“Qardaş” demək də olmaz! – Rusiyanın miqrasiya siyasətinin iyrənc üzü

Rusiyada miqrantlara qarşı zorakılığın və təzyiqlərin coğrafiyası günbəgün genişlənir. Müxtəlif bəhanələrlə ölkədəki əmək miqrantları incidilir, həbsə atılır, təhqir olunur. Təsadüfi deyil ki, iki gün öncə Moskvanın mərkəzində hostellərdə miqrasiya qanunvericiliyinin pozulmasını aşkar etmək üçün keçirilən reyd zamanı 300 nəfər saxlanılıb.

Maraqlıdır ki, miqrantlara qarşı mübarizə tədbirləri 2025-ci ildə çox gücləndirilib. Bu tədbirlər nəticəsində on minlərlə insan incidilib, təhqir olunub və əmlakları əllərindən alınıb. Fikrimizin sübutu üçün rəsmi Moskvanın miqrantlara qarşı son 7 ayda tutduğu qeyri-insani mövqeyi göz önünə gətirmək istəyirik.

Oturum müddəti iki dəfə azaldıldı

Bu ilin yanvar ayının 1-dən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə mindi. Belə ki, bu tarixdən etibarən xarici vətəndaşların Rusiya ərazisində müvəqqəti qalma müddəti bir təqvim ili ərzində 90 günə endirildi. Bundan başqa, rus dilini bilmək öhdəliyi tətbiq edildi.

Bunun ardınca 2025-ci ilin aprelin 1-dən miqrant övladlarının məktəblərə qəbulunda qadağalar tətbiq edilib.

İyunun 30-dan Rusiyada vizasız rejim əsasında bu ölkəyə gələn xarici vətəndaşlar üçün yenilənmiş rəqəmsal qeydiyyat sistemi qüvvəyə minib. Yeni prosedura əsasən, onlar “Dövlət Xidmətləri RuID” portalı vasitəsilə əvvəlcədən xüsusi QR kodu əldə etməlidirlər.

Bu günlərdə isə Rusiyada əmək miqrantlarını ölkə ərazisinə daxil olarkən depozit qoymağa məcbur etmək təklif olunur. Rusiya Dövlət Dumasının "Yeni İnsanlar" fraksiyasının deputatları bu təklifin yer aldığı məktubu daxili işlər naziri Vladimir Kolokoltsevə göndəriblər.

Təklifə əsasən, əmək miqrantları Rusiya ərazisində qanunvericiliyi pozduqları təqdirdə, öncədən qoyduqları depozit onların deportasiya xərclərini qarşılamaq üçün istifadə olunacaq.

Bu azmış kimi MDB ölkələrindən, o cümlədən Azərbaycandan olan miqrant – öz ailəsinə göndərdiyi pulun məbləğini artırmaq istəsə, o zaman mütləq şəkildə gəlir mənbəyini göstərən və leqallığını sübut edən maliyyə bəyannaməsi təqdim etməlidir. Əks halda, bu transferlər ya bloklanacaq, ya da qanunsuz hesab ediləcək.

Fit çalmaq olmaz!

Rusiyada miqrantlara qarşı tətbiq edilən qadağalar bəzən gülüş doğuracaq qədər absurddur. Məsələn, yaxın gələcəkdə əməkçi miqrantlardan Rusiyada fit çalmamaq və “qardaş” və ya “bacı” müraciətindən istifadə etməmək tələb olunacaq.
 

Bu təklifi Rusiyada Milli İşlər üzrə Federal Agentlik (FADN) hazırlayıb. Yeni qaydaya görə Rusiyada öz dilində pıçıldaşmaq, küçədə namaz qılmaq, qurban kəsmək adət deyil, yəni olmaz.


Çox qəribədir ki, bütün bu qadağalar fonunda bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin miqrantlara münasibətdə tətbiq olunan test imtahanları ilə bağlı yeni bir qanun imzalayıb. Rusiya hökumətinin kvotası ilə ölkəyə gələn əmək miqrantları artıq rus dili, Rusiya tarixi və qanunvericilik bilikləri üzrə imtahan verməyəcəklər.

Ekspertlər hesab edirlər ki, bu qanun miqrantlara qarşı ikili münasibətə şərait yaradacaq. Yəni müvafiq qurumlar istədikləri halda bu qanunu əsas tutaraq miqranta güzəşt edəcək. Lazım gəldikdə isə əvvəlki qaydalardan istinad ediləcək.

Qadağalar siyasi mahiyyət daşıyır.

Rəsmi Moskvanın miqrasiya siyasətinin arxasında məkrli planlar var. Rusiya hökuməti miqrasiya siyasəti hesabına MDB ölkələrinə qarşı təzyiq göstərmək istəyir.

Məlumdur ki, son illərdə MDB ölkələri daha əvvəlki kimi Rusiyadan çəkinmir. Bu ölkələrin əksəriyyəti müstəqil siyasət yürütmək istəyir. Təbii ki, bu da Kremlin maraqlarına uyğun gəlmir. Ona görə də Rusiya hökuməti “üsyankar” gözündə gördüyü MDB dövlətlərini miqrant böhranı ilə cəzalandırmaq istəyir.
 

Nəzərə alaq ki, həm Qazaxıstandan, həm Orta Asiya ölkələrindən, həm Cənubi Qafqazdan, həm də Moldava və Ukraynadan Rusiyada çoxsaylı əmək miqrantları var. Rəsmi Moskva bu miqrantları sıxışdırmaqla onların vətəndaşı olduğu ölkələri ram eləməyə çalışır.


Halbuki Rusiyanın əmək miqrantlarına çox böyük ehtiyacı var. Bir tərəfdən ölkədə təbii artımın olmaması, digər tərəfdənsə Ukrayna ilə müharibə Rusiyada işçi çatışmazlığına səbəb olub. Yayılan məlumatlara görə, son 3 ildə Ukrayna cəbhəsində bir milyondan artıq rusiyalı həyatını itirib. Bu qədər itki daxili bazarda işçi böhranı yaradır. Amma rəsmi Moskva bu böhranı MDB dövlətlərindən yox, digər uzaq ölkələrdən gələn miqrantlar hesabına aradan qaldırmaq istəyir.

Hindistan və Şimali Koreyadan olan miqrantlara “yaşıl işıq”

Yayılan xəbərlərə görə Rusiyada kadr çatışmazlığını kompensasiya etmək üçün Hindistandan bir milyon əmək miqrantı cəlb olunacaq. Bunu Ural Ticarət və Sənaye Palatasının rəhbəri Andrey Besedin deyib.

Onun sözlərinə görə, söhbət əsasən Sverdlovsk vilayətindən gedir. Hazırda Hindistanla müəyyən razılaşmaya nail olunub. Bu razılaşmaya əsasən, Rusiyaya, o cümlədən Sverdlovsk vilayətinə, ümumilikdə bir milyon hindistanlı mütəxəssis gələcək.

O əlavə edib ki, Yekaterinburqda Hindistanın yeni Baş Konsulluğu açılacaq və bu məsələlərlə məhz o qurum məşğul olacaq.

Bu açıqlama incə bir məqama diqqət yetirməyi zəruri edir.

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib. Nəticədə Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib. Üstəlik, çox sayda soydaşımız vəhşicəsinə döyülüb, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ümumilikdə, 50-ə yaxın azərbaycanlının əməliyyat çərçivəsində saxlanıldığı bildirilir. Sözügedən əməliyyatların sistemli təşkili isə azərbaycanlılara qarşı başladılan prosesin rəsmi səviyyədə idarə olunduğunu göstərir.
 

Ən başlıcası Yekaterinburqda Hindistanın yeni Baş Konsulluğunun açılması ideyası son aylarda soydaşlarımıza qarşı törədilən özbaşnalıqların bir təsadüf olmadığını, bunun böyük planın bir hissəsi olduğunu göstərir.


Nəzərə alaq ki, rəsmi Moskva əmək miqrantı problemini daha bir ölkənin- Şimali Koreyanın hesabına da həll etmək istəyir. Rusiyanın Federal Statistika İnstitutunun (“Rosstat”) məlumatlarına əsasən, 2024-cü il ölkəyə 13221 Şimali Koreyalı daxil olub, 2023-cü ildə bu rəqəm 1117, 2022-ci ildə isə 223 nəfər olub. Bu onu göstərir ki, Şimali Koreyadan Rusiyaya gələn miqrantların sayında artım baş verir. Beləliklə Rusiyanın MDB-dən olan miqrantlarla “qanunların dili” ilə danışmasının sosial məsələ yox, siyasi problem olduğu ortaya çıxır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır - Həkimdən ciddi xəbərdarlıq

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır - Həkimdən ciddi xəbərdarlıq

"Nəsə olan kimi məni sənətimlə vururlar"

"Nəsə olan kimi məni sənətimlə vururlar"

ADY və Gürcüstan Dəmir Yolları əməkdaşlığı genişləndirir: BTQ-nin inkişafı ön planda – FOTO

ADY və Gürcüstan Dəmir Yolları əməkdaşlığı genişləndirir: BTQ-nin inkişafı ön planda – FOTO

Bu ölkələrdə ginekoloqların işini PİRLƏR görür – “Ağ dəvənin altından keç, körpə sahibi ol” – ARAŞDIRMA

Bu ölkələrdə ginekoloqların işini PİRLƏR görür – “Ağ dəvənin altından keç, körpə sahibi ol” – ARAŞDIRMA

Putindən Zelenski ilə görüşlə bağlı AÇIQLAMA – VİDEO

Putindən Zelenski ilə görüşlə bağlı AÇIQLAMA – VİDEO

Havanın temperaturu aşağı düşəcək, külək güclənəcək – BU TARİXDƏN

Havanın temperaturu aşağı düşəcək, külək güclənəcək – BU TARİXDƏN

İlin ən yaxşı məşqçisi adına onlar namizəd oldu – SİYAHI

İlin ən yaxşı məşqçisi adına onlar namizəd oldu – SİYAHI

Putin-Tramp görüşü bu ölkədə baş tuta BİLƏR

Putin-Tramp görüşü bu ölkədə baş tuta BİLƏR

I sinfə qəbulla bağlı MÜHÜM XƏBƏR

I sinfə qəbulla bağlı MÜHÜM XƏBƏR

Qaranlığa qərq olan Bakıətrafı QƏSƏBƏLƏR – İşığın verilməsindəki fasilələr NİYƏ BİTMİR?

Qaranlığa qərq olan Bakıətrafı QƏSƏBƏLƏR – İşığın verilməsindəki fasilələr NİYƏ BİTMİR?

Dollar bu halda bahalaşacaq – İqtisadçı xəbərdarlıq etdi

Dollar bu halda bahalaşacaq – İqtisadçı xəbərdarlıq etdi

Yeməkdən dərhal sonra çay içmək zərərlidir?

Yeməkdən dərhal sonra çay içmək zərərlidir?

Alimlərdən təəccübləndirən iddia: Yer kürəsi həmişə dairəvi olmayıb

Alimlərdən təəccübləndirən iddia: Yer kürəsi həmişə dairəvi olmayıb

Məcburi köçkün məktəblərinin müəllimləri də Qarabağa köçürüləcək? – RƏSMİ AÇIQLAMA

Məcburi köçkün məktəblərinin müəllimləri də Qarabağa köçürüləcək? – RƏSMİ AÇIQLAMA

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

Azərbaycanlı musiqiçinin qızı ağır vəziyyətdədir – FOTO

Vaşinqtonda İlham Əliyevi müşayiət edən kortej– VİDEO

Vaşinqtonda İlham Əliyevi müşayiət edən kortej– VİDEO

Səs-küy salıb, qonşularını narahat edənlərə XƏBƏRDARLIQ – Cərimələr artırıla bilər

Səs-küy salıb, qonşularını narahat edənlərə XƏBƏRDARLIQ – Cərimələr artırıla bilər

İlham Əliyev Vaşinqtonda – FOTO/VİDEO

İlham Əliyev Vaşinqtonda – FOTO/VİDEO

ADNSU-dan REKORD GÖSTƏRİCİ – 60 məzun Dövlət Proqramı ilə xaricdə təhsil alacaq

ADNSU-dan REKORD GÖSTƏRİCİ – 60 məzun Dövlət Proqramı ilə xaricdə təhsil alacaq

Yadplanetlilər yerə hücum edə bilərlər – Tarix AÇIQLANDI

Yadplanetlilər yerə hücum edə bilərlər – Tarix AÇIQLANDI

“Oğluma 100 minlik saat, yarım milyonluq rəsmlər almışdım”

“Oğluma 100 minlik saat, yarım milyonluq rəsmlər almışdım”

“Səni yoxluğunda daha çox tanıyıram” - FOTO

“Səni yoxluğunda daha çox tanıyıram” - FOTO

Şərif Əliyev erməni əsirliyindəki dəhşətli işgəncələrdən DANIŞDI – QANDONDURAN FAKTLAR

Şərif Əliyev erməni əsirliyindəki dəhşətli işgəncələrdən DANIŞDI – QANDONDURAN FAKTLAR

Astarada balıqçı faciəvi şəkildə HƏYATINI İTİRDİ - FOTO

Astarada balıqçı faciəvi şəkildə HƏYATINI İTİRDİ - FOTO

End of content

No more pages to load

RADİO