Məlum olduğu kimi, Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar.
Bizim.Media xəbər verir ki, Ağ Evin rəsmi “X” hesabında tarixi görüşlə bağlı paylaşım edilib.
Paylaşımda Trampın “Prezident olaraq ən böyük arzum dünyaya sülh və sabitliyi gətirməkdir” sözləri qeyd olunub.
Bizim.Media