İlham Əliyev həm müharibədə, həm də danışıqlar masasında qalib gəlib - “Hürriyet” qəzeti

Avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş Cənubi Qafqazda 35 il davam edən münaqişəyə son qoyulmasına dair Birgə Bəyannamənin imzalanması ilə nəticələnib və bu, regionda davamlı sülh və sabitliyin bərqərar olması yolunda böyük addım oldu. Vaşinqtonda keçirilən görüş Azərbaycan liderinin döyüş meydanında qazandığı qələbədən sonra diplomatik qələbəsi olub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyet” qəzetində bazar günü dərc olunan məqalədə deyilir.

Materialda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözləri sitat gətirilir:

“Prezident İlham Əliyev təxminən beş il əvvəl Qarabağ müharibəsində qələbə qazanıb, bu gün isə Vaşinqtonda Azərbaycan lideri sülh yolunda qələbəyə nail olub”.

Qəzetdə qeyd edilir ki, Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanmasına bir neçə addım qalıb. “Bu istiqamətdə Ermənistan Konstitusiyasına yenidən baxılması və ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi vacibdir”, - deyə məqalədə vurğulanır.

Qəzetdə yazılır ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yeni nəqliyyat marşrutunun açılması istiqamətində işlərin bir il ərzində başa çatdırılması gözlənilir.

Məqalədə Türkiyənin bölgədə sülh və sabitliyə yaxınlaşması işinə verdiyi töhfəyə xüsusi diqqət yetirilir.

Türkiyə ilə Azərbaycan liderləri arasında dünənki telefon danışığından bəhs edilib, söhbətdə Türkiyə tərəfi danışıqlar prosesindəki irəliləyişdən məmnunluğunu ifadə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Netanyahunun sülh ŞƏRTİ

Netanyahunun sülh ŞƏRTİ

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini Azərbaycana səfərə dəvət etdi

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini Azərbaycana səfərə dəvət etdi

“Dönüşüm sadəcə səhnəyə atılan addım deyil” - Boşandığı iddia olunan Aysel

“Dönüşüm sadəcə səhnəyə atılan addım deyil” - Boşandığı iddia olunan Aysel

Sabunçuda piyada keçidinin qopan panelləri təhlükə yaradır - VİDEO

Sabunçuda piyada keçidinin qopan panelləri təhlükə yaradır - VİDEO

Arıqlamağınıza imkan verməyən VƏRDİŞLƏRİNİZ

Arıqlamağınıza imkan verməyən VƏRDİŞLƏRİNİZ

Ərdoğan nazirləri TOPLAYIR: Vaşinqton görüşü GÜNDƏMDƏ

Ərdoğan nazirləri TOPLAYIR: Vaşinqton görüşü GÜNDƏMDƏ

Bakıda itkin düşən uşaq tapıldı

Bakıda itkin düşən uşaq tapıldı

Gimnastımız Dünya Oyunlarında gümüş medal qazandı

Gimnastımız Dünya Oyunlarında gümüş medal qazandı

Sumqayıtda ağır qəza: Sürücünün durumu ağırdır - VİDEO

Sumqayıtda ağır qəza: Sürücünün durumu ağırdır - VİDEO

Lalə ana olmaq istəyir

Lalə ana olmaq istəyir

“Sabah” amerikalı legioneri transfer etdi

“Sabah” amerikalı legioneri transfer etdi

Ağdərədəki yanğın genişlənir: 2 helikopter cəlb edildi - VİDEO

Ağdərədəki yanğın genişlənir: 2 helikopter cəlb edildi - VİDEO

Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində dəyişikliklər edildi - CƏDVƏL

Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində dəyişikliklər edildi - CƏDVƏL

“Neftçi” yeni transferini açıqladı - RƏSMİ

“Neftçi” yeni transferini açıqladı - RƏSMİ

Türkiyədə meşə yanğınlarına görə 770 nəfər başqa yerə köçürülüb

Türkiyədə meşə yanğınlarına görə 770 nəfər başqa yerə köçürülüb

Kanada Rusiya neftinin qiymətini aşağı salacaq?

Kanada Rusiya neftinin qiymətini aşağı salacaq?

Yanacaq xərclərini 2 dəfə artıran səhv!

Yanacaq xərclərini 2 dəfə artıran səhv!

Restoranda jurnalistə hücum edən xanım işçi cərimələndi

Restoranda jurnalistə hücum edən xanım işçi cərimələndi

YENİ REKORD: Ukrayna PUA-ları Komi Respublikasına zərbə endirdi - VİDEO

YENİ REKORD: Ukrayna PUA-ları Komi Respublikasına zərbə endirdi - VİDEO

Göyçə mahalında zəlzələ oldu

Göyçə mahalında zəlzələ oldu

Yanğın Ağdamda söndürüldü, Xocavənddə davam edir

Yanğın Ağdamda söndürüldü, Xocavənddə davam edir

Rayonlardan Bakıya axın BAŞLADI - Paytaxtdakı sıxlığın səbəbi BƏLLİ OLDU

Rayonlardan Bakıya axın BAŞLADI - Paytaxtdakı sıxlığın səbəbi BƏLLİ OLDU

Pezeşkian: “Hicab məsələsi zorla həll oluna bilməz” - VİDEO

Pezeşkian: “Hicab məsələsi zorla həll oluna bilməz” - VİDEO

Samir Abasov bu futbolçuların "Neftçi"dən getməsini istəyir

Samir Abasov bu futbolçuların "Neftçi"dən getməsini istəyir

End of content

No more pages to load

RADİO