“EuroHome”dakı yanğına görə icarəçilərə 16,5 milyon ziyan dəyib - Direktorla bağlı qərar verildi

Ali Məhkəmədə “EuroHome” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tikinti materialları bazarının direktoru Samir Məmmədov və şirkətdə elektrik vəzifəsində çalışmış Amil Salmanovun barələrindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Samir Məmmədovun müdafiəçisi tərəfindən verilən kassasiya şikayəti geri qaytarılıb. Amil Salmanovun müdafiəçisi və bir neçə zərərçəkmişin nümayəndələri tərəfindən ayrı-ayrılıqda verilən kassasiya şikayəti isə təmin edilməyib.

İttihama görə, “EuroHome” MMC tikinti materialları bazarında yanğın hadisəsi 10 dekabr 2019-cu il tarixdə qeydə alınıb. Nəticədə 125 icarəçiyə məxsus 16 429 339,94 manat dəyərində əmlak yanaraq yararsız hala düşüb.

Bu iş üzrə MMC-nin direktoru Samir Məmmədov və şirkətdə elektrik vəzifəsində çalışmış Amil Salmanov məsuliyyətə cəlb ediliblər.

Onların barəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozma, eyni əməllər ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi üzrə ittiham irəli sürülüb.

Rəsmi məlumata görə, dəymiş zərərin bir qismi ödənilib.

Binəqədi Rayon Məhkəməsinin hakimi Aygül Qurbanovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında elan edilib ki, Samir Məmmədovun barəsində seçilmiş polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və o, məhkəmə zalında həbs edilib.

Məhkəmənin hökmü ilə hər iki şəxsə 3 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Hökmdə qeyd edilib ki, Samir Məmmədovla Amil Salmanov cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Bundan başqa, hökmə əsasən, zərərçəkmişlərin mülki iddiaları qismən təmin edilib. Lakin hökmdən narazı qalan məhkumlar və zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə məhkumların apellyasiya şikayəti təmin edilməyib, bəzi zərərçəkmiş şəxslərin mülki iddialarına dair hissə dəyişdirilib.

Belə ki, bir qisim zərərçəkmiş mülki iddialarından imtina etdiyindən, həmin şəxslərə (mülki iddiaçılara) aid hissədə mülki iddia üzrə icraata xitam verilib. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. Daha sonra təqsirləndirilən şəxslərin müdafiəçiləri və bir qisim zərərçəkmiş kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vens: “Tramp bizi uzunmüddətli və uzanan münaqişələrə cəlb etməkdə maraqlı deyil”

Vens: “Tramp bizi uzunmüddətli və uzanan münaqişələrə cəlb etməkdə maraqlı deyil”

Oğlu başqa ölkədə yaşayacaq

Oğlu başqa ölkədə yaşayacaq

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik” - VİDEO

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik” - VİDEO

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

End of content

No more pages to load

RADİO