Azərbaycanın diplomatik ZƏFƏRİ – Ağ Evdə hansı razılaşmalar ƏLDƏ OLUNDU? – Anar Tahirov yazır...

8 avqust Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Dünən Vaşinqtonda, Ağ Evdə imzalanan sənədlər, əldə olunan razılaşmalar Cənubi Qafqaz üçün yeni bir səhifə açdı.
 

MÖVZU İLƏ BAĞLI

Trampdan Vaşinqton görüşü ilə bağlı PAYLAŞIM – FOTO



Ağ Evdə hansı razılıqlar əldə olunub?

ABŞ ilə Azərbaycan arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

Memorandum Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqındadır.


Bundan əlavə, İlham Əliyev, Donald Tramp və Nikol Paşinyan Vaşinqton görüşünə dair Birgə Bəyannaməni imzalayıblar. Bəyannamədə sülh sazişinin mətninin paraflanması, Minsk Qrupunun buraxılması, Naxçıvanla marşrut əlaqələrinin açılması və sülh prosesinə dair digər vacib məsələlər öz əksini tapıb.

Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə

Azərbaycan və ABŞ arasında imzalanan memorandum qarşılıqlı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması niyyətini liderlər səviyyəsində təsdiq etdi.

Bu isə istənilən ölkənin arzusu olmaqla yanaşı, Azərbaycan üçün əlavə önəm də daşıyır.

Məlum olduğu kimi, Bayden hakimiyyəti dönəmində ABŞ-ın Cənubi Qafqaz siyasətində qərəzli yanaşma hakim idi. Bayden-Blinken tandemi hər bəhanə ilə Azərbaycanı qaralamağa, təzyiq göstərməyə çalışırdı. Üstəlik, həmin dövrdə Amerika konqresində Azərbaycana sanksiyalar tətbiq edilməsi ilə bağlı çağırışlar da mütəmadi xarakter almışdı.

Lakin Azərbaycanın qətiyyətli mövqe sərgiləməsi bütün bu cəhdləri boşa çıxartdı.

Xüsusilə də, dünən ABŞ-Azərbaycan münasibətlərində uzun illər "qara ləkə"yə çevrilmiş  "907-ci düzəliş"in icrasını dayandıran sənədin imzalanması Bakı-Vaşinqton əlaqələrində tarixi addım hesab olunmalıdır.

Ümumilikdə isə Azərbaycan avqustun 8-də ABŞ-la strateji tərəfdaşlığın qurulması istiqamətində mühüm addım atdı.

Strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan və ABŞ enerji, nəqliyyat, ticarətdən tutmuş, süni intellekt, müdafiə sahəsinə qədər çoxsaylı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər.


Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında imzalanan əməkdaşlıq memorandumu  isə enerji sahəsində gələcək əməkdaşlıq üçün möhkəm təməl rolunu oynayır.

Sülh sazişinin paraflanması

Təbii ki, Vaşinqton görüşünün əsas istiqamətlərindən biri də sülh danışıqları idi. Danışıqların məntiqi nəticəsi olaraq Ağ Evdə sülh müqaviləsinin mətni paraflandı.
 

Əvvəla onu qeyd edək ki, paraflanma sülh müqaviləsinin imzalanması demək deyil. Bu addım o deməkdir ki, tərəflər saziş layihəsinin bütün bəndləri üzrə konsensusa gəliblər və onun məzmunu ilə razılaşdıqlarını rəsmən qeyd edirlər.


Yəni yekun sazişin imzalanması üçün bu ciddi addımdır, lakin son addım deyil. Sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın son və ən önəmli şərti də yerinə yetirilməlidir.

Söhbət Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılmasından gedir.

Böyük ehtimalla, 2026-cı ildə Ermənistanda konstitusiya dəyişiklikləri ilə əlaqədar referendum keçirildikdən sonra sülh sazişinin imzalanması təmin olunacaq.

Bundan əlavə, sülh sazişinin paraflanması “Azərbaycan Ermənistana hücum edəcək”,

“Azərbaycan ordusu Zəngəzura girməyə hazırlaşır” deyə ölkəmizə qarşı qarayaxma kampaniyası aparanların da əlini-qolunu bağladı. Artıq onlar bu cür bəhanələrdən məhrumdurlar.

Minsk Qrupunun ləğvi
 

Vaşinqtonda əldə olunan ən önəmli nailiyyətlərdən biri də heç şübhəsiz Minsk Qrupumun ləğvi məsələsi oldu. Azərbaycan və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannamədə Minsk Qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in Baş Katibinə birgə müraciət edəcəyi təsdiqlənir


Məlum olduğu kimi, Minsk Qrupu keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin “həlli” üçün yaradılmışdı. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror tədbirləri nəticəsində bu münaqişəyə birdəfəlik son qoydu.
 

Yəni faktiki olaraq, Minsk Qrupunun fəaliyyəti də başa çatmışdı. Bu qurumun rəsmən ləğv edilməsi keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin “sənədli-sübutlu” tamamilə tarixə basdırılması deməkdir.


Minsk Qrupunun ləğvi Qarabağ məsələsini hər fürsətdə ortaya atan erməni revanşizminin son “kozır”ının da itirilməsidir.

Zəngəzur dəhlizinin açılması
 

Azərbaycanın əsas hissəsini Naxçıvana birləşdirən tarixi marşrutun bərpası layihəsi İlham Əliyevin ən önəmli tarixi gedişlərindən biri idi. 44 günlük müharibədən sonra bu təşəbbüslə Laçın yoluna qarşı əks balansın yaradılması da nəzərdə tutulurdu.


Ermənistan isə sadəlövhcəsinə düşünürdü ki, Azərbaycan Qarabağda öz məqsədlərinə tam nail olandan sonra Zəngəzur dəhlizini unudacaq.
 

Hətta Paşinyan bu məqsədlə “Sülhün kəsişməsi” adlı reallıqdan uzaq bir layihəni də gündəmə gətirib, tirajlamağa çalışdı. Lakin Azərbaycan Zəngəzur dəhlizinin açılması fikrindən dönmədi.


Azərbaycanı Naxçıvana birləşdirən marşrutun “Tramp yolu” yaxud bənzər  formalarda adlandırılmasının heç bir fərqi yoxdur. Əldə olunan nəticə Azərbaycanın tələb etdiyi kimi, maneəsiz hərəkətin təmin olunduğu Zəngəzur dəhlizi layihəsinin reallığa çevrilməsidir.

Azərbaycanın diplomatik zəfəri

Azərbaycan savaş meydanında qalib gəlməyi bacardı. Ancaq bu son deyildi. Çünki qanla qazandığı nailiyyətləri diplomatiya masasında itirən dövlətlərə tarix boyu, elə günümüzdə də çox rast gəlinib. Məsələn, İsrail bu gün Qəzzada mühüm nailiyyətlər əldə edib, düşməni HƏMAS-ı faktiki olaraq məhv edib. Amma dünyanın nifrətini qazanandan sonra nə fayda…
 

Azərbaycan isə savaş meydanında qazandığı zəfəri diplomatiya masasında əldə etdiyi nailiyyətlərlə tamamlamağı bacardı.


Bütün bunlar isə İlham Əliyevin uğurlu siyasətinin məntiqi nəticələrdir. Məhz İlham Əliyev müzəffər Ali Baş Komandan kimi tarixi Zəfərimizin, böyük diplomat kimi isə tam qələbəmizin müəllifi oldu.

Müharibədə qalib gəlmiş İlham Əliyev dünən Ağ Evdə sülhü də qazandı…

Anar Tahirov, Bizim.Media-nın baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bizə əvvəlcədən məlumat verilmişdi" - Hakan Fidan Vaşinqton görüşündən DANIŞDI

"Bizə əvvəlcədən məlumat verilmişdi" - Hakan Fidan Vaşinqton görüşündən DANIŞDI

Polisin tələbinə riayət etməyən sürücü həbs edildi - Video

Polisin tələbinə riayət etməyən sürücü həbs edildi - Video

“Təlxək, dəli, meymun...” - Elza bu sözlərə görə Rozanın həbsini istəyirdi - QƏRAR

“Təlxək, dəli, meymun...” - Elza bu sözlərə görə Rozanın həbsini istəyirdi - QƏRAR

NATO sülh müqaviləsinin paraflanmasını alqışlayır

NATO sülh müqaviləsinin paraflanmasını alqışlayır

Azərbaycan Prezidentinin Vaşinqton səfəri sülhə və strateji tərəfdaşlığa körpüdür –ŞƏRH

Azərbaycan Prezidentinin Vaşinqton səfəri sülhə və strateji tərəfdaşlığa körpüdür –ŞƏRH

Oğurladığı itlə gəzməyə getdi: 25 günlük HƏBS EDİLDİ

Oğurladığı itlə gəzməyə getdi: 25 günlük HƏBS EDİLDİ

İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə

İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə

Ağ Evin rəmzi açarı indiyədək kimlərə hədiyyə edilib? – ARAŞDIRMA

Ağ Evin rəmzi açarı indiyədək kimlərə hədiyyə edilib? – ARAŞDIRMA

Böyüklük bizdə qaldı... - Video

Böyüklük bizdə qaldı... - Video

Bu da Nəfəsin hər kəsdən gizlətdiyi SEVGİLİSİ - tanınmış müğənnidir? - VİDEO

Bu da Nəfəsin hər kəsdən gizlətdiyi SEVGİLİSİ - tanınmış müğənnidir? - VİDEO

Zəngəzur dəhlizindən son GÖRÜNTÜLƏR - VİDEO

Zəngəzur dəhlizindən son GÖRÜNTÜLƏR - VİDEO

Lerikdə BƏDBƏXT HADİSƏ – 51 yaşlı kişi həyatını itirdi - FOTO

Lerikdə BƏDBƏXT HADİSƏ – 51 yaşlı kişi həyatını itirdi - FOTO

Evdən pulu apardı, yerinə etibarsız əskinas qoydu

Evdən pulu apardı, yerinə etibarsız əskinas qoydu

“Mançester Yunayted” 85 milyonluq transfer REALLAŞDIRDI

“Mançester Yunayted” 85 milyonluq transfer REALLAŞDIRDI

Ləzzətli mürəbbə bişirməyin SİRRİ

Ləzzətli mürəbbə bişirməyin SİRRİ

Əliyev-Tramp-Paşinyan görüşü dünya mediasının DİQQƏT MƏRKƏZİNDƏ – FOTO

Əliyev-Tramp-Paşinyan görüşü dünya mediasının DİQQƏT MƏRKƏZİNDƏ FOTO

Rusiyanın ən böyük zavodlarından birində dəhşətli partlayış – VİDEO

Rusiyanın ən böyük zavodlarından birində dəhşətli partlayış – VİDEO

3 yaşında “Dünyanın ən gözəl qızı” oldu

3 yaşında “Dünyanın ən gözəl qızı” oldu

AŞPA sədrindən Vaşinqton görüşünə MÜNASİBƏT – FOTO

AŞPA sədrindən Vaşinqton görüşünə MÜNASİBƏT – FOTO

Sumqayıta naməlum varlıqların hücumu – Nə baş verir?

Sumqayıta naməlum varlıqların hücumu – Nə baş verir?

Ağ Evdəki mətbuat konfransının TAM VİDEOSU

Ağ Evdəki mətbuat konfransının TAM VİDEOSU

Rəsmi Bakı MƏLUMAT YAYDI: “Azərbaycanın sülh gündəliyi təsdiqləndi”

Rəsmi Bakı MƏLUMAT YAYDI: “Azərbaycanın sülh gündəliyi təsdiqləndi”

Ukrayna Tatarıstandakı PUA anbarını belə məhv etdi – ANBAAN VİDEO

Ukrayna Tatarıstandakı PUA anbarını belə məhv etdi – ANBAAN VİDEO

Şəkidə beşotaqlı ev yandı – FOTO

Şəkidə beşotaqlı ev yandı – FOTO

End of content

No more pages to load

RADİO