Volodimir Zelenskinin ABŞ səfəri: Ukrayna yeni rolda - ŞƏRH + FOTO

Ağ Ev keçmiş sovet respublikaları arasında Ukraynaya daha çox diqqət ayırır. Bununla belə, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri, Vaşinqtonda keçirdiyi görüşlər, iki ölkə liderlərinin bəyanatları postsovet məkanının gələcəyi baxımından da vacib addım kimi dəyərləndirilə bilər. Bu səfər ilk növbədə Birləşmiş Ştatların Ukraynaya hərbi, siyasi, sosial, maddi və mənəvi sahələrdə yardım və dəstəyinin davamıdır.
 
Ehtimal etmək olar ki, Ağ Ev postmüharibə dövründə keçmiş sovet məkanında Ukraynaya özünün ən etibarlı tərəfdaşı rolunu verəcək.
 
Azərbaycan işğal altında olan torpaqlarını müharibə vasitəsilə azad etməklə keçmiş sovet respublikalarında münaqişələrin hərbi yolla həllinin mümkünlüyünü sübut edib. 44 günlük savaş dövründə Azərbaycanı müharibədə istifadə etdiyi hərbi texnikaya görə qınayıb, təhdid edirdilər. Ancaq Ukraynada da onlardan istifadəyə üstünlük verib, tərifləyirlər. Bu baxımdan İkinci Qarabağ müharibəsinin Ukraynanın apardığı savaşa örnək olduğunu deməyə də əsaslar var.
 
Zelenskinin ziyarəti beynəlxalq ictimaiyyətin keçmiş SSRİ məkanında süni formada yaradılan münaqişələrin qlobal təhlükəsizliyə təhdid olduğunu birmənalı olaraq qəbul etdiyini da isbatlayır. Hətta bu təhlükənin mənbəyinin 200 ilə yaxındır dəyişmədiyi də təsdiqlənib. Volodimir Zelenski Konqresdəki çıxışında bu məsələyə də toxunub: “Rusiya tiraniyası Ukrayna üzərində nəzarəti itirib. Moskva bir daha heç vaxt Ukrayna xalqının şüuruna təsir etməyəcək”.
 
 
Ukrayna lideri rusiyalı həmkarı Vladimir Putinin sivil dünya ilə əlaqəsini itirdiyini vurğulayaraq Rusiya ilə danışıqların mənasız olduğunu söyləyib. Rusiya tərəfi Zelenskinin səfərindən narahatlığını gizlətməyib. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, bu ziyarətdən sonra rəsmi Kiyevlə sülh müzakirələri aparılacağını gözləmirlər.
 
Moskvanın Vaşinqtondakı səfiri Anatoli Antonov isə bildirib ki, V.Zelenskinin səfəri həm Ukraynanın, həm də ABŞ-nin Rusiya ilə sülhə hazır olmadığını göstərib. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədri, Vladimir Putinin müavini, Vahid Rusiya Partiyasının lideri Dmitri Medvedev isə ötən gün Çinə səfər edərək ölkə lideri Si Cinpinlə görüşüb.
 
Bu, Zelenskinin səfərinə Moskvanın cavabı da sayıla bilər. Başqa sözlə, Rusiya Medvedevin Pekinə səfəri ilə arxasında Çinin dayandığı ismarışını verir, yaxud ABŞ ilə Çini üz-üzə qoymağa cəhd göstərir. Cozef Bayden isə Zelenskiyə “heç vaxt tək qalmayacaqsınız” deməklə bütün dünyaya Ukraynanın ABŞ üçün önəmini bir daha göstərdi.
 
Səfər zamanı Ukrayna ilə ABŞ-nin dost və düşmənlərinin də eyni olduğu açıqlandı. V.Zelenski Rusiyanın Ukraynadakı soyqırımı müharibəsində İranı özünə müttəfiq seçdiyini deyib. O, İranın Rusiyaya öldürücü dronlar göndərdiyini bildirib. Bunu bir terrorçunun başqa bir terrorçu ilə əlbir olması kimi də dəyərləndirirlər. Qeyd edək ki, dünyanın bir sıra parlamentləri Rusiyanı da terrorçu ölkə kimi tanıyıb.
 
 
Xatırladaq ki, pandemiyadan əvvəl Ukrayna ilə İran arasında ticarət dövriyyəsi yarım milyard dollar həcmində olub. Ukrayna bu ölkəyə qarğıdalı, arpa, soya, qoz-fındıq, şokolad və başqa məhsullar ixrac edib. İran Ukraynadan tikinti materialları da idxal edirdi. Ancaq müharibədəki rolundan sonra Kiyev Tehranla diplomatik əlaqələri kəsib. İran vətəndaşı olan tələbələr Ukraynadan çıxarılıblar.
 
ABŞ və Ukrayna liderlərinin çıxışlarında vurğuladıqları məsələlər sübut edir ki, ölkələr arasında çox böyük etimad var. Bu səfər Rusiyanın Ukraynaya perspektivdə ata biləcəyi istənilən siyasi, hərbi və başqa müdaxiləni mümkünsüz edir. Bu ziyarətlə ABŞ müttəfiqləri ilə birlikdə birmənalı şəkildə bütün dünyaya Ukraynanı müdafiə etdiklərini bir daha bəyan etdi.
 
Ağ Ev bununla Avropadakı müttəfiqlərini də Rusiyanın təhlükəsindən qoruyacağı ilə bağlı mesaj verir. Ukrayna NATO və Avropa İttifaqının üzvü olmasa da, Birləşmiş Ştatların himayədarlığı ilə ərazisini işğaldan azad etmək, demokratik ölkənin qurulması istiqamətində çox böyük dəstək əldə edib.
 
Dəstək Moskvadan qaçmaq istəyənlərə də bir işarədir. ABŞ-nin Ukraynaya himayədarlığı keçmiş sovet məkanında Rusiyanın önəmini də azaldacaq. Bu perspektivdə Moldova və Gürcüstanın ərazi bütövlüklərinin təmin olunması üçün də beynəlxalq arenada əsas hazırlana bilər. Ağ Ev Ukraynayönlü siyasəti ilə Avropa İttifaqının keçmiş müttəfiq respublikalara nüfuzunu da azaldır. ABŞ həm də qlobal siyasətdə blokunu genişləndirdiyini nümayiş etdirir. Ukraynanın dəstəklənməsi beynəlxalq təşkilatlarda ABŞ-nin təkliflərinin lehinə veriləcək səsin artacağı deməkdir.
 
Bir vaxtlar SSRİ-nin qurulmasında başlıca rol oynamış Ukrayna indi yeni dünya düzənində ABŞ-nin bu məkandakı əsas dayağına çevrilir.
 
“Report” İnfomasiya Agentliyi
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Superliqada 17-ci tur START GÖTÜRDÜ

Superliqada 17-ci tur START GÖTÜRDÜ

Bu günün tibbi-meteoroloji PROQNOZU

Bu günün tibbi-meteoroloji PROQNOZU

Muzeydən Napoleonun üzüyü oğurlandı - FOTO

Muzeydən Napoleonun üzüyü oğurlandı - FOTO

Beyləqanda quyuya düşən 2 yaşlı uşağın atası hadisədən DANIŞDI - VİDEO

Beyləqanda quyuya düşən 2 yaşlı uşağın atası hadisədən DANIŞDI - VİDEO

Şəbnəm özünə təmtəraqlı ad günü ETDİ - VİDEO

Şəbnəm özünə təmtəraqlı ad günü ETDİ - VİDEO

İmtiyazlı “qrin-kart” - Tramp “qızıl kart”ı təqdim etdi - VİDEO

İmtiyazlı “qrin-kart” - Tramp “qızıl kart”ı təqdim etdi - VİDEO

Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası oldu - FOTO

Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası oldu - FOTO

“Liverpul”un futbolçusu “Qızıl top”u QAZANDI

“Liverpul”un futbolçusu “Qızıl top”u QAZANDI

Aytən Səfərova “Park Bulvar”dakı kinoteatrdan şikayətçidir - VİDEO

Aytən Səfərova “Park Bulvar”dakı kinoteatrdan şikayətçidir - VİDEO

"Evde Tək"in aktyorları 35 il sonra BİR ARADA - FOTO

"Evde Tək"in aktyorları 35 il sonra BİR ARADA - FOTO

“Tam aydın deyil, kim kimə hücum edib” — Orban Ukraynadakı müharibə HAQQINDA

“Tam aydın deyil, kim kimə hücum edib” — Orban Ukraynadakı müharibə HAQQINDA

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı - RƏSMİ

Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı - RƏSMİ

Çexiya millisinin yeni baş məşqçisi AÇIQLANDI

Çexiya millisinin yeni baş məşqçisi AÇIQLANDI

Vardanyan haqqında çəkilən “The Oligarch’s Design” sənədli filminin nümayişi oldu - FOTO

Vardanyan haqqında çəkilən “The Oligarch’s Design” sənədli filminin nümayişi oldu - FOTO

Azərbaycanın müxtəlif istiqamətlərində avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycanın müxtəlif istiqamətlərində avtobus marşrutları müsabiqəyə çıxarılır

“Youtube”un işində texniki nazaslıq YARANDI

“Youtube”un işində texniki nazaslıq YARANDI

Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın rolundan DANIŞDI

Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın rolundan DANIŞDI

Dörd gün əvvəl ayrıldığı kluba QAYITDI

Dörd gün əvvəl ayrıldığı kluba QAYITDI

Nadir QƏZƏBLƏNDİ: “Müasirlik TikTok-da pozğunluğu təbliğ etmək deyil” - VİDEO

Nadir QƏZƏBLƏNDİ: “Müasirlik TikTok-da pozğunluğu təbliğ etmək deyil” - VİDEO

Müdafiə Nazirliyinə 72 mindən çox vətəndaş müraciəti DAXİL OLUB

Müdafiə Nazirliyinə 72 mindən çox vətəndaş müraciəti DAXİL OLUB

“Yeni il”də DÜZGÜN QİDALANMA - Bu sıra ilə başlayın ki…

“Yeni il”də DÜZGÜN QİDALANMA - Bu sıra ilə başlayın ki…

“Liverpul” Salahın əvəzləyicisini TAPDI

“Liverpul” Salahın əvəzləyicisini TAPDI

Rubio: “Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə olunub”

Rubio: “Rusiya-Ukrayna danışıqlarında irəliləyiş əldə olunub”

"İldə bir dəfə plastik-cərraha gedirik"

"İldə bir dəfə plastik-cərraha gedirik"

End of content

No more pages to load

RADİO