Bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın oğlu Heydər Əliyevin doğum günüdür.
Bizim.Media xəbər verir ki, 1997-ci ildə doğulan Heydər Əliyev babası – Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyır.
Heydər Əliyev təhsilini Heydər Əliyev adına Müasir Təhsil Kompleksində alıb, daha sonra ADA Universitetini bitirib. O, 2018–2019-cu illərdə hərbi xidmətdə olub.
2022-ci ilin noyabrında ailə həyatı qurduğu məlum olub. Bu barədə məlumatı anası Mehriban Əliyeva şəxsi Instagram səhifəsində bölüşüb.
Bizim.Media olaraq Heydər Əliyevi doğum günü münasibətilə təbrik edirik.
Bizim.Media