Sahibə Qafarova Cenevrədə bir sıra ölkələrin parlament sədrləri ilə görüşlər keçirdi - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində iyulun 30-da İrlandiya Parlamenti Nümayəndələr Palatasının sədri Verona Mörfi və Moldova Parlamentinin sədri İqor Qrosu ilə görüşlər keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Verona Mörfi ilə görüşdə parlamentlərin beynəlxalq fəaliyyətinin, parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub.

Bildirilib ki, Parlamentlərarası İttifaqın tədbirləri parlamentlərin həm xalqlar arasında əlaqələrin gücləndirilməsi, həm də qlobal səviyyədə bütün ölkələri, xalqları narahat edən çağırışların, problemlərin həllində birgə işləməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Söhbət zamanı Azərbaycan və İrlandiya parlamentləri arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə parlamentlərarası dostluq qruplarının qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub və gələcəkdə bu əlaqələrin daha da gücləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.
 

Moldova Parlamentinin sədri ilə görüşdə isə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycan və Moldovanın beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstəyi qeyd edilib.


Söhbət zamanı parlamentlər arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini təşkil etdiyi qeyd olunaraq, bu gün parlamentlərimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda formalaşmış əlaqələrin yüksək səviyyəsi təqdir edilib. Parlamentlərimizdə fəaliyyət göstərən dostluq qruplarının, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyəti qeyd olunub.

Milli Məclisin sədri Sahibə Qafarovanın Parlament Sədrlərinin 6-cı Dünya Konfransı çərçivəsində Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Kot-d'İvuar Respublikası Milli Assambleyasının sədri Adama Biktogo ilə görüşləri də olub.

Görüşlərdə parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

O cümlədən Parlament Sədrlərinin VI Dünya Konfransının qanunverici orqanların ortaq maraqlarına dair fikir mübadiləsi aparmaq baxımından yaxşı imkan olduğu qeyd edilərək, belə mühüm beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın önəmi diqqətə çatdırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arı zəhəri süd vəzi xərçəngi hüceyrələrini ÖLDÜRÜR

Arı zəhəri süd vəzi xərçəngi hüceyrələrini ÖLDÜRÜR

"Çelsi"də 7 illik MÜQAVİLƏ

"Çelsi"də 7 illik MÜQAVİLƏ

Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər

Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər

"Fiziki gücüm olmasa da, Fatmaya görə bunu edəcəyəm" - VİDEO

"Fiziki gücüm olmasa da, Fatmaya görə bunu edəcəyəm" - VİDEO

Ermənistanda ZƏLZƏLƏ OLDU

Ermənistanda ZƏLZƏLƏ OLDU

“Araz Naxçıvan” da Konfrans Liqasında mərhələ adladı - VİDEO

“Araz Naxçıvan” da Konfrans Liqasında mərhələ adladı - VİDEO

TASS üzr istəməsə, Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər GÖRÜLƏCƏK

TASS üzr istəməsə, Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər GÖRÜLƏCƏK

Rəsmi Bakı: “Xankəndidə Ayvazovskinin büstünün sökülməsi qanunauyğundur”

Rəsmi Bakı: “Xankəndidə Ayvazovskinin büstünün sökülməsi qanunauyğundur”

AZƏRTAC: “TASS-ın bu sərlövhəsi və mətni Azərbaycan cəmiyyətində təəccüb və hətta hiddət doğurdu”

AZƏRTAC: “TASS-ın bu sərlövhəsi və mətni Azərbaycan cəmiyyətində təəccüb və hətta hiddət doğurdu”

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

İsrail BƏƏ-də olan vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

İsrail BƏƏ-də olan vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

Şüvəlandakı park uşaqlar üçün təhlükəyə çevrilib - İDDİA/VİDEO

Şüvəlandakı park uşaqlar üçün təhlükəyə çevrilib - İDDİA/VİDEO

"Bilirdik ki, rəqibdən güclüyük" - Valdas Dambrauskas

"Bilirdik ki, rəqibdən güclüyük" - Valdas Dambrauskas

Meteohəssas insanlara sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Meteohəssas insanlara sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Türkiyə Suriya sərhəddə terrorçulara qarşı genişmiqyaslı təmizləmə əməliyyatı APARIR

Türkiyə Suriya sərhəddə terrorçulara qarşı genişmiqyaslı təmizləmə əməliyyatı APARIR

Gəncədə sərnişin avtobusu piyadanı vurub

Gəncədə sərnişin avtobusu piyadanı vurub

Qalmaqal yaşayan Nigarla Fərqanə haqqında yalan xəbər YAYDILAR - FOTO/VİDEO

Qalmaqal yaşayan Nigarla Fərqanə haqqında yalan xəbər YAYDILAR - FOTO/VİDEO

“Sumqayıt” “Kəpəz”i MƏĞLUB ETDİ

“Sumqayıt” “Kəpəz”i MƏĞLUB ETDİ

“Şazeli”dən həmin görüntülərlə bağlı AÇIQLAMA

“Şazeli”dən həmin görüntülərlə bağlı AÇIQLAMA

Yevlaxda DƏHŞƏT: Ata dünyasını dəyişdi, əlil qızı da acından öldü

Yevlaxda DƏHŞƏT: Ata dünyasını dəyişdi, əlil qızı da acından öldü

Lerikdə rabitə işçisini “tok” vuraraq öldürdü

Lerikdə rabitə işçisini “tok” vuraraq öldürdü

Böyükhesablı qələbə qazanan “Sabah” Konfrans Liqasının 3-cü mərhələsində - VİDEO

Böyükhesablı qələbə qazanan “Sabah” Konfrans Liqasının 3-cü mərhələsində - VİDEO

Abşeron Mərkəzi Xəstəxanasındakı BİABIRÇI vəziyyətlə RƏSMİ AÇIQLAMA - VİDEO

Abşeron Mərkəzi Xəstəxanasındakı BİABIRÇI vəziyyətlə RƏSMİ AÇIQLAMA - VİDEO

Putin "Crocus” hadisələrində canından keçən azərbaycanlı qəhrəmanı TƏLTİF ETDİ - FOTO

Putin "Crocus” hadisələrində canından keçən azərbaycanlı qəhrəmanı TƏLTİF ETDİ - FOTO

End of content

No more pages to load

RADİO