“Bakı ilə Moskva arasında gərginlik yumşaq fazaya keçir. Son baş verənlərdən sonra Azərbaycan əsl suverenliyin nə demək olduğunu göstərdi”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sabiq deputatı Oleq Şein bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyalı aparıcıdan Azərbaycanla bağlı saxta iddialara CAVAB– VİDEO
O vurğulayıb ki, hərbi müdaxilə istisnadır və bu, heç də "pasifizm" səbəbindən deyil, obyektiv səbəblərlə bağlıdır:
“Kreml bütün diqqətini Ukraynadakı müharibəyə yönəldib, üstəlik, Türkiyə bu məsələdə kənarda qalmayacaq”.
Şeinin sözlərinə görə, Rusiyanın iqtisadi gücü son dərəcə məhduddur:
“Azərbaycanda birbaşa xarici investisiyaların cəmi 6,5%-i Rusiyadandır. Ermənistanda bu göstərici 70%-ə çatır. Azərbaycanın Rusiyaya ixracı xarici ticarət dövriyyəsinin cəmi 3,5%-ni təşkil edir. Müqayisə üçün: bu göstərici Gürcüstanda 48%-dir. Azərbaycan Rusiyaya 1,2 milyard dollar dəyərində məhsul satır, əvəzində isə 3,6 milyard dollarlıq məhsul alır — ticarət savaşı rus müəssisələrinə üçqat zərbə vurardı.
Rusiyadan pul köçürmələrinin payı Azərbaycandakı bütün şəxsi transferlərin cəmi 11%-ni təşkil edir, üstəlik, son beş ildə azərbaycanlı diasporların sayı 470 mindən 330 minə düşüb.
Ümumilikdə, Azərbaycan iqtisadi cəhətdən müstəqildir və bu gün real şəraitdə çoxqütblü dünyanın necə göründüyünü nümayiş etdirir. Və bəli, belə bir dünyada yaşamaq və olduqca uğurlu olmaq mümkündür — əlbəttə ki, digər ölkələri bərabər tərəfdaş kimi qəbul etsən”.
Bizim.Media