fərqli məlahətə
malik olan şəxsə “can”x9d təxəllüsünü əlavə edirdilər. Azərbaycanda cəmi iki şəxsə
bu fəxri sonluq verildi. Onlardan biri Bülbülcan (Xanəndə Əbdülbaqi), o biri isə
Sadıqcan.
Sadıqcanın şanı Qarabağ sərhədlərini
aşaraq İrana gedib çıxır. İran şahı Nəsirrəddin şah öz oğlu şahzadə Müzəffərriddinin
toyuna Qarabağın bir neçə xanəndəsi ilə birlikdə Sadıqcanı da dəvət edir. Tarzənin
o toyda göstərdiyi məharət hamını təəccübləndirir. Bəzi muğamlardan parçaları
solo ifa edən Sadıqcan şahın özünü də təəccübləndirir. Nəsirrəddin şah ona
“Şuri-Xurşid”x9d qızıl medalını verir ki, bu da İranın ən ali mükafatı hesab
edilirdi.
Həmin toyda maraqlı bir
hadisə də olub. Təbrizli tarzənlərdən biri onu yarışa çağırır. Sadıqcan da
yarışa adi vəziyyətdə yox, tarın bütün pərdələrini qırdıqdan sonra başlayır.
Bunu görən o biri tarzən yarışmaqdan imtina edir və Sadıqcanın əlini öpür.
Seyid Əzimin Sadıqcanın
pişvazına getməsi
Sadıqcanın olduğu
toylara, məclislərə gedənlər deyirdilər ki, o, çox vaxt mizrabdan istifadə
etmirdi. Onun son qolunda o qədər güc var ki, tarı dilləndirməyə bəs edirdi. O,
tarda sonradan yaxşı mənada çox dəyişiklik etdi. Hamı təəccüblənirdi ki, tardan
indiyə qədər eşidilməyən avazlar nevə oldu ki, Sadıqcanın barmaqlarında dilləndi.
O, tarda artıq pərdələri kəsib ataraq
yalnız 17 pərdə saxlayır. Amma tarın kəlləsinə yaxın olan yerdə əlavə pərdə
salaraq “lal barmaq”x9d termini yaradır. Tara
6 sim əlavə edir. Bütün bunların hamısı gözəl melodiya üçün vacib şərt
idi.
Sadıqcanın şöhrəti
artdığı bir məqamda Şirvanda yaşayan Mahmud ağa onun öz məclislərinə dəvət etmək
istəyir. Bunun üçün öz tarzəni Hümayiyə də tapşırır ki, Qarabağa gedib
Sadıqcanı bura gətirsin. Sadıqcan əvvəlcə getmək istəmirmiş, amma Hümayinin çox
xahiş-minnətindən sonra Şirvana yol alır. Onu mülkündə görən Mahmud ağa çox
sevinir və Sadıqcana bahalı hədiyyələr bağışlayır. Həmçinin belə gözəl sənətkarı
Şirvana gətirdiyi üçün Hümayini də mükafatlandırır. Amma Sadıqcanın hesabına mükafat alan Hümayi onun şöhrətinin
kölgəsində qaldığını görüb Şirvani tərk edir. Şuşaya çatar-çatmaz həm Mahmud
ağa, həm də Sadıqcanın ünvanına həcvlər yazır. Günlərin bir günü ata yurdu Şuşaya gələn
Sadıqcan bu həcvlər barəsində eşidib pərt olur və bir daha Şirvana qayıtmır. Bu
Mahmud ağaya pis təsir edir. Çıxış yolu kimi Sadıqcanın çox hörmət etdiyi
Şirvan şairi Seyid Əzim Şirvanini onun pişvazına yollayır. Sadıqcan isə əvəzində
Şirvaniyə həcvləri göstərir. Bundan qəzəblənən Seyid Əzim Hümayiyə cavab olaraq
50 bındlik həcv yazır ki, o həcvin yarısı ağır təhqirlərə dolu olur.
Lakin Sadıqcanın Şuşada
qalmasının tək səbəbkarı o həvclər deyildi. İkinci səbəb isə Şuşadakı Xan qızı
Natəvan idi. Xan qızı öz məclislərində , “Məclisi-üns”x9dün şeir axşamlarında
Sadıqcanı görmək istəyirdi. Ona görə də tarzəni Şirvana çağıran Mahmud ağaya
çox əsəbləşirdi. Onların arasında Sadıqcana görə ağır ittiham məzmunlu məktublaşmalar
olub.
Qaratoyuğa muğamın öyrədilməsi
Tədqiqatçı Aslan Kənanın
tərtib etdiyi, görkəmli musiqişünas Firudin
Şuşinksiyə aid olan “Azərbaycan musiqi xəzinəsi”x9d toplusunda Sadıqcan
haqqında maraqı bir fakt qeyd olunur. Deyilənə görə, o tarı elə çalarmış ki,
quşlar belə onunla birgə ifa edərmiş. Hətta dövrün 4 böyük ziyalısı ”“ Süleyman
Mansurov, Müseyib Daşdəmirov, şuşalı Xan İsmayıl və Məhəmməd Müctəhidzadə öz
xatirələrində Sadıqcanın qaratoyuq quşuna yüngül təsnif və mahnı öyrətdiyini
qeyd ediblər. Məşhur tarzən Qurban Pirimov bu barədə yazıb: ”x9dBir gün Sadıq məndən
xahiş etdi ki, onun üçün Gülbalıdan bir bülbül gətirim. Mən də bir bülbül və
bir qaratoyuq apardım. Bir gün gəlib gördüm ki, o qaratoyuğun qabağına güzgü
qoyub, öz isə kənarda durub tar çalır. O, tarda qaratoyuğun çöldə oxuduğu nəğməyə
bənzəyən nəsə çaldı. Bu dəm güzgüdə özünü görən qaratoyuq tarın ritmi ilə
oxumağa başladı. Mən təəccübümdən donub qaldım”x9d.
Elmin Nuri
Qeyd: Dövlət səviyyəsində bu il 160 illik yubileyi
keçiriləcək məşhur tarzən Sadıqcan haqqındakı yazıda Firudin Şuşinksinin “Azərbaycan
musiqi xəzinəsi”x9d (tərtibçi Aslan Kənan) və “Azərbaycan xalq musiqiçiləri”x9d, həmçinin
Ağalar bəy Əliverdibəyovun “Rəsmli musiqi tarixi”x9d kitablarındakı faktlardan istifadə edilib.