Rəsmi Bakı MƏLUMAT YAYDI: “Azərbaycanın sülh gündəliyi təsdiqləndi”

Avqustun 7-8-də Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-də səfərdə olub.
 

MÖVZU İLƏ BAĞLI

Minsk Qrupunun ləğvi ilə bağlı müraciət İMZALANDI


XİN-dən Bizim.Media-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb.
 

Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti altı ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur.


Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır.

Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
 

Bildirilib ki, səfər həmçinin iki ölkə prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub.


Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.

Azərbaycan Prezidentinin ABŞ-yə səfəri həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb.
 

Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.


Qeyd olunub ki, Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib.

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib.
 

Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.


Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir.
 

Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.


Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.
 

ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır.


Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
 

Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir.


Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Beşiktaş” futbolçusuna 10 milyon qiymət qoydu

“Beşiktaş” futbolçusuna 10 milyon qiymət qoydu

Donetsk sutka ərzində 28 dəfə atəşə tutuldu - 2 ölü var - FOTO

Donetsk sutka ərzində 28 dəfə atəşə tutuldu - 2 ölü var - FOTO

2 gündən sonra gözünüz göydə olsun – FOTO

2 gündən sonra gözünüz göydə olsun – FOTO

Ukraynada çimərlikdə dəhşətli PARTLAYIŞ: Ölənlər var – VİDEO

Ukraynada çimərlikdə dəhşətli PARTLAYIŞ: Ölənlər var – VİDEO

Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün 5 sadə vərdiş

Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün 5 sadə vərdiş

Futbolçumuz komandasını məğlubiyyətdən xilas etdi

Futbolçumuz komandasını məğlubiyyətdən xilas etdi

Roma Papası Azərbaycan və Ermənistanı TƏBRİK ETDİ

Roma Papası Azərbaycan və Ermənistanı TƏBRİK ETDİ

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng etdi

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng etdi

Təyyarədən atılan yardım zənbili insanların üstünə düşdü - DƏHŞƏTLİ VİDEO

Təyyarədən atılan yardım zənbili insanların üstünə düşdü - DƏHŞƏTLİ VİDEO

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi

Marko Rubio Makronu tənqid etdi: “Burnunu hər yerə soxur”

Marko Rubio Makronu tənqid etdi: “Burnunu hər yerə soxur”

İNTERPOL-un axtardığı azərbaycanlı 12 ildən sonra TUTULDU - VİDEO

İNTERPOL-un axtardığı azərbaycanlı 12 ildən sonra TUTULDU - VİDEO

Brilliant Dadaşovanın oğlunun ad günü - VİDEO

Brilliant Dadaşovanın oğlunun ad günü - VİDEO

Putin Zaporojye və Xersona hücumlarını dayandırır?

Putin Zaporojye və Xersona hücumlarını dayandırır?

Məşhur aktrisadan ŞOK ETİRAF – “6 yaşımda 8 kişi tərəfindən...”

Məşhur aktrisadan ŞOK ETİRAF – “6 yaşımda 8 kişi tərəfindən...”

Taliban Kabildə yüzlərlə gözəllik salonunu bağladı - Minlərlə qadın işsiz qaldı

Taliban Kabildə yüzlərlə gözəllik salonunu bağladı - Minlərlə qadın işsiz qaldı

Mahmud Abbas bu tarixdə Fələstin dövlətini elan edəcək?

Mahmud Abbas bu tarixdə Fələstin dövlətini elan edəcək?

Azərbaycanın qızıl ixracında REKORD ARTIM

Azərbaycanın qızıl ixracında REKORD ARTIM

FHN-dən Qarabağa gedən vətəndaşlara TÖVSİYƏ - FOTO

FHN-dən Qarabağa gedən vətəndaşlara TÖVSİYƏ - FOTO

Rezidenturaya qəbul imtahanı keçirildi - Nəticələr yaxın 3 gün ərzində...

Rezidenturaya qəbul imtahanı keçirildi - Nəticələr yaxın 3 gün ərzində...

Kamçatkada 6 bal gücündə zəlzələ oldu

Kamçatkada 6 bal gücündə zəlzələ oldu

“Qarabağ” klubu dünya reytinqində daha üç pillə gerilədi

“Qarabağ” klubu dünya reytinqində daha üç pillə gerilədi

SON DƏQİQƏ: Ukrayna bu əraziləri işğaldan azad etdi - FOTO

SON DƏQİQƏ: Ukrayna bu əraziləri işğaldan azad etdi - FOTO

End of content

No more pages to load

RADİO