İlham Əliyevin TARİXİ SƏFƏRİ – Vaşinqton görüşündən hansı nəticə HASİL OLACAQ?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da ABŞ-a səfərə gedib. Səfər Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşib və bu baxımdan tarixi xarakter daşıyır.
 

Prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.


Səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi də diqqət mərkəzindədir.

Azərbaycan-ABŞ münasibətlərində yeni dönəm
 

MÖVZU İLƏ BAĞLI

Prezident İlham Əliyevin ABŞ səfəri: Yeni geosiyasi reallıqların təntənəsi TƏHLİL


Bayden-Blinken iqtidarı dönəmində ABŞ-ın Azərbaycana qarşı münasibətində qərəzli yanaşma açıq şəkildə hiss olunurdu. Həmin dövrdə ABŞ müxtəlif bəhanələrlə Azərbaycana təzyiq göstərməyə çalışırdı. Ən diqqətçəkən və təəssüf doğuran məqam isə “907-ci düzəliş”in yenidən “dirildilməsi” oldu.
 

Uzun illər Azərbaycanın terrorla mübarizədə iştirakını “unudan” Bayden-Blinken tandemi ABŞ ordusu Əfqanıstandan çəkiləndən sonra bu bədnam düzəlişi yenidən aktivləşdirdi. Lakin bütün bu cür səylər Azərbaycanın qətiyyətli addımları nəticəsində real nəticə qazanmadı.



Trampın hakimiyyətə gəlməsindən sonra isə münasibətlər yenidən normallaşmağa başladı. Son zamanlar Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, eyni zamanda, keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir.

Qarşılıqlı mesajlar

İlham Əliyev və Tramp arasındakı telefon danışıqları və məktublar da bunun əyani sübutudur.

Məsələn, İlham Əliyev 2024-cü il noyabrın 6-da prezident seçilməsi münasibətilə Donald Trampa ünvanladığı təbrik məktubunda Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.
 

Bir neçə həftə sonra isə 2024-cü il noyabrın 25-də İlham Əliyev Donald Trampa telefonla zəng edib. Prezident İlham Əliyev telefon danışığında vurğulayıb ki, Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynayacaq.


Donald Tramp isə öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini vurğulayıb.
 

Prezident İlham Əliyev Donald Trampa Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə ünvanladığı 2025-ci il 21 yanvar tarixli  məktubunda onun gələcək fəaliyyətinin dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacağına əminliyini ifadə edib.


ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə 2025-ci il aprelin 10-da ünvanladığı məktubda Azərbaycanla Amerika arasında birgə fəaliyyətin zəngin tarixə malik olduğunu vurğulayıb, qarşıdakı illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözlədiyini bildirib.
 

ABŞ Prezidenti Donald Trampın Müstəqillik Günü münasibətilə 2025-ci il mayın 28-də Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda isə iki ölkə arasında münasibətlərin əsas istiqamətləri xüsusi vurğulanıb:


“Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk”.

Xankəndidən verilən mesaj

2025-ci il iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş zamanı Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatları ilə münasibətlərə dair səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkmişdi.
 

Dövlətimizin başçısı Trampın prezidentliyi dövründə ABŞ-ın yeni hərbi münaqişələrə qoşulmamasını, ailə və ənənəvi dəyərlərə verdiyi önəminə toxunaraq, onun daxili və xarici siyasətindəki sabitlik amilini xüsusi vurğulamışdı.


Prezidentin bu fikirlərinə Donald Trampın verdiyi reaksiya da diqqətdən kənarda qala bilməz. Belə ki, iyulun 22-də ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən bir hissəni paylaşıb.

Göründüyü kimi, həm Azərbaycan Prezidenti, həm də ABŞ lideri iki ölkə arasındakı münasibətlərə xüsusi önəm verir.

Trampın sülh prosesinə dəstəyi

Qeyd etdiyimiz kimi, İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi də diqqət mərkəzindədir.

Məlum olduğu kimi, Donald Tramp sələfi Baydendən fərqli olaraq İlham Əliyevin liderliyi ilə irəli sürülən konstruktiv təşəbbüslərə dəstəyi ilə seçilir.

Tramp Cənubi Qafqazda gedən proseslərdə fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım göstərir.

Onun vasitəçiliyi təkcə Azərbaycanla Ermənistan arasında sabitliyə deyil, eyni zamanda regional əməkdaşlığın formalaşmasına da xidmət edir. Bunları nəzərə alsaq, Trampın təşəbbüsləri Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində tarixi rol oynaya bilər.

Azərbaycanın formalaşdırdığı reallıqlar

44 günlük müharibədə qazandığımız tarixi zəfərin regionda yeni geosiyasi reallıqlar yaratdığı heç kimə sirr deyil. 2023-cü ilin sentyabrında keçirilmiş 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycan ərazisində qanunsuz silahlı birləşmələr tərk-silah edildi və separatizm bəlasına birdəfəlik son qoyuldu.
 

Bunlarla yanaşı Azərbaycan diplomatiya cəbhəsində də aktiv fəaliyyətinə davam edir. Rəsmi Bakı Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində də ardıcıl diplomatik addımlar atır. Artıq sülh müqaviləsinin mətni razılaşdırılıb.


Sülh müqaviləsinin imzalanması üçün isə Azərbaycanın iki şərti var: ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən son qoyulması və Ermənistan konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması da Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur.

Qeyd olunan məsələlərin Vaşinqtonda müzakirə olunması gözlənilir.

Ümumilikdə isə bütün sadalananları nəzərə alsaq, İlham Əliyevin Vaşinqtona səfəri Azərbaycan diplomatiyasının yeni zirvəyə yüksəldiyi bir məqam kimi tarixə düşə bilər.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Səni yoxluğunda daha çox tanıyıram” - FOTO

“Səni yoxluğunda daha çox tanıyıram” - FOTO

Şərif Əliyev erməni əsirliyindəki dəhşətli işgəncələrdən DANIŞDI – QANDONDURAN FAKTLAR

Şərif Əliyev erməni əsirliyindəki dəhşətli işgəncələrdən DANIŞDI – QANDONDURAN FAKTLAR

Astarada balıqçı faciəvi şəkildə HƏYATINI İTİRDİ - FOTO

Astarada balıqçı faciəvi şəkildə HƏYATINI İTİRDİ - FOTO

Dəmir yolundan istifadə edənlərin NƏZƏRİNƏ! Bu reyslər LƏĞV EDİLİR

Dəmir yolundan istifadə edənlərin NƏZƏRİNƏ! Bu reyslər LƏĞV EDİLİR

Kartofu bu üsulla bişirməyin – Diabet riskini artırır

Kartofu bu üsulla bişirməyin – Diabet riskini artırır

70 yaşlı kişi su anbarında BOĞULDU

70 yaşlı kişi su anbarında BOĞULDU

Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

Tanınmış idmançı FHN-də vəzifəyə TƏYİN OLUNDU

Anomal istilərdə açıq havada iş DAYANDIRILIB? - AHİK-dən AÇIQLAMA

Anomal istilərdə açıq havada iş DAYANDIRILIB? - AHİK-dən AÇIQLAMA

Qəzaya uğrayan AZAL təyyarəsinin avadanlıqları ABŞ-a göndərilib

Qəzaya uğrayan AZAL təyyarəsinin avadanlıqları ABŞ-a göndərilib

Məşhur aktrisa 49 yaşında ana oldu – FOTO

Məşhur aktrisa 49 yaşında ana oldu – FOTO

Almaniyada dövlət çevrilişinə CƏHD – Saxlanılanlar var

Almaniyada dövlət çevrilişinə CƏHD – Saxlanılanlar var

Sumqayıtda 63 yaşlı kişi velosipeddən yıxılaraq HƏYATINI İTİRDİ

Sumqayıtda 63 yaşlı kişi velosipeddən yıxılaraq HƏYATINI İTİRDİ

Sərnişinlərin DİQQƏTİNƏ – “Səfərlərinizi bu sürücülərə etibar etməyin”

Sərnişinlərin DİQQƏTİNƏ – “Səfərlərinizi bu sürücülərə etibar etməyin”

Azərbaycan millisinin üzvü vəfat etdi – FOTO

Azərbaycan millisinin üzvü vəfat etdi – FOTO

SON DƏQİQƏ! Rusiya Xersona hücuma HAZIRLAŞIR – Təxliyə BAŞLADI

SON DƏQİQƏ! Rusiya Xersona hücuma HAZIRLAŞIR – Təxliyə BAŞLADI

Çin maşınlarında casus proqramı var: İsrail qadağan etdi - Bu markalardır

Çin maşınlarında casus proqramı var: İsrail qadağan etdi - Bu markalardır

“Qardaş” demək də olmaz! – Rusiyanın miqrasiya siyasətinin iyrənc üzü

“Qardaş” demək də olmaz! – Rusiyanın miqrasiya siyasətinin iyrənc üzü

Aytəkin ailəsi ilə istirahətdə - Fotolar

Aytəkin ailəsi ilə istirahətdə - Fotolar

Hava kəskin DƏYİŞİR – Şimşək çaxacaq, dolu düşəcək

Hava kəskin DƏYİŞİR – Şimşək çaxacaq, dolu düşəcək

Hindistanlılar Ermənistanda etiraz aksiyası KEÇİRDİ– VİDEO

Hindistanlılar Ermənistanda etiraz aksiyası KEÇİRDİ– VİDEO

“Qarabağ”dan ayrılan Benzia ərəb klubu ilə ANLAŞDI

“Qarabağ”dan ayrılan Benzia ərəb klubu ilə ANLAŞDI

Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ

Bakının qəlbindəki YAŞIL İNCİ – Paytaxtımıza yeni nəfəs gətirən Mərkəzi Park – FOTOREPORTAJ

Bu üsuldan istifadə edin: Xiyar yarpaqları yenidən yaşıllaşır: Hər gün bir vedrə yığacaqsınız

Bu üsuldan istifadə edin: Xiyar yarpaqları yenidən yaşıllaşır: Hər gün bir vedrə yığacaqsınız

Bakıda sərnişin avtobusu hasara çırpıldı – VİDEO

Bakıda sərnişin avtobusu hasara çırpıldı – VİDEO

End of content

No more pages to load

RADİO