Üç liderin imzaladığı bəyannamənin TAM MƏTNİ

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar.
 

MÖVZU İLƏ BAĞLI

Tarixi AN: Sülh sazişinin mətni paraflandı - VİDEO



Bizim.Media Birgə Bəyannamənin tam mətnini təqdim edir:
 

"Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik:


1. Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik.
 

Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;


2. Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;

3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik.
 

Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;


4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir.
 

Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;


5. Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır.
 

Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;


6. Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;

7. Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik.

Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saadet Sun vəfat etdi

Saadet Sun vəfat etdi

Bu ilin sonuncu planetlər paradı OLACAQ

Bu ilin sonuncu planetlər paradı OLACAQ

Tramp Putinlə avqustun 15-də Alyaskada GÖRÜŞƏCƏK

Tramp Putinlə avqustun 15-də Alyaskada GÖRÜŞƏCƏK

Rusiyada kanat yolu qırıldı: Xəsarət alanlar var - ANBAAN VİDEO

Rusiyada kanat yolu qırıldı: Xəsarət alanlar var - ANBAAN VİDEO

Polşalı qapıçı “Qəbələ”yə keçməkdən imtina etdi

Polşalı qapıçı “Qəbələ”yə keçməkdən imtina etdi

İkitərəfli görüşdən səmimi FOTOLAR

İkitərəfli görüşdən səmimi FOTOLAR

Leyla Əliyeva İlham Əliyevin Trampla Vaşinqtondakı görüşündən FOTOLAR PAYLAŞDI

Leyla Əliyeva İlham Əliyevin Trampla Vaşinqtondakı görüşündən FOTOLAR PAYLAŞDI

İlham Əliyev: "Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"

İlham Əliyev: "Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"

“Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayırıq!” - Türkiyə XİN

“Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanı alqışlayırıq!” - Türkiyə XİN

İlham Əliyev Paşinyana işarə etdi: "Qələmi götür" - VİDEO

İlham Əliyev Paşinyana işarə etdi: "Qələmi götür" - VİDEO

Prezident: "Donald Trampın Azərbaycanla bağlı bilgiləri məni təəccübləndirdi"

Prezident: "Donald Trampın Azərbaycanla bağlı bilgiləri məni təəccübləndirdi"

İlham Əliyev: "907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir"

İlham Əliyev: "907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir"

İlham Əliyev Vaşinqtonda jurnalistlərə müsahibə verdi – FOTO/VİDEO

İlham Əliyev Vaşinqtonda jurnalistlərə müsahibə verdi FOTO/VİDEO

Vaşinqtonda imzalanan tarixi sənədin FOTOLARI

Vaşinqtonda imzalanan tarixi sənədin FOTOLARI

İlham Əliyev Ağ Evdə xatirə dəftərinə ürək sözlərini yazdı - FOTO

İlham Əliyev Ağ Evdə xatirə dəftərinə ürək sözlərini yazdı - FOTO

Paşinyan: "Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur"

Paşinyan: "Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur"

Üç liderin imzaladığı bəyannamənin TAM MƏTNİ

Üç liderin imzaladığı bəyannamənin TAM MƏTNİ

İlham Əliyev Trampa ingilis dilində tərcümə etdi - VİDEO

İlham Əliyev Trampa ingilis dilində tərcümə etdi - VİDEO

Tarixi AN: Sülh sazişinin mətni paraflandı - VİDEO

Tarixi AN: Sülh sazişinin mətni paraflandı - VİDEO

İlham Əliyev AÇIQLADI - O sənəd rəsmən ləğv olundu

İlham Əliyev AÇIQLADI - O sənəd rəsmən ləğv olundu

Üçtərəfli sənəd imzalandı - FOTO/VİDEO

Üçtərəfli sənəd imzalandı - FOTO/VİDEO

Prezident: "Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik"

Prezident: "Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik"

Azərbaycan Prezidenti: "Donald Tramp Qafqaza sülh gətirir"

Azərbaycan Prezidenti: "Donald Tramp Qafqaza sülh gətirir"

İlham Əliyev: ""Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq"

İlham Əliyev: ""Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq"

End of content

No more pages to load

RADİO