Prezident TƏSDİQLƏDİ – Tikinti prosedurları SADƏLƏŞDİRİLİR

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi - Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda şəhərsalma və tikinti prosedurların sadələşdirilib.

Belə ki, dövlət başçısının “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evləri və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 7 aprel 2022-ci il tarixli fərmanı ilə təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş, bu Fərman qüvvəyə mindiyi günədək tikinti-quraşdırma işləri başa çatmış və ya tikinti işlərinə başlanılmış yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin sənədləşdirilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi təsbit edilib.

Adıçəkilən fərman çərçivəsində səlahiyyətli orqanların tikintiyə və tikintinin istismarına icazə sənədləri təqdim etməsi, bu sənədlər əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, zərurət olduğu halda ölçmə plan işlərinin görülməsi, torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi barədə Nazirlər Kabineti qarşısında vəsatət qaldırılması, yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində inşa edildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması və ayrılan torpaq sahələrinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməsi və sair məsələlər tənzimlənib.
 

Qəbul olunmuş qanun təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məqsədilə hazırlanıb.


Bu baxımdan 7 normativ hüquqi akta onların tənzimləmə predmetinə uyğun olaraq aşağıdakı dəyişikliklər təklif olunur:

Torpaq Məcəlləsi üzrə:


- təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış sahələrinin həmin torpaq sahələrində tikilməsinin məqsədəuyğun hesab edilmədiyi halların dairəsinin müəyyən edilməsi, bu məqsədlə müvafiq araşdırmanın aparılmasının hüqiqi prosedurunun yaradılması, eləcə də yeni yaşayış sahələrinin həmin torpaq sahələrində tikintisi məqsədəuyğun hesab edilmədikdə bu torpaq sahəsinin əvəzinə müvafiq torpaq sahələrinin ayrılmasının tənzimlənməsi;

- yeni yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin dövlət ehtiyat fondu torpaqlarından, bu mümkün olmadıqda isə mütənasib dəyərdə bələdiyyə mülkiyyətində olan torpaqlardan ayrılması;

- torpaq sahəsinin ayrılması mümkün olmadıqda məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin yerləşdiyi torpaq sahələrinin dəyərinin mülkiyyətçiyə ödənilməklə rekvizisiya qaydasında alınması.

Torpaq Məcəlləsi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlar üzrə:

- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin açıq torpaq hərracları və ya müsabiqələri olmadan verilməsinin hüquqi bazasının yaradılması;

- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması.

Mülki Məcəllə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun üzrə:

- daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sırasına qeyd olunan yaşayış evləri və çoxmənzilli yaşayış binalarının mənzillərinin daxil edilməsi və bunun üçün tələb olunan sənədlərin müəyyən edilməsi.

Mənzil Məcəlləsi üzrə:

- yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının dövlət vəsaiti hesabına tikintisinin aparılması barədə qərarın icbari sığortası olan yaşayış sahələrinə münasibətdə qəbul edilməsinin mümkünlüyü.

Şəhərsalma və Tikinti Məcəlləsi üzrə:

- məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa ediləcək yeni çoxmənzilli yaşayış binasının tikinti prosedurlarının sadələşdirilməsi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ : HƏMAS-dan mühüm açıqlama gəldi: “RAZIYIQ!”

SON DƏQİQƏ : HƏMAS-dan mühüm açıqlama gəldi: “RAZIYIQ!”

Bakıda sərnişin avtobusu işıqfora çırpıldı - VİDEO

Bakıda sərnişin avtobusu işıqfora çırpıldı - VİDEO

Qubadakı yanğını onlar törədib - ADLAR

Qubadakı yanğını onlar törədib - ADLAR

Tramp yenə Hindistanı hədələdi

Tramp yenə Hindistanı hədələdi

Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verildi

Şahin Şıxlinski barəsində qiyabi həbs qərarı verildi

Ukraynalı uşaqların daha bir qrupu Azərbaycana yola düşdü - FOTO

Ukraynalı uşaqların daha bir qrupu Azərbaycana yola düşdü - FOTO

Ölümündən bir ay sonra övladı doğuldu

Ölümündən bir ay sonra övladı doğuldu

ŞOK: Qum adası sahilə birləşərək yarımada oldu - Faunanı hansı təhlükə gözləyir?

ŞOK: Qum adası sahilə birləşərək yarımada oldu - Faunanı hansı təhlükə gözləyir?

Qəbələdə xarici turistlər bu səbəbdən qəzaya düşüb - FOTO

Qəbələdə xarici turistlər bu səbəbdən qəzaya düşüb - FOTO

Bakıda avtomobil AŞDI: Tıxac YARANDI - VİDEO

Bakıda avtomobil AŞDI: Tıxac YARANDI - VİDEO

Avropa İttifaqının Ukrayna üçün 6,6 milyard avro vəsaiti bloklanıb -Ermənipərəst Borrell

Avropa İttifaqının Ukrayna üçün 6,6 milyard avro vəsaiti bloklanıb -Ermənipərəst Borrell

Zelenski cəbhə xəttində görün hansı məlumatı öyrənib? - VİDEO

Zelenski cəbhə xəttində görün hansı məlumatı öyrənib? - VİDEO

Qəbələdə əcnəbi turistlər qəzaya uğradı - Yaralılar var

Qəbələdə əcnəbi turistlər qəzaya uğradı - Yaralılar var

İranda həbs edilən Azərbaycan vətəndaşları barədə məlumatlar təqdim edilmir - Ayxan Hacızadə

İranda həbs edilən Azərbaycan vətəndaşları barədə məlumatlar təqdim edilmir - Ayxan Hacızadə

“Bakı Metropoliteni”ndən departament rəislərinin işdən çıxarılması xəbərinə REAKSİYA

“Bakı Metropoliteni”ndən departament rəislərinin işdən çıxarılması xəbərinə REAKSİYA

Britaniyada güclü qasırğa: Nəqliyyatın hərəkəti iflic oldu

Britaniyada güclü qasırğa: Nəqliyyatın hərəkəti iflic oldu

SON DƏQİQƏ: Azərbaycan Ordusu atəş açmayıb - Ermənistanın məlumatları həqiqəti əks etdirmir

SON DƏQİQƏ: Azərbaycan Ordusu atəş açmayıb - Ermənistanın məlumatları həqiqəti əks etdirmir

Rəsmi Bakıdan İran XİN sözçüsünün iddialarına SƏRT CAVAB

Rəsmi Bakıdan İran XİN sözçüsünün iddialarına SƏRT CAVAB

Bakının bu ərazilərində işıq olmayacaq

Bakının bu ərazilərində işıq olmayacaq

Mixail Qusman yeni vəzifəyə təyin olunub?

Mixail Qusman yeni vəzifəyə təyin olunub?

37 mindən çox abituriyent qabiliyyət imtahanı verəcək

37 mindən çox abituriyent qabiliyyət imtahanı verəcək

Polis əməliyyat keçirdi - SAXLANILAN VAR - FOTO

Polis əməliyyat keçirdi - SAXLANILAN VAR - FOTO

“Qəbələ” braziliyalı müdafiəçi ilə müqavilə bağladı

“Qəbələ” braziliyalı müdafiəçi ilə müqavilə bağladı

Paşinyan ABŞ-a gedəcək? - İrəvandan rəsmi AÇIQLAMA

Paşinyan ABŞ-a gedəcək? - İrəvandan rəsmi AÇIQLAMA

End of content

No more pages to load

RADİO